Məhkəmə qərarları › İş №2(008)-516/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-516/2025

24.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-516/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X12 cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilərək uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X12 cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilərək uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən anası Verdiyeva (subaylıq soyadı Səfərova) Sevda Seyfulla qızının vərəsəsi qismində mirasın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü hesab edilərək həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Anası Verdiyeva (Səfərova) Sevda Seyfulla qızı 19 sentyabr 1961-ci Bakı şəhərində anadan olmuş xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X14 tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, anasının atası X3r. Anasının ölümündən sonra sağlığında ona məxsus olan hər hansı əmlak məlum deyildi. Bu yaxınlarda əmlakları araşdırarkən məlum olmuşdur ki, mərhum anasının atası, 13 yanvar 2004-cii il tarixdə vəfat etmiş X1 da miras olaraq Bakı şəhəri, Sabunçu rayonu. Əbdülhəsən Anaplı küçəsi həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş həyət evi miras qalmışdır. Ona məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 onun anasıdır. X8 isə anasının atasıdır. Ölümündən sonra babası Bakı şəhəri, Sabunçu rayonu, Əbdülhəsən Anaplı küçəsində həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş həyət evi miras əmlak kimi qalmışdır. Qeyd etmişdir ki, həmin miras əmlakla bağlı heç kimə həmin miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Lakin bu yaxınlarda dayılarının həmin miras əmlakı onun xəbərim olmadan vərəsəlik qaydasında əldə etmək istədiklərini eşitmişdir. Anasının sağlığında babasının əmlakı ilə bağlı hər zaman özləri öz aralarında razılığa gələcəklərini bildirdikləri üçün müraciət etməmişlər. Anasının vəfatından sonra isə ailədə baş verən çaşqınlıq, başlarının yas mərasiminə qarışması, anasının yas mərasimini təşkil etdikdən bir qədər sonra isə özünün şəxsi problemləri və daha sonda isə respublika ərazisində koronavirus infeksiyasının yayılması ilə əlaqədar karantin rejimin tətbiq edilməsi vərəsəliklə bağlı hər hansı addım atmağa imkan verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmş cavabdeh məhkəmədə öz nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 16 saylı Notariat Ofisinin 1212 nömrəli xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə vəfat etmiş babası X1 qalmış miras əmlakın verilməsinə dair Qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün vərəsəlik hüquqularını bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. 4 saylı Asan Xidmət Mərkəzi Qeydiiya Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 444507 nömrəli ölüm haqqənda şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci ildə mədənin bədxassəli yenitörəməsindən vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, atası X8, anası X11r. X-ЖГ seriyalı 335075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, atası Verdiyev Bakıxan Rza oğlu, anası X4r. Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 060540 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2004-cü ildə KUQDÇ vəfat etmişdir. Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyetrindən çıxarışından görünür ki, S.Laza küçəsində yerləşən 22 nömrəli ev X2 mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından örünür ki, X13 xx.xx.2002-ci il tarixindən Bakı şəhəri Bakıxanov qəsəbəsi Anaplı küçəsi 22 nömrəli evdə qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadıyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-48062/202444 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təvəllüd göstəriciləri (gün, ay, il) qeyd olunmayan fiziki şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı dəqiq məlumatların təqdim edilmısi mümkün olmamışdır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.3 –cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. İşin hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək, iddiaçı anası Verdiyeva (subaylıq soyadı Səfərova) Sevda Seyfulla qızının vərəsəsi qismində mirasın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılmasını üzürlü hesab edilərək həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etsədə, iddiaçının məhkəmə iclası zamanı vermiş olduğu izahatından habelə iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsinin məzmunundan məlum olur iddiaçı məhkəməyə müraciət edərək anasının atasında miras qalmış əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. İşin hallarından müəyyən edilir ki, iddiaçının vərəsəlik hüququnun tanınmasında maraqlı olduğu əmlak iddiaçının babası X5 məxsus olmuşdur. X8 xx.xx.2004-cü il tarixində vəfat etmişdir. İddiaçının anası Verdiyeva (subaylıq soyadı Səfərova) Sevda Seyfulla qızı isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək babasının ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən torpaq sahəsi onun üzrəində inşa edilmiş fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi müddətinin buraxılmasını üzürülü səbəblərdən ötürüldüyü bildirərək, qanunvericilk ilə nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmiş, üzürlü səbəb isə əmlakdan məlumatlarının olmaması, yas mərasiminə başılarının qarışması, anası ilə dayılarının arasında razılığların olması, koronavirus xəstəliyinin yayılması ilə izah etmiş olsada məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, qeyd edilmiş halların heç birisi üzürlü səbəb olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının diqqətinə onuda çatdırmağı zəruri hesab edir ki, mülki işdən aydın olur ki, X2 ölüm anında birinci növbədən vərəsələri habelə iddiaçının anası sağ olmuşdur. Belə olan halda iddiaçı ilk növbədə anasının babasından miras qalmış əmlakını qəbul etməsi halını müəyyən etməli, məhz bu hal onun xeyrinə həll olunduğu təqdirdə digər hərəktləri edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdeh Bakı şəhəri 16 saylı Notariat Ofisinə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X12 cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilərək uzadılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar