Məhkəmə qərarları › İş №2(008)-5171/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5171/2022

10.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5171/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş tikilinin sökülməsi və yaradılmış məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikilinin sökülməsi və yaradılmış məhdudiyyətlərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanusuz tikilmiş tövlənin sökülməsi və həmin tövlədən çıxan çirkab və yararsız tullatıların (otların) ona məxsus olan Bakı şəhəri, Sabunçu Rayonu, Pirşağı qəsəbəsi, Sovxoz-2 Zülfü Adgözəlov döngə 2 ünvanında yerləşən evin qarşısına toplayaraq yandırılması, nəticədə ətraf əraziyə ( bu cümlə dəndə evinə) pis qoxunu yayılması kimi qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə Bakı şəhəri, Sabunçu, Pirşağı qəsəbəsi, Sovxoz 2, Zülfü Adgözəlov döngə 2-də yerləşən fərdi yaşayış sahəsi 4,5 sot torpaq sahəsi üzərində ev tikərək yaşayır. Qeyd edilən daşınmaz əmlak DƏDRX-də qeydi alınmış çıxarışa əsasında bağlamış müqaviləsi əsasında ona məxsusdur. Onunla hasar qonşuluğunda yaşayan cavabdeh 1,5 sot torpaq sahəsi üzərində qanunsuz tövlə tikərək iri və xırda buynuzlu heyvanları həmin tövlədə saxlayır. Onun evinin pəncərəsi qarşısına tövlədən çıxan yarasız otları və digər tullatlan yandıraraq tüstüsünü onun evinə verir. Bu da ona və ailə üzvülərinə öz mülkündə normal yaşamağına imkan vermir. O cavabdehin bu qanunsuz hərəkətlərindən dəfələrlə hüquq mühafiz orqanlarına, Sabunçu rayon Gigeyina və Epidemiologiya Mərkəzinə müraciyyət etmiş, lakin onun bu qanununa zidd və özbaşına hərəkətlərinin qarşısı alımamışdır. Bu gün də o, bu qanunsuz hərəkətlərinin dəvam etdirir. Cavabdehin əmələrinə hüquqi qiymət verilməmiş, hər dəfədə aldığı cavab məktublarında ona bildirilmişdir ki, o, bununla bağlı məhkəməyə müraciyyət etməlidir. Onun bir mülkiyyəçi kimi Azərbaycan Respublikası Konistusiyasının 13 və 29-cu maddələrində nzərdə tutulan huqlarım pozulur, bu hüquqlarına təminat verilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin tikmiş olduğu tövlə düz onun evinin pəncərəsinin qarşısında yerləşir. Onun evi ilə tövlə arasında 1 metr məsafə var. Həmin tövlədən çıxan çirkab və yararsız tullatıların (otların) ona məxsus olan evin qarşısına toplayaraq yandırılır, nəticədə ətraf əraziyə ( bu cümlədəndə evinə) pis qoxu yayılır. İstifadəsində olan torpaq sahəsi ona bacısı X8 tərəfindən bağışlanmışdır. Həmin torpaq sahəsi yaşayış sahələri üçün ayrılmış torpaq sahəsidir. O qonşu kimi işin sülh yolu ilə həll edilməsi üçün çox çalışmıdır, lakin cavabdeh tövlənin onun pencərəsinin qarşısından sökülməsinə razılıq verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbi qəbul etməyərək bildirmişdir ki, qeyd edilən torpaq sahələri kənd təsərüffatı üçün ayrılmış torpaq sahələridir. Ondan başqa digər qonşularından həyətində mal-heyvan saxlayırlar. Onun tikmiş olduğu tövlə iddiaçıya məxsus evinin qarşısında yerləşsədə, o tövlənin iddiaçıya hər hansı maneə yaratmır. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. X8 ilə X10 arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanmasına dair xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, X8 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli savxox ünvanında yerləşən tam mülkiyyət hüququ ilə ona məxsus olan 0.08 ha olan torpaq sahəsinin 0.04 ha olan hissəsini bacısı İddiaçı bağışlanmışdır. 0.02405 ha olan hissəsi isə hədiyyə verənin mülkiyyətində qalır. X8 ilə X10 arasında bağlanmış Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə dəyişiklik ediləməsinə dair xx.xx.2019-cu il tarixli sazişdəm görünür ki, hədiyyə verən X8 və hədiyyə alan X10 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli savxox ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair payların müəyyənləşditilməsinə dair aralarında razılığa gələrək bildirirlər ki, 12 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 0.04 ha torpaq sahəsi 0.0427 ha olaraq əvəz edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin vermiş olduğu sorğusuna xx.xx.2022-ci il tarixli **********39 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəli, 23.0.2018-ci il tarixli çıxarış ilə X3 adına qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinin bir hissəsi ilə bağlı dövlət reyestrində əməliyyatlar aparılmışdır, yerdə qalan 0.0427 ha hissənin qeydiyyata alınmasına dair müraciət edilməsi ilə əlaqədar məlumat aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012ci il tarixli F-583 saylı arxiv çıxarışına əsasən Abşeron rayonu 2 saylı savxozda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsini qanuna uyğun özəlləşdirməyi, sənədləşdirməyi və.s kimi hərəkətlərin edilməsi ilə bağlı X5 xx.xx.2062 -ci il tarixədək etibarnamə vermişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2012ci il tarixli F-583 saylı arxiv çıxarışına əsasən Abşeron rayonu 2 saylı savxoz üzrə əmirin çıxarışından görünür ki, vətəndaşların müraciətlərini nəzərə alaraq onlara savxozun əkinə yaramayan şorlanmış, istifadəyə yaramayan torpaq sahəsində fərdi yaşayış eviləri tikmək üçün 010ha torpaq sahəsi X4 ayrılıb verilməsi qərarlaşdırılmışdır. xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 Rahib Rəhim oğluna Abşerin rayon İcra Hakimiyyəti Abşeron Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.1012-ci il tarixli F-853 saylı Arxiv Çıxarışına əsasən Abşeron rayonu 2 saylı savxozda fərdi yaşayış evinin tikintisi üçün ayrılmaış 0.10 ha torpaq sahəsinin 0.02 hadan ibarət hissəsini özəlləşdirməyə, sənədləşdirməyə və s harəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə araşdırılması zamanı məlum olur ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli savxoz ünvanında yerləşən torpaq sahəsinin 0.0427 ha olan hissəsi xx.xx.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsi və ona olan xx.xx.2019-ci il tarixdə edilmiş dəyişiklik əsasında İddiaçı qanuni istifadəsindədir. İşin mübahisə olunmayan hissəsi isə ondan ibarətdir ki, Cavabdeh Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli savxoz ünvanında iddiaçının istifadəsində olan 0.0427 ha torpaq sahəsinin qonşuluğundakı ərazidə yaşayır və məhz iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindəki iddiaçıya məxsus evinə bir metr məsafəsində iddiaçıya məxsus zabora bitişik tövlə tikərək həmin tövlədə iribuynuzlu heyvan saxlayaraq iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsinin xassəsinə uyğun olaraq istifadə etmədsinə maneə yaradır. Beləki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab məktubundan da görünür ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqlarına aitdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya aid olan torpaq sahəsinin zaborunun qarşısında tikmiş olduğu tövlə və həmin tövlədən çıxan zibillərin zaborun qarşısında yandırması iddiaçının öz qanuni istifadəsində olan torpaqdan təyinatı üzrə maneəsiz istifadə etmək hüququndan məhrum etmək ilə yanaşı, cavabdeh Mülki Məcəllə 170.2-ci maddəsinə əsasən qonşuluq üzrə üzərinə düşən vəzifələrini yerinə yetirməməsinə əsas olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçın məxsus ünvan 4 ünvanında yerləşən evin qarşısında tikimiş tövlə sökülməli və Cavabdeh İddiaçın məxsus ünvan 4 ünvanında yerləşən evin qarşısında tullantıların yandırılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçın məxsus ünvan 4 ünvanında yerləşən evinin zaboruna bitişik hissədə tikimiş tövlə sökülsün və Cavabdeh İddiaçın məxsus ünvan 4 ünvanında yerləşən evin qarşısında tullantıların yandırılması qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar