Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5174/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri 17 saylı notariat ofisinin maraqlı şəxs kimi göstərildiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ərizəçinin doğum haqqında şəhadətnaməsinin ana qrafasında qeyd edilən “X12” ilə Bakı şəhəri İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin 50 nömrəli kooperativi tərəfindən verilmiş B/S nömrəli orderdə “X17” kimi qeyd edilmiş hüquqmüəyyənedici sənədin X9 məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 № li qərarına əsasən, Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyinin 50 № li kooperativi tərəfindən verilmiş B/S №li orderə əsasən Ərizəçi xx.xx.1992-ci il tarixdə vəfat etmiş anası X7 adına Bakı şəhəri, Maştağa bağlar sahəsində 0.12 ha ərazisi olan 341 "Q" № li bağ sahəsi ayrılmışdır. Ərizəçi anasından miras qalmış Bakı şəhəri, Maştağa bağlar sahəsində, 0.12 ha ərazisi olan 341 "Q" №li bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. 17 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb X3 və İstismarı Birliyinin 50 №li kooperativi tərəfindən verilmiş B/S № li orderdə Ərizəçi anası X7 ata adı “Əli” kimi qeyd edilməsi olmuş, həmçinin Ərizəçi məhkəməyə müraciət edərək şəxsin eynilik faktının müəyyən edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Əzizbəyov rayon VVAQ şəbəsinin xx.xx.1961-ci il tarixli, 388 №li akt qeydi ilə bağlanmış nikah haqqında şəhadətnaməsində X1, adı və ata adı X2 qeyd edilmişdir. Ərizəçi xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnaməsinin «atası» qrafasında X13, milliyyəti azərbaycanlı, «anası» qrafasında isə X12, milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. X12 xx.xx.1992-ci il tarixdə vəfat etmiş və Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2011-ci il tarixli, 390 nömrə qeydli ölüm haqqında şəhadətnaməsində X4 qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-2F/2-Ə-03320/2023 li arxiv arayışında da X7 ata adı Əli kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri 17 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində X14 ifadə verərək bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. Ərizəçinin anası mərhum X12 olmuşdur. X7 adı Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən verilmiş orderdə səhvən “X17” kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində X15 ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qohumdur, belə ki ataları xala oğludur. X12 ərizəçinin anasıdır, onun nə vaxt vəfat etməsini xatırlamır, ərizəçinin ana babasının adı Əbdül olmuşdur. X7 ata adı Bakı şəhər İcraiyyə Komitəsi tərəfindən verilmiş orderdə səhvən X6 qeyd edilmişdir. Həmin orderin predmetini təşkil edən Bakı şəhəri, Maştağa bağlar sahəsində yaşayış olmamışdır. Məhkəmə, proses iştirakçısının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında məcmu halında tədqiq edilmiş: - xx.xx.1961-ci il tarixdə verilmiş İ-ИЕ 341053 seriya nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X10 həmin tarixdə nikaha daxil olmuş, sonradan arvada “Əliyeva” soyadı verilmişdir. - xx.xx.1970-ci il tarixdə verilmiş АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi anası X12, atası X11r. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 xx.xx.1992-ci il tarixdə ölmüşdür. - Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X3 və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativ tərəfindən verilmiş B/S (Б/С) nömrəli orderdən aydın olur ki, X16 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarına əsasən Maştağa qəsəbəsində 50 nömrəli BTK (БТК) nəzdində 0,12 ha torpaq sahəsi olan bağ sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarından çıxarışdan məlum olur ki, X16 Maştağa qəsəbəsində bağ evi ayrılmışdır. - Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, mirsa əmlakın hüquq müəyyənedici sənədini ölüm haqqında şəhadətnamə ilə tutuşdurarkən miras qoyan X7 ata adında fərqlilik müəyyən olunmuş, Ərizəçi miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələbinə əsasən lazımı sənədlərin olması izah edilmişdir və bununla əlaqədar vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X5 bağlar sahəsindəki 50 nömrəli kooperativ tərəfindən verilmiş B/S (Б/С) nömrəli order ata adı texniki yanlışlıqla “Əli” kimi qeyd edilmiş X9 məxsusdur. Belə olan halda, ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, eyni zamanda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X5 bağlar sahəsindəki 50 nömrəli kooperativ tərəfindən verilmiş B/S (Б/С) nömrəli orderin (Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/23 nömrəli qərarı əsasında verilmiş) xx.xx.1992-ci il tarixdə vəfat etmiş X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5174/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5174/2023
01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver