Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-521/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı notariat kontoruna (notariat ofisi) qarşı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı notariat kontoruna (notariat ofisi) qarşı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, subyektiv hüquq institutu ilə İddiaçı əqd bağlanması nəticəsində hüquqlarının və qanunla qorunan mənafeyi pozulmuş şəxs qismində 2018-ci il 28 noyabr ayında 88 yaşında mərhum anası X21 notarius tərəfindən onun fəaliyyət qabiliyyətli olubolmadığı, onun öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinə, onun öz hərəkətlərinə rəhbərlik edib-etmədiyinə əmin olmadan cavabdehlərdən Cavabdeh1 təşkilatçılığı ilə Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X30 öz qulluq mövqeyindən istifadə etməklə kontordan kənar qaydada Cavabdeh1 adına tərtib və təsdiq etmiş olduğu 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 saylı xx.xx.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 75-ci bəndinin 3-cü abzasında təsbit edilmiş imperativ xarakterli normativ hüquqi aktın tələbindən irəli gələn normanı kobud pozması sözügedən etibarnamənin məhkəmə tərəfindən etibarsız hesab edilməsi barədə; Cavabdeh1 (X21 adından) Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 ha olan torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manata satılması barədə ərizəsi və 0.04 ha torpaq sahəsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu X30 tərəfindən tərtib və təsdiq edilmiş 4Ə-09 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına çıxarışın ləğv edilməsi barədə; Cavabdeh1 (X21 adından) Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizəsi və Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 0.0502 ha torpaq sahəsinin 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh3 ilə Cavabdeh1 arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində bağlanmış 4Ə-802 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X31 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evinin mülkiyyətçisi olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evi, yəni 0.25 ha torpaq sahəsi və onun üzərində 1973-cü ildə inşa edilmiş 1 mərtəbəli, 2 yaşayış otağından ibarət olan, ümumi sahəsi 40.3 m2 (yaşayış sahəsi 23.78 m2 və yardımçı sahə 16.52 m2 daxil) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat saylı (reyestr nömrəsi **********21-11301) xx.xx.2010-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və daşınmaz əmlakın texniki pasportu ilə müəyyən edilmiş yaşayış evlərinin texniki göstəriciləri və həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri əks edilməklə tam pay hüququ əsasında xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2023-cü il tarixdə anası X31 Bakı şəhərində vəfat etmişdir. xx.xx.2023-cü il tarixində vəfatından sonra mərhum anasından miras əmlaklarla bağlı Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka Bakı şəhəri, Səbail rayonu, Neftçilər küçəsi 5 saylı evin 4 saylı mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evi daxil idi. Faktiki idarəetməsində olan miras əmlaka daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evinə getmişdir. Həmin evin Cavabdeh3 adlı şəxs tərəfindən alındığını Cavabdeh1 ona bildirmişdir. Bildirir ki, anası vəfatına qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ evində yaşamışdır. Təxminən 2016-2017-ci ildə usta həyətdəki digər tikilidə kirayədə qalırdı. Asim özü Lənkəran sakini olmuş, Bakıda yaşamağa evi olmamışdır. Kirayə haqqını anasına ödəyəcəyi barədə razılığa gəlmişlər. Torpaq sahəsinin satılması ilə bağlı aralarında mübahisə yaranmışdır, həmin vaxt danışıqlarda o, arvadı Zeynəb və vəkili də iştirak etmişdir. Yaranmış bu vəziyyətin aydınlaşdırılması məqsədilə vəkil tərəfindən aparılmış araşdırma nəticəsi ilə məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsi Bakı şəhəri 39 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-09 reyestr saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar hissəsi 476M saylı bağ sahəsi kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına 4000 manata (1 sot 1000 manat olmaqla) Cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə satılmışdır. Sonradan Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-652 reyestr saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən X12 12000 manata (l sotu 3000 manat olmaqla) satılmış və xx.xx.2021-ci il tarixdə adına qeydiyyata alınmışdır. X6 mülkiyyətində olan Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsinin yerdə qalan 0.0502 hektar hissəsi xx.xx.2019-cu il tarixdə onun adına qeydiyyata alınmış, daha sonra Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh3 5000 manata (1 sotu 1000 manat olmaqla) satılmış və hazırda da onun mülkiyyətindədir. Aparılmış araşdırma zamanı X31 Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən kontordan kənar qaydada 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixdə etibarnamə tərtib edilməsi müəyyən edilmişdir. Həmin etibarnamənin məzmunu ilə X31 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsini və onun üzərində sərəncam verilməsini, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək və sair kimi əqdlərdə təmsil edilməsini, haqq-hesab aparmağı, adından bütün idarə, təşkilatlarda təmsil edilməsini və sair hüquq müəyyənedici səlahiyyətlər daxil olmaqla və eyni zamanda etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilə bilməsi məzmununda müddəti 3 il olmaqla xx.xx.2021-ci il tarixinədək sərəncam vermə barədə səlahiyyətlərini vətəndaş X32 etibar etmişdir. İ epizod üzrə: Müəyyən edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətli olan Cavabdeh1 X21 adından Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X25 ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 476 saylı bağ ünvanında yerləşən torpaq sahəsinin 4000 manata satılması ilə bağlı Cavabdeh2 ilə razılığa gəlməsini bildirmişdir. X26 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********82 reyestr saylı, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 ha olan torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manat olmaq şərti ilə Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notarius X22 iştirakı ilə 4Ə-09 reyestr saylı xx.xx.2019-cu il tarixdə (saat 1032- də) AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmış və pul vəsaiti əldə etmişdir. İİ epizod üzrə: Sonradan müəyyən edilmişdir ki, həmin etibarnamə üzrə səlahiyyətli olan Cavabdeh1 X21 adından Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmişdir. X26 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********94 reyestr saylı, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha olan torpaq sahəsini yenə də Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notarius X22 iştirakı ilə 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixdə (saat 1217-də) AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmış və pul vəsaiti əldə etmişdir. İİİ epizod üzrə: Sonradan müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.04 ha (tam hissə) torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu tarixdə Cavabdeh2 ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən 12000 manata Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X14 iştirakı ilə alıcı X23 (təmsilçi qismində X38) satmış və 8000 manat məbləğində həmin torpaq sahəsinin satışından qazanc əldə etmişdir. Hesab edir ki, X21 Cavabdeh1 kontordan kənar qaydada Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə, bu etibarnamə üzrə səlahiyyətlər əsasında Cavabdeh1 (X21 adından) Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 ha olan torpaq sahəsinin 0.04 ha hissəsini Cavabdeh2 4000 manata satılması barədə ərizəsi və 0.04 ha torpaq sahəsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu X30 tərəfindən tərtib və təsdiq edilmiş 4Ə-09 reyestr saylı xx.xx.2019-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi, sonradan Cavabdeh1 (X21 adından) Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X25 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha torpaq sahəsinin 5000 manata satılması barədə Cavabdeh3 ilə razılığa gəlinməsi barədə notariat qaydada təsdiq edilmiş ərizəsi və Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib və təsdiq edilmiş 0.0502 ha torpaq sahəsinin 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə zəmin yaratmışdır. Cavabdehlərdən Cavabdeh1 iddia ərizəsinə etirazda göstərdiklərinə və etiraza əlavə edilmiş sənədlərin məzmununa istinad edərək qeyd edir ki, Cavabdeh3 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində 4Ə-802 reyestr saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsinin 0.0502 ha torpaq sahəsini Cavabdeh1 özgəninkiləşdirmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə dövlət reyestrindən çıxarış əldə etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, iddia tələbinə qarşı yazılı etirazla müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində Cavabdeh1 ilə bağlı qeyd edilənlər həqiqətə uyğun deyil. Belə ki, Cavabdeh1 İddiaçı qeyd etdiyi kimi 2016-2017 illərdə deyil, 2011-ci ildən X21 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsində yaşayıb və usta kimi işləyib. Həmin dövrdə Cavabdeh1 Tamara xanımın yanında kirayədə deyil, ödənişsiz olaraq yaşamış və Tamara хanım vəfat edənə kimi ona qulluq etmişdir. Cavabdeh1 Tamara xanımın bağ sahəsində yaşadığı dövrdə X21 mülkiyyətində 0,25 ha torpaq sahəsi olub. Cavabdeh1 və Tamara xanımın qonşularının dediklərinə əsasən torpaq sahəsinin üzərində 2 otaqlı köhnə ev, avtomobil qarajı, mal tövləsi və kiçik su quyusu mövcüd olub. Təxminən 2006-cı ildə bağ sahəsində olan 2 otaqlı ev köhnə televizorun partlayaraq alışması nəticəsində yanıb və bir müddət sonra Tamara xanımın oğlu İddiaçı və onun tanışı olan 1975-ci il təvəllüdlü Aydın Əliyev adlı şəxs tərəfindən sökülüb, orada yaşayan Qəniyeva Tamara isə oğlu tərəfindən bağ ərazisində yerləşən, təxminən 12 kv.m ölçüdə olan dama köçürülmüşdür. Bu faktı Tamara xanımın qonşuları Allahverdiyeva Qızılgül, Məmmədova Aliyə, Xəlilova Sədaqət və Nəsirov Ayaz təsdiq edə bilərlər. Cavabdeh1 Tamara Qəniyevanın bağ sahəsində yaşadığı dövrdə Tamara xanım mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin təxminən 0,16 ha hissəsini qardaşı övladlarına bağışlamışdı. ünvan 4nin yerdə qalan 0,0902 ha hissəsi xx.xx.2017-ci il tarixdə X21 adına qeydiyyata alınmışdır. Bundan sonra Tamara Qəniyeva mülkiyyətində qalan torpaq sahəsinin bir hissəsini satmaq qərarına gəlir və bunun üçün xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 39 saylı notariat kontorunda Cavabdeh1 adına mülkiyyətində olan bütün əmlaka sərəncam vermək hüququ verən mülki etibarnamə vermişdir. 3 il müddətinə verilmiş həmin etibarnamə notarial qaydada təsdiq edilmiş və rəsmi reyestrdə 7E-10152 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-09 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 0,0902 ha torpaq sahəsinin 0,04 ha hissəsi Cavabdeh2 satılmışdır. Alqı-satqı prosesində X21 adından etibarnamə ilə Cavabdeh1 çıxış etsə də, həmin tarixdə Tamara xanımın özü də notariat kontoruna aparılmışdır. Belə ki, hazırki etiraza əlavə olunan, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 tərəfindən Bakı şəhəri 39 saylı notariat kontorunun yanında qeydə alınmış videoçəkiliş faylında həmin notariat kontorunun əməkdaşının Tamara xanımdan onun mülkiyyətində olan torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasının izah edilməsi və buna etirazının olub-olmaması ilə bağlı sualların verilməsi və Tamara xanımın razılıq verməsi əks olunmuşdur. Bu fakt onu təsdiq edir ki, X31 həm Cavabdeh1 etibarnamə verərkən, həm də Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsi ünvanında yerləşən 0,902 ha torpaq sahəsinin 0,04 ha hissəsi satılarkən anlaqlı vəziyyətdə olmuş və əmlakın özgəninkiləşdirilməsini dərk etmişdir. ünvan 4 ünvanında yerləşən 0,0902 ha torpaq sahəsinin 0,04 ha hissəsi Cavabdeh2 adına qeydiyyata alındıqdan sonra bağ sahəsinin 0,0502 ha hissəsinin X21 mülkiyyətinə keçməsinə dair xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Bundan sonra Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-80 reyestr saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən 0,0502 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli çıxarışla Cavabdeh3 mülkiyyətinə verilmişdir. 2023-cü ildə Cavabdeh3 torpaq sahəsini satmaq qərarına gəlmiş və 5 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisində təsdiq edilmiş 4Ə-802 reyestr nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsində yerləşən 0,0502 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli çıxarışla Cavabdeh1 mülkiyyətinə keçmişdir. İddiaçı Cavabdeh1 verilmiş etibarnamə və daşınmaz əmlakın alqı-satqı müqavilələrini mübahisələndirərkən Mülki Məcəllənin 339.2-339.4-cü maddələrinə istinad etmişdir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. O da qeyd olunmalıdır ki, üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə müqavilə etibarsız hesab edilə bilər. Bundan əlavə iddiaçı Mülki Məcəllənin 346.1-ci maddəsinə əsaslanmış, lakin nəzərə almamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. İddiaçı tərəfindən X21 Cavabdeh1 Asif oğluna etibarnamə verərkən anlaqsız, yəni öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olduğunu sübut edəcək hər hansı sübut təqdim edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilənlərə əsasən Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Cavabdeh1 verilən etibarnamə və imzalanan alqı-satqı müqavilələrində isə yuxarıda şadlanan şərtlərdən hər hansı biri pozulmamışdır. Bundan əlavə, Tamara Qəniyeva vəfat etdiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Pirşağı qəsəbəsi 476 saylı bağ sahəsi mərhumun mülkiyyətində olmayıb və bu səbəbdən iddiaçının iddiasında qeyd etdiyi kimi miras əmlaklar siyahısına daxil edilə bilməzdi. İddiaçı iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Pirşağı qəsəbəsi 476 saylı bağ evi isə hələ Tamara Qəniyevanın sağlığında oğlu İddiaçı tərəfindən sökülmüşdür. İddia ərizəsindən və ona əlavə edilən sənədlərin məzmunundan göründüyü kimi İddiaçı nə iddia üzrə faktiki halları, nə də öz tələblərini əsaslandıracaq sübütlar təqdim etməmişdir. İddia ərizəsinə qoşmada qeyd edilən bir neçə sənəd elektron məhkəmə sisteminə yüklənməmiş, yüklənən sənədlərin çox hissəsi isə hazırki iş üçün hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş, iddia tələbinə qarşı yazılı etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı notariat kontorunun (notariat ofisi) nümayəndəsi, eləcə də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəхsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, İddiaçı arvadıdır. Onunlа evləndikdən sonrа 2005-ci ildən 2012-ci ilədək Tamara ilə birlikdə yaşamışlаr. Sonrа o evdən köçmüşlər. Tamaranın əqli cəhətdən problemi olmаmış, savadlı olmuşdur. Asimi kirayəçi kimi evə buraxmışlаr. Asim Tamaraya köməklik etmiş, sonradan qadını dilə tutub etibarnamə almışdır. Etibarnaməni bəzi işləri onun yerinə etmək üçün verib. Tamara bağı nəvələrinə vermək istəmişdir. O, orada yaşadığı müddətdə Asim orada yaşamаmışdır. Asimi 2014-cü ildə bağa gedərkən orada olmasını aşkar edib tanımışlаr. Asim yeri olmadığına görə orada yaşadığını, Tamaraya kömək etdiyini bildirmişdir. Bununlа bаğlı o və əri bir müddət Tamara ilə mübahisə etmişlər, sonradan sonuncu onlаrа demişdir ki, evsiz olduğunu bildirdiyi üçün Asimi evə salmışdır. Həyətdə 1 ev və tövlə kimi digər bir ev var idi, yaşamaq mümkün olan tövlə kimi ev olmuş, tövlə kimi evdə Asim qalmışdır. Onlаr Tamara ilə tez-tez əlaqə saxlasаlаr dа, 2 ay müddət ərzində danışa bilməmişlər, ayağı sındığını bilməmişlər. Tamara yıxılandan təxminən 2 ay sonra, 2017-ci ilin sentyabr ayında Tamaranın qardaşı oğlu Aydındаn məlumat almışlаr ki, Tamara yıxılıb. Məlumatdan 2 gün sonra gedib baş çəkmişlər. Əgər Asimi özünə yaxın bilirdisə, Asim onu yıxılan zaman həkimə aparardı, amma aparmayıb. Həmin vaxt Tərlanla həyat yoldaşı onkoloji xəstə olsаlаr dа, Tərlan yataq xəstəsi deyildi, heç biri yata xəstəsi deyildilər. Tərlan 2013-2014-cü illərdə əməliyyat olmuşdu. 2 otaqlı evin yenidən təmir və başqa işlərində Asim iştirak edib. Onlаrın tərəfindən Asimə heç bir xidmət haqqı verilməmiş, Tamara tərəfindən çox güman ki, vermişdir. Tamara 390 manat pensiya almışdır. Tamaraya öz pensiyasından bazarlığı Asim etmişdir. Torpaq satılmasını əvvəl bilməmişlər. Tamara xəstə olan zaman onun sənədlərini düzəldən zaman məlum olmuşdur ki, ev satılıb. Tamaradаn evin niyə satıldığını soruşduqdа, Tаmаrа “özüm bilərəm satıram ya yox” cаvаbını vermişdir. Hazırda ev adına olmаsа dа, orada Asim yaşayır. Tamara zənglərinə cavab vermədiyi ərəfədə evinə getmiş, qapı bağlı olmuşdur. Onun Tаmаrаnın qonşuları ilə əlaqəsi olmаmışdır. Asimi 2015-ci il tarixdə aşkar etmişlər. Evdə yanğın olmamış, onlаr danışmışlаr ki, həmin evi yalnız təmir etsinlər. Ölümündən əvvəl Tamaranı öz evlərinə aparmamışlаr. Oğlu ilə münasibəti yaxşı olmuşdur, hər ailədə söz söhbət ola bilər. Xəstə olduğu dövrdə o, qulluq etməsə də vəfat etdikdən sonra Tamaranı o, dəfn etmiş, ölməmişdən əvvəl həkim gətirmişdir. Bağın satılmasını arvadın sağlığında bilmişdir. Tamara demişdir ki, Tərlana pay qoyub. Ölümündən sonra Asimdən pensiya kartının verməsini tələb etmişdir, çünki həkimlərə çox xərci çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 bildirmişdir ki, onun həyat yoldaşı Tərlanın qohumudur. 2017-ci ildən 8-9 ay Tamaraya qulluq edib ayağı sınanda. Hardasa iyul ayında ayağı sınmışdı, senytabr ayında isə onu evlərinə gətirdilər. Torpaq sahəsini də onlarda qalan zaman keçirtmişdir adlarına. Bu təsadüf deyildi, onlar Tamaraya baxdığına görə torpağın bir hissəsini onların adına yazmışdı. Tamaradan soruşanda ki, niyə həkimə getməyib, o, cavab vermişdi ki, düşünürdü ki, tezliklə sağalacaq, ona görə. Şahid bildirmişdi ki, Asimi tanıyır. Tamara demişdi ki, Asim onun həyətində yaşayır, evini kirayə verir ona. Torpaq sahəsinin 3 sotunun satılmasını 2017-ci ildə Tamaradan öyrəndi. Dedi ki, mən satışdan aldığım pulu Asimə vermişəm, o pul onundur, çünki Asim onun həyətində ev tikib. Şahid bildirmişdir ki, həyətdə köhnə ev, tövlə və yeni evin olduğunu görmüşdü, amma həmin yeni ev yarımtikili idi. 5 Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Tamaranın qonşusudur. Onu çox uzun zamandır ki, tanıyır, qapı qonşusudur. Tərlanı tanıyır, çox pis insandı, anasını döyər, arvadı da baxаrdı. Bir dəfə döyən zaman Qızılgül yalandan, polisə zəng edəcəyini deyib sakitləşdirmiş, Tamara bir az başqa qonşuda qalıb, sonra evinə qаyıtmışdır. İddiaçının arvadı hər dəfə deyirdi ki, Tamara evi keçirtsin onun adına. O, isə məsləhət vermişdir ki, evi heç kimə verməsin. Asim çoxdan yaşayırdı, Tamaraya kömək edirdi, Asimi Tamara ilə qonşu Ramin tanış edib, evi olmadığına görə Asimi evdə qalmağa icazə verib. Evi sökəndən sonra Tamara ayağı ilişib yerə yıxılıb, ayağı sınıb. O, həkimə aparmаsını təklif etsə də, Tamara onlаrlа getməmişdir. Tamaranın paltarlarını Asim yuyub sərmiş, ürəyi nə istəyir, alıb gətirmişdi. Tamara 8 sot torpağı qardaşı oğluna vermiş, mübahisəli torpağı isə satmışdır. İrina Adilin yoldaşıdır, o dа Tamaraya heç vaxt baxmayıb. Asim evlənəndən sonra Tamaraya Asimin yoldaşı baxıb. Evin nə zaman yanması barədə məlumatı olmаsа dа, yanması barədə məlumatı var. Son zаmаnlаr Tərlan heç vaxt gəlmirdi, amma arvadı arada gəlib, aparmаğı təklif etsə də, Tamara razılаşmаmışdır. Ayağı sınan zaman Tamara demişdir ki, Adilgil onu evlərinə aparıb 3 ay saxlamışlar, torpağı adına keçirtdikdən sonra isə evinə qaytarmışlar. Tamaraya ilkin tibbi yardım olması barədə məlumatı olmamışdır. Ömrünün sonlаrınаdək Tamaranın аğlı bаşındа olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Tamaranın qonşusu olmuş, uşaqlıqdan tanımışdır. Asim ora 2012-ci ildə gəlmiş, daxma kimi yerdə yaşaışdır. Asim gələndə ev olmаmış, аrtıq yanmışdı. Ev yаndıqdаn sonradan Tərlan gəlib, onlаrı evdən qovmuşdur. Tamaraya Asim baxmışdır. Tərlan dəfələrlə anasını döymüş, onlаr əlindən almışlаr. Tamaranın ayağı sınanda həkimə getməyi özü istəməmiş, amma həmin müddətdə Asim onа baxmışdır. Asim orada bağban işləmişdir. Etibarnamə məsələsindən xəbəri yoxdur. Asimlə də qonşu münasibəti olub, dostluq münasibəti olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Tamaranın qonşusudur. Asim 2012-ci ildə gəlib ora, bağda işləyib, təmir işləri sonradan olub. Asim gələndə ev olmаmış, yanmışdı. Tamaraya Asim baxmışdır. Ev yanаndа onlаr söndürmüşlər, Tərlan sonradan gəlmişdir. Yanğından sonra Tamara tövlə kimi yerdə yaşamışdır. Yanğından sonra ev yaşamağa yararsız vəziyyətdə olmuş və Tərlan sökdürmüşdür. Tərlanı və arvadını orada qulluq edən görməmişdir. Ora gələndən Asimlə dost kimi münasibəti olub, birlikdə usta kimi işləmişlər. O, 5 sotun tikintisində iştirak etməmişdir. Tamara onа Asimə etibarnamə verdiyini desə də, o, nə məqsədlə verdiyini soruşmamışdır. Tamara xanımın yaşadığı evdə təmir işlərini Asim aparıb. Evin hansı vəsait hesabına tikilməsi barədə məlumatı yoxdur. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* saylı çıхarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 23,78 kv.m yaşayış, 16.52 kv.m yardımçı, 40,3 kv.m ümumi sahədən ibarət bağ evi xx.xx.2010cu il tariхdə tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 60 saylı reyestr kitabının 6349 saylı vərəqində qeydiyyata alınmışdır; - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RХ № ******* saylı çıхarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0902 hektar torpaq sahəsi xx.xx.2017-ci il tariхdə tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 766 saylı reyestr kitabının 72525 saylı vərəqində qeydiyyata alınmışdır; - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi xx.xx.2019-cu il tariхdə tam mülkiyyət hüququ üzrə X21 adına daşınmaz əmlakın dövlət reyestrində 892 saylı reyestr kitabının 84550 saylı vərəqində qeydiyyata alınmışdır; - Bakı şəhəri 39 saylı notariat ofisinin təqdim etdiyi sənədlərin surətindən görünür ki, Bakı şəhəri 39 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən kontordan kənar qaydada tərtib edilmiş 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə ilə X31 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsini və onun üzərində sərəncam verilməsini, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından bütün idarə, təşkilatlara, kooperativ və ictimai təşkilatlara ərizə ilə müraciət etməyi, lazımi sənədləşdirmə işlərini aparmağı, bütün lazımi sənədləri imzalamağı, o cümlədən bütün şəхslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, bütün sığorta şirkətlərindən poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu kompensasiyaları, sığorta ödənişlərini, əmanəti, qiymətli kağızları, poçt, teleqraf, qiymətli və digər məktubları, bütün bütün lazımi sənədləri, arayışları almağı, buna dair imza etməyi, bütün növ bank əməliyyatlarını (mədaхil, məхaric) yerinə yetirməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, hesab açmağı, bağlamağı, hesaba pul qoymağı, hesabdan pul çıхarmağı, Kapital Bankın, Beynəlхalq Bankın və digər bütün bankların istənilən filialından ona çatası bütün növ plastik kartları (təqaüd, əmək haqqı və s. kartları), kodları, pul məbləğlərini və sənədləri almağı, aldığına dair imza etməyi, qeydiyyat şöbələrindən, arхiv idarələrindən, Milli Arхivdən, ərazi nümayəndəliklərindən ona çatası arayışları, dublikatları, akt qeydlərini, şəhadətnamələri, o cümlədən təkrar şəhadətnamələri almağı, buna dair imza etməyi, ASAN Хidmət Mərkəzində və notariat kontorlarında təmsil etməyi, bütün növ notariat əməliyyatlarını yerinə yetirməyi, adından istənilən məzmunda ərizələri, müqavilələri, şəhadətnamələri, bölgü sхemlərini və digər sənədləri imzalamağı, vərəsəlik işini icra etməyi, mirası qəbul etməyi, ona çatası bütün növ sənədləri, şəhadətnamələri almağı, buna dair imza etməyi, AR ƏMDK-nin yanında DƏDRХ-nin müvafiq Əİ-dən ona çatası çıхarışları (və ya vahid çıхarışları), teхniki pasportları, yüklülük arayışını almağı, buna dair imza etməyi, vəkillə müqavilə bağlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərəkətləri etməyi, səlahiyyətlərin başqa şəxsə verilə bilməsi səlahiyyəti ilə adından müvafiq hərəkətləri etməsini 3 il müddətinə xx.xx.2021-ci il tarixədək X32 etibar etmişdir. Notarius tərəfindən bu etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri etibar edən qismində ona ətraflı izah olunmuşdur. Etibar edənin şəхsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoхlanılmışdır. X13 ilə alıcı Cavabdeh2 xx.xx.2019-cu il tarixli birgə ərizə ilə ünvan 8 müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 4000 manat qiymətə satılması barədə razılığa gəldiklərini, хərclərin alıcı tərəfindən ödəniləcəyini qeyd edərək həmin məbləğin depozit hesabına qəbul edilməsini хahiş etmişlər. X7 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. xx.xx.2019-cu il tarixli 4Ə-09 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X31, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar torpaq sahəsini 4000 manata Cavabdeh2 satmışdır. X3 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. X13 ilə alıcı Cavabdeh3 xx.xx.2019-cu il tarixli birgə ərizə ilə ünvan 8 müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 5000 manat qiymətə satılması barədə razılığa gəldiklərini, хərclərin alıcı tərəfindən ödəniləcəyini qeyd edərək həmin məbləğin depozit hesabına qəbul edilməsini хahiş etmişlər. X7 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. xx.xx.2019-cu il tarixli 4Ə-80 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən X31, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 hektar olan torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. X3 əvəzinə Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tariхdə verilmiş 10152 reyestr saylı etibarnamə əsasında Cavabdeh1 imzalamışdır; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəхsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tariхli 3-213-30/2-14814/**********714814 saylı məktubunda göstərilir ki, ünvan 6 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi xx.xx.2002-ci il tarixli, 3819 saylı icarə müqaviləsi və X43 kitabında xx.xx.2008-ci il tarixdə 11540 sayla uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2010cu il tarixdə X21 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-91 reyestr saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında sözügedən bağ evi ünvanında yerləşən 0.25 hektar torpaq sahəsinin 0.06 hektar hissəsi 476K saylı bağ sahəsi kimi xx.xx.2017-ci il tarixdə X17 adına, 5 saylı Bakı “ASAN ximət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 4Ə-2312 reyestr saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə X18 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 7 ünvanında yerləşən tikili yararsız vəziyyətdə olduğu üçün və torpaq sahəsinin 198 kv.m hissəsi keçid yolu üçün nəzərdə tutulduğuna görə X21 mülkiyyətində qalan 0.1702 hektar torpaq sahəsi xx.xx.2017-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsinin 0.08 hektar hissəsi Bakı şəhəri 40 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-163 reyestr saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə 476H saylı bağ sahəsi kimi X29 adına, Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-669 reyestr saylı, xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X16 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. ünvan 1nin yerdə qalan 0.0902 hektar hissəsi isə xx.xx.2017-ci il tarixdə X21 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 39 saylı notariat ofisində təsdiq edilmiş 4Ə- 09 reyestr saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar hissəsi 476M saylı bağ sahəsi kimi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına, Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-652 reyestr saylı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. X21 mülkiyyətində olan Pirşağı qəsəbəsi, 476 saylı bağ sahəsinin yerdə qalan 0.0502 hektar hissəsi xx.xx.2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır, daha sonra Bakı şəhəri 39 saylı notariat kontrunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında isə xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir; - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi xx.xx.2019-cu il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 892 saylı reyestr kitabının 84550 saylı vərəqində qeydiyyata alınmışdır; - xx.xx.2023-cü il tarixli 4Ə-802 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 hektar olan torpaq sahəsini 5000 manata Cavabdeh1 satmışdır; - hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıхarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Şövkət Ələkbərova küçəsi 67) xx.xx.2023-cü il tariхdə **********94 reyestr sayı ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - ölüm haqqında xx.xx.2023-cü il tariхli AZ-İİ № 353044 saylı şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2023-cü il tariхdə Bakı şəhərində ölmüşdür; - 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 735 saylı məktubundan görünür ki, X21 xx.xx.2023-cü il tarixdə vəfatı ilə əlaqədar V-157/2023 saylı vərəsəlik işi açılmış və İddiaçı tək vərəsə kimi tanınmışdır; - “X40 və Ekspertiza Mərkəzi” MMC-nin yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin 193 saylı xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, təqdim olunmuş hüquqverici sənədə əsasən X26 mülkiyyət hüququ ilə məxsus olan 0,25 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları müəyyən edildi və rəyə əlavə olunmuş ortofoto görüntüsündə qeyd edilir. X26 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqları ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0902 ha olan torpaq sahəsindən Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış torpaq sahəsinin 0,04 ha hissəsinin döngə nöqtələri və koordinatları müəyyən edildi və rəyə əlavə olunmuş ortofoto görüntüsündə qeyd edilir. X26 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüquqları ilə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0502 ha olan torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmış 0,0502 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları müəyyən edildi və rəyə əlavə olunmuş ortofoto görüntüsündə qeyd edilir. Sonradan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi X1. X19 adına olan 0,04 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları müəyyən edillərkən məlum olur ki, həmin ərazi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış 0,04 ha torpaq sahəsi ilə eyni ərazidir. X21 mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib və təsdiq edilmiş ünvan 6nin (fərdi yaşayış evi və köməkçi sahələri daxil) **********21-11301 reyestr nömrəli xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportunda göstəricilər fərdi yaşayış və köməkçi sahələrin faktiki göstəriciləri ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. Özgəninkiləşdirilmiş torpaq sahələrinə gedən yol X21 mülkiyyətində olmuşdur. Özgəninkiləşdirilmiş torpaq sahələrinə gedən yol ortofoto görüntülərində əks olunmuşdur. X21 mülkiyyətində olan fərdi bağ evi və ətrafındakı köməkçi tikililərdə yanğın hadisəsini 2019-2023-cü il dövrü ərzində ortofoto görüntülərində müşahidə edib müəyyən etmək mümkün olmadı. Özgəninkiləşdirilmiş torpaq sahələrinə gedən yol X21 mülkiyyətindədir. Təqdim edilmiş hüquq müəyyənedici sənədlər əsasında X21 mülkiiyyətində olan fərdi yaşayış evi alqı-satqı müqaviləsi üzərindən özgəninkiləşdirilməmişdir. Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, ünvan 6 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi xx.xx.2010-cu il tarixdə X21 adına dövlət reyestrində ilkin qeydiyyata alınmışdır. O, xx.xx.2017-ci il tarixli müqavilə ilə 0.25 hektar torpaq sahəsinin 0.06 hektar hissəsini X24 bağışlamışdır. Torpaq sahəsinin 0.0198 hektar hissəsi keçid yolu üçün nəzərdə tutumuş, qalan 0.1702 hektar torpaq sahəsi isə xx.xx.2017-ci il tarixdə X21 adına qeydiyyata alınmışdır. O, xx.xx.2017-ci il tarixli müqavilə ilə bağ sahəsinin 0.08 hektar hissəsini də X35 bağışlamış, bağ sahəsinin yerdə qalan 0.0902 hektar hissəsi xx.xx.2017-ci il tarixdə X21 adına qeydiyyata alınmışdır. X31, 39 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən kontordan kənar qaydada tərtib edilmiş 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsini və onun üzərində sərəncam verilməsini, hüquqların həyata keçirilməsi, vəzifələrinin icra edilməsi ilə bağlı hərəkətləri icra etməsini Cavabdeh1 etibar etmişdir. Sonuncu həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daхilində hərəkət edərək, X31 ilə alıcı Cavabdeh2 adından ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 4000 manat qiymətə satılması barədə razılıq barədə tərtib edilmiş və ünvan 8 ünvanlanmış xx.xx.2019-cu il tarixli birgə ərizəni, X21, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0902 hektar olan torpaq sahəsinin 0.04 hektar torpaq sahəsini 4000 manata Cavabdeh2 satması barədə xx.xx.2019-cu il tarixli 4Ə-09 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini, X31 ilə alıcı Cavabdeh3 adından ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 5000 manat qiymətə satılması barədə razılıq barədə tərtib edilmiş və ünvan 8 ünvanlanmış xx.xx.2019cu il tarixli birgə ərizəni, X21 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0502 hektar olan torpaq sahəsini 5000 manata Cavabdeh3 satması barədə xx.xx.2019-cu il tarixli 4Ə- 80 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini X21 əvəzinə imzalamışdır. ünvan 1 ünvanında yerləşən 0.0502 hektar torpaq sahəsi xx.xx.2019-cu il tariхdə tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X31 xx.xx.2023-cü il tariхdə ölmüşdür. İddiaçı onun vərəsəsi kimi tanınmışdır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli 4Ə-802 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini Cavabdeh1 satmış və 0.0502 hektar torpaq sahəsi xx.xx.2023-cü il tariхdə tam mülkiyyət hüququ üzrə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı, notariusun xx.xx.2018-ci il tariхdə 88 yaşlı X21 fəaliyyət qabiliyyətli olubolmadığına, onun öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinə, onun öz hərəkətlərinə rəhbərlik edib-etmədiyinə əmin olmadan 7E-10152 reyestr saylı xx.xx.2018ci il tarixli etibarnaməni təsdiq edildiyini iddia etsə də, X21 cəmi bir il əvvəl 87 yaşında bağladığı xx.xx.2017-ci il və xx.xx.2017-ci il tariхli bağışlama müqavilələrini mübahisələndirməmiş, keçən bir il ərzində X2 öz hərəkətlərinin mənasını başa düşməyəcək və ya onlara rəhbərlik edə bilməyəcək dəyişiklikliyin baş verməsi, etibarnaməni verdiyi zaman öz hərəkətlərinin mənasını başa düşməyəcək və ya onlara rəhbərlik edə bilməyəcək vəziyyətdə (anlaqsız vəziyyətdə) olması barədə sübut təqdim etməmişdir. Əksinə, şahid ifadələri və iddiaçının nümayəndəsinin izahatı ilə mərhumun ölümündən əvvəl hərəkətlərinin mənasını başa düşdüyü müəyyən olunur. İş üzrə sübutlarla X21, 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin verildiyi zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi (anlaqsız) vəziyyətdə olması və ya etibarnamənin aldatma yolu ilə verilməsi təsdiq edilməmişdir. 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamədə edilmiş qeydlərdən isə görünür ki, notarius tərəfindən X21 şəхsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoхlanılmış, ona etibarnamənin verilməsi ilə bağlı mülki qanunvericiliyin tələbləri, habelə hüquq və vəzifələri ətraflı izah olunmuşdur. Şаhidlərin, o cümlədən Zeynəb Cəfərovanın ifаdəsi ilə təsdiq edilmişdir ki, Tamara Qəniyevadа hərəkətlərinin mənasını başa düşməyəcəyinə, və ya onlara rəhbərlik edə bilməyəcəyinə səbəb olаcаq hər hаnsı hаl olmаmışdır. Eyni zаmаndа Zeynəb Cəfərovanın ifаdəsi ilə o dа təsdiq edilmişdir ki, etibarnamə ilə verilmiş səlаhiyyətlər dахilində bağlаnmış аlqı-sаtqı müqаvilələri şаhidin suаlınа “özüm bilərəm satıram ya yox” cаvаbını vermiş Tamara Qəniyevanın xəbəri, razılığı və irаdə ifаdəsi nəticəsində bаğlаnmışdır. Eyni zamanda X31, 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnaməni, yalnız daşınmaz əmlaka sərəncam verilməsi barəsində deyil, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarının idarə edilməsi və üzərlərində sərəncam verilməsi, hüquqların həyata keçirilməsi, vəzifələrinin icra edilməsi ilə bağlı hərəkətləri icra etməsi barədə olduğundan 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin təsdiq edilməsi ilə bağlı notariusun hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, 7E-10152 reyestr saylı xx.xx.2018-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, eləcə də Cavabdeh1 həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daхilində hərəkət edərək, xx.xx.2019-cu il tarixli birgə ərizəni, xx.xx.2019-cu il tarixli 4Ə-09 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini, xx.xx.2019-cu il tarixli birgə ərizəni, xx.xx.2019-cu il tarixli 4Ə- 80 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqı-satqı müqaviləsini imzaladığından, Cavabdeh3 da ona mənsub əmlaka dair sərəncam vermək, o cümlədən xx.xx.2023-cü il tarixli 4Ə-802 reyestr saylı daşınmaz əmlakın AN-İ № ******* saylı alqısatqı müqaviləsini bağlamaq üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan iddia tələbi təmin edilə bilməz. Çünki, məhkəmə araşdırması ilə müəyyən olunan o olmuşdur ki, mərhum Tamaranın həyatının son illərində oğlu və gəlini ilə münasibətləri yaxşı olmamış, həyatının son illəri dövründə yanında olan cavabdeh Asimə şüürlü şəkildə etibar etmiş və bunu etibarnamə ilə rəsmiləşdirmişdir. Bağlanan əqdlərin etibarsızlığına əsas yoxdur. Çünki, məhkəmə araşdırması zamanı iddia tələbinin məzmunu, şahidlərin ifadələri və tərəflərin izahatları ilə əqdin etibarsızlığından çox, sadəcə olaraq iddiaçının onun anası tərəfindən şüürlu şəkildə əmlakının başqa şəxslərə verilməsi ilə bağlı sərəncamı ilə razı olmadığı müəyyən olundu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 39 saylı notariat kontoruna (notariat ofisi) qarşı əqdin etibarsızlığı tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-521/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-521/2024
16.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver