Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5259/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2007-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o Ərizəçi və həyat yoldaşı X3 ilə xx.xx.2006-cı il tarixində nikahı rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir: xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6. Bildirir ki, oğlu xx.xx.2007-ci il təvəllüdlü X4 anadangəlmə 1-ci dərəcəli əlildir. Oğlu xx.xx.2007-ci il təvəllüdlü X2 o baxır. Hal-hazırda 1-ci dərəcəli əlil xx.xx.2007-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Oğlu xx.xx.2007-ci il təvəllüdlü X4 uzun illərdir ki, anadangəlmə Ağır Kəmağıllıq, qulluq və müalicə tələb olunan ciddi nitq və davranış pozuntuları ilə uşaq autizmi kanner sindromu, (İQ -30) xəstəliyindən əziyyət çəkir. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü tam idarə edə bilmir. 1-ci qrup əlildir. Oğlu xx.xx.2007-ci il təvəllüdlü X5 bu xəstəliyi beyin ilə əlaqədardır və uşaqlıqdan özünü sərbəst idarə edə bilmir. Bu səbəbdən də özü öz yeməyinidə yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Oğlunun kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. Bu səbəbdən də xəstə oğlunu tək qoyub hansısa bir işlə məşğul ola bilmir. Oğlu xx.xx.2007-ci il təvəllüdlü X1 bütün təlabatını anası olaraq o ödəyir. Maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab emişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1982-ci il tarixdə doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatdadır. Bakı şəhəri Suraxanı rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.2006-cı il tarixdə 905 nömrəli akt qeydi ilə nikah bağlamışdır. Onun oğlu X4 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X3, anası Ərizəçidır, ünvan 2 ünvanında qeydiyyatdadır (AA4301486 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, AZ-İİ seriyalı seriyalı 005001 №-li doğum haqqında şəhadətnamələr). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş bildirişdən görünür ki,, X4 1-ci dərəcəli əlildir. Ona ağır Kəmağıllıq, qulluq və müalicə tələb olunan ciddi nitq və davranış pozuntuları ilə uşaq autizmi kanner sindromu, (İQ-30), uşaq autizmi kanner sindromu, nitq artikulyasiyasının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4512 №-li rəyinə əsasən X4 hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir, onun psixi vəziyyətinə görə fəaliyyət qabilliyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X4 hal-hazırda öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə doğulmuş X4 fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-5259/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5259/2025
24.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver