Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5262/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1965-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. 13 sentyabr 1994-cü ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nikahdan xx.xx.1999-cı il təvəllüdlü X5 və xx.xx.2002-ci il təvəllüdlü X6 anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə Pirallahı qəsəbəsində yaşamış və orada yaşamaqda devam edillər. Lap uşaq vaxtlarından oğlu Vüqarın əsəb sistemi ilə bağlı problemləri olduğundan o mütəmadi olaraq müayinə və müalicələr alsa da, səhətində heç bir müsbət dəyişikliklər baş verməmişdir. Vüqar ata tərəfindən genetik ruhi xəstəliyin daşıyıcısıdır. O səbəbdən, 18 yaşı tamam olduqda həkim komissiyası tərəfindən hərbi xidmətə də yararsız hesab edilmişdir. Bununla belə, böyüdükcə oğlu Vüqarın səhhətində yaranmış psixi pozuntular daha da güclənməkdə davam etmişdir. O evdəkilər və ətrafdakilar üçün təhlükə mənbəyinə çevrilmişdir. Öz hərəkətlərinin mahiyyətinin tam itirmiş, ağır cinayətlər törədə biləcək həddə çatmışdır. Vüqar Zeynalov 2017-ci ildə psixi pozuntusu olan şəxs kimi qeydiyyata alınmışdır. Oğlu Vüqarın xəstəliyi kəskinləşdiyindən və davranışları təhlükəli olduğundan çağırışları əsasında Bakı Şəhər Təcili və X2 Stansiyasının 9 nömrəli Bölməsinin xüsusi həkim briqadası 2021-ci ildən başlayaraq, onu bir neçə dəfə Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanası X10ə yerləşdirilmişdir. Hal-hazırda da o həmin müəssisədə saxlanılır. Bir sözlə, oğlu X5 doğulduğu vaxtdan başlayaraq həkim nəzarəti altında və ruhi xəstə kimi uçotda olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1999-cu il təvəllüdlü X3 atası X4, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “X8” X10 xx.xx.2023-cü il tarixli PHŞ-6-16/2-157/2023 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1999-cu il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixində tibbi uçota alınıb. Sonuncu dəfə “Respublika Psixiatriya Xəstəxanası X13”-ində müalicədə olduğu vaxt “Yüngül dərəcəli əqli geriliyi” (F 70.0) diaqnozu təyin edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 2609 nömrəli rəyindən görünür ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab ediləlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5262/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5262/2023
30.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver