Məhkəmə qərarları › İş №2(008)-5335/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5335/2023

12.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5335/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi "xx.xx.1997-ci il tarixli 10396 nömrəli "Bağın icarəyə verilməsi haqqında müqavilə"nin X5 məxsus olması faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1997-ci il tarixli 10396 nömrəli "Bağın icarəyə verilməsi haqqında müqavilə"nin xx.xx.1945-ci ildə Bakı şəhərində doğulmuş və xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmiş X5 məxsus olması faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, arvadı X9 xx.xx.2020-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. Mərhumla Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi arasında bağlanmış 10396 nömrəli xx.xx.1997-ci il tarixli "Bağın icarəyə verilməsi haqqında müqavilə"yə əsasən, Ləhiş qəsəbəsində 0,12 ha sahəsi olan 4378 nömrəli bağ sahəsi mərhumun icarəsinə verilmişdir. O, həmin bağ sahəsini miras kimi qəbul etmək üçün notariat orqanına müraciət etdikdə, notariat orqanı tərəfindən məktub hazırlanaraq hüququn qeydiyyata alınması üçün maraqlı şəxs olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Həmin idarə tərəfindən hüququn qeydə alınmasından imtina edilmiş və səbəb kimi X1 müqavilədə adının Xanımana, ata adının Dardail kimi qeyd olunduğu və ziddiyyət yarandığı bildirilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, həmin İdarə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun nümayəndəsinin iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, X9 xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuş və xx.xx.1970-ci ildə Ərizəçi ilə nikaha daxil olmuşdur. X9 xx.xx.2020-ci ildə vəfat etmiş, bundan sonra Ərizəçi Bakı Şəhəri 17 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək, mərhum arvadı X3 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ 4378 nömrəli sahədə yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi Notariat Ofisinə Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə X10 arasında bağlanmış xx.xx.1997-ci il tarixli 10396 nömrəli "Bağın icarəyə verilməsi haqqında müqavilə"ni təqdim etmişdir. Həmin müqaviləyə görə, Ləhiş qəsəbəsində 4378 nömrəli 0,12 hektar bağ sahəsi X6 icarəyə verilmişdir. 17 saylı Notariat Ofisi xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mərhumun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə məlumatın verilməsi xahiş olunmuşdur. Lakin həmin İdarə çıxarış verməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, hüquq sahibinin adı və ata adı təqdim edilən müqavilədə Xanımana Dardail qızı qeyd edilsə də, notariat ofisinin məktubunda Xalmana Dərdayıl qızı qeyd olunmuşdur. Bundan sonra ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 və Xalmana Dərdayıl qızı xx.xx.1970-ci ildə nikah bağlamış, arvada Bağırova soyadı veilmişdir. İşdə olan "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə durğunluq ürək çatmamazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. İşdə olan, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə X10 arasında bağlanmış xx.xx.1997-ci il tarixli 10396 nömrəli "Bağın icarəyə verilməsi haqqında müqavilə" ilə Ləhiş qəsəbəsində 4378 nömrəli 0,12 hektar bağ sahəsi sonuncunun icarəsinə verilmişdir. "Elektron Məhkəmə" informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X9 xx.xx.1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə görə, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, yuxarıda göstərilən xx.xx.1997ci il tarixli 10396 nömrəli "Bağın icarəyə verilməsi haqqında müqavilə"də şəxsin adı X2 göstərilsə də, əslində həmin sənəd X5 məxsusdur, lakin ərizəçi bunu təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə də hazırkı ərizə təmin edilməli və sənədin mərhum X5 məxsus olması faktı müəyyən olunmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə X10 arasında bağlanmış xx.xx.1997-ci il tarixli 10396 nömrəli "Bağın icarəyə verilməsi haqqında müqavilə"nin xx.xx.1945-ci ildə Bakı şəhərində doğulmuş və xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar