Məhkəmə qərarları › İş №2(008)-5340/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5340/2021

02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5340/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi Kərimov X26 iştirakı ilə, Ərizəçi Kərimov X26 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxAraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Kərimov X26 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Kərimov X9 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun X4 məxsus olması faktı müəyyən edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1947-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası X11, anası X3r. Atası X11 26.01.1980-ci ildə baş beyinə qansızma səbəbindən, anası X8 isə 22.02.1997-cı il tarixində 3-cü dərəcəli xroniki ürək qan-damarçatışmamazlığından vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatdadır və yaşayır. Atası Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Qeyd edilən yaşayış sahəsinə dair vərəsəlik işinin açılması ilə bağlı 35 saylı notariat ofisinə müraciət edilmiş, eyni zamanda yaşayış sahəsinə dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport, atası X2 ölümü haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsinin surətini, doğum haqqında şəhadətnaməm təqdim edilmişdir. 35 saylı notariat ofisini tərəfindən AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə miras əmlak olan daşınmaz əmlaka dair çıxarış və texniki pasport verilməsinə dair müraciət ünvanlanmışdır. Lakin AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsi tərəfindən araşdırma zamanı bəlli olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda atamın adı və soyadı Kərimov Əli X15 qeyd edilmişdir. Baxmayaraq ki, atamsının adı soyadı və ata adı X5r. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda - Kərimov Əli X16, Sabunçu rayon Kürdəxanı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 253604 saylı ölüm haqqında şəhadətnamədə X11 kimi göstərilmişdir. Bütün qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Kərimov X9 adına verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun, X4 verilmiş Sabunçu rayon Kürdəxanı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 253604 saylı ölüm haqqında şəhadətnamənin mərhum X4 məxsus olması olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilən hüquqi əhəmiyyəti olan faktın tanınması ona atasından qalmış və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləşdirilməsi və vərəsəlik işi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Kərimov X41 ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə məlumat verilmiş, lakin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən şahid X17 öz izahatında bildirdi ki, o, ərizəçi onun həm əri həm də xalası oğludur. 31.12.1973-cü ildə ailə qurmuşlar. Qaynatasının adı Kərimov X21 olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X12 öz izahatında bildirdi ki, ərizəçi qardaşıdır. Ataları Kərimov X13r. Məhkəmə iclasında iştirak edən şahid X19 öz izahatında bildirdi ki, ərizəçinin onun əmisi nəvəsidir. Babasının adı Absal olub, ziyarətə gedib gəldikdən sonra ona hər kəs Hacı deyib. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gənclik küçəsi 13 saylı evə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, həmin evə mülkiyyət hüququ Kərimov X14 verilmişdir. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 16 avqust 2019-cu il tarixli, K-51 nömrəli arxiv arayışından görünür ki, 1938-1941-ci illlər dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı icra nümayəndəliyi üzrə nikah haqqında qeydiyyat kitablarında 24 yanvar 1940-cı ildə Kərimov X18 ilə Nuriyyə Qurban qızının nikahı qeyd olunmuşdur. - İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X1 26 oktyabr 1912-ci il tarixdə doğulmuş, 26 yanvar 1980-ci il tarixdə ölmüşdür. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.08.2019-cu il tarixli doğum haqda şəhdətnamədən görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixində bakı şəhərində anadan olmuşdur. Atası X11, anası Nuriyə Qurban qızıdır. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.09.2018-ci il tarixli ölüm haqıqnda şəhadətnamənin surətindən görünür ki, X11 29.01.1980-ci ildə baş beyin qansızması səbəbindən ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən AR MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin Aradan qaldırılAraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gənclik küçəsi 13 saylı evə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda Ərizəçi atasının adı X11 deyil, Kərimov Əli X15 qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, Kərimov X6 adına Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gənclik küçəsi 13 saylı evə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun X4 məxsus olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallAra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlArla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kərimov X6 adına Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gənclik küçəsi 13 saylı evə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar