Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5375/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Seyfəddin oğlunun sədrliyi X15 qızının katibliyi Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, "X5" kimi qeyd edilmiş xx.xx.1985-ci il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamənin, "X11 oqlu"kimi qeyd edilmiş xx.xx.1983-cü tarixdə verilmiş nikah haqqında şəhadətnamənin, "Ərizəçi" kimi qeyd edilmiş Sosial Sığorta Şəhadənaməsinin və Ərizəçi" kimi qeyd edilmiş xx.xx.2014-cü ildə verilmiş şəxsiyyət vəsiqəsinin eyni şəxsə məxsus olması faktına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə dəqiqləşdirmə ilə bağlı ərizə verərək, məhkəmədən "X5" kimi qeyd edilmiş xx.xx.1985-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin ,"X6" kimi qeyd edilmiş xx.xx.1983-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin, "Ərizəçi" kimi qeyd edilmiş Sosial Sığorta Şəhadətnaməsinin eyni şəxsə, yəni Ərizəçi məxsus olması faktına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum bacısı X3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 101 (Yeni qaydalarla: AZ1052,ünvan 1) miras əmlakı qalmışdır. Həmin miras əmlaka vərəsəlik açılması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 9 saylı Notariat Ofisinə müraciət etsə də, lakin notariat ofisindən onun doğum haqqında şəhadətnaməsində adının "X7", şəxsiyyət vəsiqəsində isə "Ərizəçi” kimi qeyd edilmişdir və həmin uyğunsuzluğa görə müraciətindən imtina edilmişdir. Bundan əlavə mənim adıma verilmiş başqa sənədlərimdə uyğunsuzluq vardır. Belə ki, xx.xx.1983-ü ildə verilmiş nikah haqqında şəhadətnaməsində "X11 oqlu" kimi qeyd edilsə də, Dövlət Sosial Sığorta şəhadətnaməsində isə "Ərizəçi" qeyd edilmişdir. Məhz bu uyğunsuzluqlara görə bacısından qalmış miras əmlakına vərəsəlik açdıra bilmir. Ona görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmin sənədlərin eyni şəxsə aid olması barədə qəbul ediləcək məhkəmə aktı mənə notariat ofisinə təqdim etmək üçün lazımdır. Proses iştirakçılarının izahat və ifadələri: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: -AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi göstərilmişdir. -İİİ-JQ seriyalı, 350421 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı X1 göstərilmişdir. -X-JF seriyalı, 496921 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi soyadı, adı və ata adı X2 göstərilmişdir. -Azərbaycan Respublikası Dövlət Sosial Siğorta Şəhadətnaməsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi göstərilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrndən arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X4 adına rəsmiləşdirilib. -Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunun qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 1303 nömrəli notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə qərardan görünür ki, ərizəçinin adı doğum haqqında şəhadətnaməsində “Möhübbət”, şəxsiyyət vəsiqəsində isə “Məhəbbət” kimi qeyd olunduğundan uyğunsuzluğa görə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, doğum haqqında şəhadətnamədə və nikahın bağlanması haqqında şəhadətnamənin nikahın bağlanması haqqında şəhadətnamədə ərizəçinin soyadı, adı, ata adı Ərizəçi olduğu halda səhvən nikahın bağlanması haqqında şəhadətnamədə və doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı, adı və ata adı müvafiq olaraq “X11“ və “X8“ kimi qeyd edilmişdir. Məhkəmə bu mövqeyə gələrkən iş materiallarına və ərizəçinin izahatına əsaslanmışdır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə İİİ-JQ seriyalı, 350421 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə göstərilmiş X6 və X-JF seriyalı, 496921 nömrəli doğum haqqında şəhadətnaməsində göstərilmiş X8 eyni şəxsdir və İİİ-JQ seriyalı, 350421 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə və X-JF seriyalı, 496921 nömrəli doğum haqqında şəhadətnamə Ərizəçi məxsus olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X-JF seriyalı, 496921 nömrəli doğum haqqında şəhadətnamənin və İİİ-JQ seriyalı, 350421 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayramov Müseyib
Məhkəmə qərarları › İş №2(008)-5375/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5375/2025
12.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver