Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-538/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, onun nümayəndələri və vəkili Vəkil1 və Vəkil3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanlı fərdi yaşaış evinin və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlaması Müqaviləsi” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadıq mübahisəli ünvan 2 ünvanlı mənzili Cavabdeh1 onların xəbəri və razılıqları olmadan xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən öz mülkiyyətinə keçirmiş, 2022-ci ilin sonunda isə "zəbt olunmuş fərdi yaşayış evinin boşaldılması və xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma" tələbinə dair onlara qarşı iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında onlar biləndə ki, Cavabdeh1 qanunsuz olaraq mənzili mülkiyyətinə keçirmiş, belə olan halda Çıxarışın ləğvi ilə əlaqədar qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək arzusunda olduqlarını və bunun üçün məhkəmənin hazırlıq iclasının təxirə salınmasını işə baxan hakimdən xahiş etdiklərinə görə (hakim Şəbnur Qədirova, iş 2(008)-5954/2022) işin hazırlıq iclası təxirə salınmış, lakin növbəti hazırlıq iclasında həmin iş üzrə iddiaçı olan Cavabdeh1 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadı ilə Cavabdeh1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, bir neçə dəfə ona müraciət edərək mənzili ümumi paylı mülkiyyətə çevirməyi və onların uzun illər yaşadıqları həmin mənzilə qeydiyyata alınmaqlarını xahiş və tələb etsələr də,o ilk vaxtlar buna razı olmuş, lakin sonradan imtina etmişdir. İmtinadan sonra sənədləri hazırlayıb, qanunvericiliklə nəzərdə tutlmuş digər prosedur qaydalara əməl etdikdən sonra Cavabdeh1 qarşı "mənzildən istifadə hüquqlarımızın tanınması, çıxarışın ləğvi, mənzilin birgə mülkiyyət hesab edilməsinə dair" iddia tələbi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişlər. Cavabdeh1 qarşı iddia tələbləri Sabunçu rayon məhkəməsində baxılarkən (iş 2(008)-3938/2023,hakim Nülufər Cəfərli) hazırlıq iclası zamanı mübahisəli mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış sənədlərlə müəyyən edildi ki, onların vəsaiti hesabına tikilmiş, lakin Cavabdeh1 qanunsuz olaraq öz adına "Bakı şəhəri,Sabunçu rayonu, Ramana qəsəbəsi,Mərkəzi küçəsi,16-cı döngə,ev 17C" ünvanı kimi mülkiyyət hüququ ilə qeydə aldırdığı mənzilə dair uzun illərdir ki, məhkəmə mübahisəsi olduğunu nəzərə alaraq, yenə də onların razılığı və xəbəri olmadan 28 fevral 2023-cü il tarixində imzaladığı bağışlama müqaviləsinə əsasən mübahisəli mənzili və mənzilin yerləşdiyi 0,04 ha torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 bu illər ərzində bir gün olsun belə, mübahisəli mənzilin yerləşdiyi yerdə olmamış, alqı-satqı yolu ilə ailələri tərəfindən alınmış torpaq sahəsinə və orada tikilmiş yaşayış evlərinə heç bir aidiyyatı olmamışdır. Cavabdehlər arasında görüntü xətrinə imzalanmış bağışlama müqaviləsi onların mənzil hüquqlarının pozulmasına yönəlmüş cəhddən başqa bir şey deyil. O səbəbdən həmin müqavilə etibarsız hesab edilməli və mənzil Cavabdeh1 mülkiyyətinə qaytarılmalıdır. İddiaçı1 1988-ci ildə həmin vaxtlar Ermənistan Respublikasında yaşayan Cavabdeh1 ilə ər-arvad münasibətlərinə daxil olaraq ailə qurmuş və orada yaşamağa başlamışdıq. Bir qədər sonra isə onlar Ermənistandan qaçqın düşərək Bakı şəhərinə gəlmiş və ailələrinin vəsaiti hesabına ünvan 4 ünvanlı iki mərtəbəli yaşayış sahəsini almış, həmin ünvana pasport qeydiyyatına düşmüş və həmin ünvanda faktiki yaşamağa başlamışlar. Bakı şəhərində yaşadığı dövrlərdə Cavabdeh1lə birgə nikahımızdan 3 uşağı anadan olmuşdur. Mənzil şəraitini yaxşılaşdırılmasına ehtiyac olduğundan onların müraciətləri əsasında Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 355 saylı Sərəncamı ilə Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış sahəsinin tikintisi məqsədi ilə ailələrinin vəsaiti hesabına alqı-satqı yolu ilə 400 kv.m. torpaq sahəsi ayrılmışdı. 2006-2007-ci illərdə Ramana qəsəbəsində yeni aldıqları torpaq sahəsində ailələrinin ümumi vəsaiti hesabına bir mərtəbəli ev tikərək, 2007-ci ildə ailəliklə həmin evə köçmüşlər. Təqribən, 2013-cü ilə qədər Cavabdeh1 də onlarla birlikdə həmin bir otaqlı mənzildə yaşamışdır. 2013-cü ildən sonra, onun davranışında dəyişiklər baş verməyə, evə gec-gec gəlməyə və qazancını onlardan gizlətməyə başlamışdır. Həmin vaxtlar birgə nikahdan olan övladları bu iş üzrə iddiaçılar böyüyüb ailə qurmaq həddinə çatmışdılar. Bir otaqlı evdə qalmaq mümkün deyildi. Cavabdeh1lə isə münasibətlər pisləşmişdi. O səbəbdən, Cavabdeh1 maddi və fiziki iştirakı olmadan banklardan götürdüyükləri kreditlər hesabına iki mərtəbəli ev tikmişlər. Evi tikdikləri 2015 və ondan sonraklı dövrlərdə Cavabdeh1 evdən birdəfəlik getdi və başqa qadınla ailə quraraq başqa ünvanda yaşadı. Üstəlik, eyni üsuldan istifadə etməklə Səbail rayonun inzibati ərazisində olan iki otaqlı mənzillərini bağışlama müqaviləsinə əsasən bacısının adına keçirmişdir. Cavabdeh1 bir müddətdən sonra, sonradan ailə qurduğu qadından ayrılmış (boşanmış) və 2-3 aydan bir onların faktiki yaşadıqları ünvana gələrək onlarla barışmağa cəhdlər etmişdir. Lakin, barışıq almmadıqda hər dəfə evdə konfliktli vəziyyət yaradaraq, hüquq mühafizə orqanlarına onun döyülməsi ilə bağlı yalan şikayətlər etmişdir. Bundan əlavə, 2017-ci ilin əvvəllərində Cavabdeh1 onlara qarşı Suraxanı rayon Məhkəməsində “torpaq sahəsindən və qeyd edilən torpaq sahəsində inşa edilən iki ədəd fərdi yaşayış evindən çıxarılmaqlarına dair" iddia qaldırmışdır. Həmin iş üzrə cavabdehlərdən biri İddiaçı1 "torpaq sahəsinə payların müəyyən edilməsinə dair" qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, ilkin iddiaçı Cavabdeh1 iddia tələbinin predmetini dəyişərək özünün mənzilə köçürülməsini isdəmişdir. Baxmayaraq ki, onun həmin mənzildə yaşamasına heç kəs mane olmamışdır. İşə baxan Suraxanı rayon məhkəməsi özünün 2(010)-1701/2017 saylı qətnaməsi ilə, Cavabdeh1 mübahisəli mənzilə köçürülməsini qət etmişdir. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbini də qismən təmin edərək, mübahisəli evlərin yerləşdiyi 0,04 ha torpaq sahəsinə İddiaçı1 1/2 hissədə pay hüququnu tanmışdır. Həmin vaxtlar evlərin hüquqi statusu müəyyən edilməmişdi. Həmin qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsdinin mülki kollegiyasının 25 iyul 2017-ci il tarixli 2(103)-7628/2017 saylı qətnaməsi ilə təmin edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya münasibətdə (payların müəyyən edilməsi hissəsində) ləğv edildi. Belə ki, apellyasiya məhkəməsi hesab etdi ki, İddiaçı1 vətəndaşlığı olmayan şəxs olduğundan Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə görə mülkiyyət hüququ ilə torpaq sahəsi əldə edə bilməz. Bununla belə, Apellyasiya məhkəməsi torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyi qənaətinə gəldiyindən, hesab etmişdir ki, İddiaçı1 həmin torpaq sahəsindən daima istifadə etmək hüququ vardır və bu hüquqa kompensasiya vermək yolu ilə xitam verilə bilər. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, 0,04 ha mübahisəli torpaq sahəsi ailələrinin birgə vəsaiti hesabına alınmış, həmin torpaq sahəsinə hər bir ailə üzvünün hüquqları mövcuddur, torpaq sahəsində tikilmiş iki ədəd fərdi yaşayış evlərindən biri-bir otaqlı, bir mərtəbəli Cavabdeh1 ilə birlikdə tikilmiş və təqribən 2006-cı ildə ailəliklə köçərək həmin bir otaqlıda yaşamağa başlamış, 2013-cü ildən sonra isə Cavabdeh1 iştirakı olmadan ikinci yaşayış evi tərəflərindən inşa edilmişdir. İkinci ev tikilən vaxt Cavabdeh1 başqa qadınla nikah münasibətlərində olmuş, ayrıca yaşamış, həmin qadınla birgə nikahlarından bir uşaqları olmuşdur. İşin bütün bu halları yuxarıda göstərdiyimiz məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Torpaq sahəsinin nə vaxt, hansı məqsədlər üçün alınması, evlərin tikintisi, kimin tərəfindən tikilməsi,həmin evlərdən birincisinə nə vaxt köçmələri, daha sonra isə birinci evdə yaşayayaşaya ikinci evi tikməkləri, evə və torpaq sahəsinə hüquqlarının yaranması məhkəmə Qətnamələri ilə müəyyən edilmişdir. Mənzilə və torpaq sahəsinə hüquqlarının olmasına və bu hüquqlar barəsində Cavabdeh1 məlumatlı olmasına baxmayaraq, o qardaşı Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixində onların xəbərləri olmadan bağışlama müqaviləsi imzalayaraq, yaşadıqları evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsini qardaşına bağışlamaqla hüquqlarını pozmuşdur. Müqavilədə əks olunmuş tərəflərin niyyətlərini (bağışlama) əks etdirmir, görüntü xətrinə bağlanılmış, uzun illərdir ki, aralarında mübahisə olduğundan Cavabdeh1 və qardaşı tərəfindən mənzil və torpağa olan hüquqlarının pozulmasına yönəlmişdir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin həcminin artırılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanlı fərdi yaşaış evinin və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsinə dair 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlaması Müqaviləsi” etibarsız hesab edilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 16-cı döngə, 17 C nömrəli yaşayış evinə dair Cavabdeh2 adına aparılmış 14 mart 2023-cü il tarixli ********** qeydiyyat nömrəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin həcminin artırılmasına dair ərizə Mülki Prosesual Məcəllənin tələblərinə uyğun olduğundan məhkəmə təerəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndələri və vəkili Vəkil1 və Vəkil3 iddia tələbini qəbul etməyərək rədd olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümyəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər İddiaçı4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər İddiaçı4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1701/2017 nömrəli 01 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilərək Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, «Bakı-Aeroport yolunun sol tərəfində» yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində özbaşına inşa edilən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi və qarşılıqlı iddia qismən təmin edilərək Bakı şəhəri. Suraxanı rayonu. «Bakı-Aeroport yolunun sol tərəfində» yerləşən 0,04 ha torpaq sahəsi ilkin iddiaçı Cavabdeh1 ilə qarşılıqlı İddiaçı1 birgə nikahı dövründə əldə edilmiş əmlak hesab edilsin və birgə nikah dövründə əldə etdikləri həmin torpaq sahəsi paylı mülkiyyət hesab edilməklə 1/2 hissəsinə Cavabdeh1. 1/2 hissəsinə isə İddiaçı1 mülkiyyət hüquqları tanınması qət edilmişdir. İş materaillarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7628/2017 nömrəli 25 iyul 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apillyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1701/2017 saylı mülki iş üzrə qəbul etdiyi 01 may 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, İddiaçı1 cavabdeh X2 qarşı Cavabdeh1 adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən (Bakı-Acroport yolunun sol tərəfi) 0.04 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və birgə nikah dövründə əldə etdiklərindən həmin torpaq sahəsi paylı mülkiyyət hesab edilməklə 1/5 hissəsinə Cavabdeh1, 4/5 hissəsinə isə onun mülkiyyət hüquqlarının tanınması barədə qarşılıqlı iddia təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7628/2017 nömrəli 25 iyul 2017-ci il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.1999-cu il tarixli nikah Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(09)- 1002/2016 nömrəli qətnaməsi ilə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7628/2017 nömrəli 25 iyul 2017-ci il tarixli qətnaməsindən məlum olur ki, işdə müəyyən edilmiş hal ondan ibarətdir ki, Bakı şəhəri Suraxanı rayonu Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 0.04 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Lakin mülki işə Bakı Apellyasiya məhkəməsində baxılan zaman İddiaçı1 vətəndaşlığı olmayan şəxs olduğundanonun torpaq sahəsinə pay hüququ tanınmamışdır. İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5954/202 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 qarşı “zəbt olunmuş fərdi yaşayış evinin boşaldılması və xüsusi mülkiyyətdə olan torpaq sahəsindən çıxarılma” tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materaillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 421737 nömrəli çıxarışından görünür ki, ünvan 8 Cavabdeh1 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2022-ci il. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki X4 ünvan 7 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 184,4 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə hədiyyə olaraq Cavabdeh2 bağışlamışdır. İş materaillarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 421737 nömrəli çıxarışından görünür ki, ünvan 8 Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü il. İş materiallarında olan 22 iyun 2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 ünvan 8 ünvanına köçürülmüşdir. İş materiallarında olan Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı Aeroport yolun sol tərəfində sahəsi 124 m2, hündürlüyü 6,45 m, 2 mərtəbəli fərdi yaşayış evinin inşa edilməsi barədə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat vermişdir. İş materaillarında olan Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 355 nömrəli xx.xx.2003-cü il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı- Aeroport yolunun sol fərdi yaşayış evi tkmık üçün cizgidə göstərilmiş sahədə X5 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Suraxanı rayonu X12 61 saylı qərarının çıxarışından görünür ki, Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təssərüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsi xx.xx.2006-ci il tarixdə X1. İş materiallarından olan Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təssərüfatına yararsız torpaq sahəsində fərdi yaşayış evi tikmək məqsədi ilə 400 kv.metr torpaq sahəsi xx.xx.2006-ci il tarixdə X1. İş materiallarında olan Azərbaycan Respublikasi X22 Xəritəçəkmə Komitəsinin **********2000023 nömrəli Torpaq sahəsinin Kadastr planından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 400 m2 torpaq sahəsi ilə bağlı Kadastr planı tərtib edilərək xx.xx.2006-cı il tarixli 1366 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan 2341 nömrəli xx.xx.2006-cı il tarixli arayışdan görünür ki, Cavabdeh1 ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X8, Cavabdeh2, X6, X17, X15 ilə birlikdə Bakı şəhəri, İbrahim Məmmədov küçəsi, 11 saylı evin 3 saylı mənzilinin 5 otağına yaşayır. İş materaillarında olan X3 ərizəsindən görünür ki, Bakı şəhəri,Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsinin qardaşı Cavabdeh1 Salma oğlunun adına özəlləşdirilməsinə etiraz etmir. İş materaillarında olan İddiaçı1 xx.xx.2006-cı il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsinin həyat yoldaşı Cavabdeh1 Salma oğlunun adına özəlləşdirilməsinə etiraz etmir. İş materaillarında olzn Cavabdeh2 xx.xx.2006-cı il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri,Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsinin qardaşı Cavabdeh1 Salma oğlunun adına özəlləşdirilməsinə etiraz etmir. İş materaillarında olan X7 xx.xx.2006-cı il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri,Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsinin Cavabdeh1 Salma oğlunun adına özəlləşdirilməsinə etiraz etmir. İş materaillarında olan X10 xx.xx.2006-cı il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri,Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsinin Cavabdeh1 Salma oğlunun adına özəlləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Bülbülə qəsəbəsi İHB-nin nümayəndəliyinin 21 iyul 2003-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri,Bülbülə qəsəbəsi, Bakı-Aeroport qolunun sol tərəfində yerləşən 400 kv metr sahəsi olan torpaq sahəsi X5 verilişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı1 100,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.9-cu maddəsinə əsasən Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məhkəmə ilk öncə mülki iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yönəlimiş iddia tələbinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 hansı əsalarla cavabdehlər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini tələb etmələri müəyyən edilmədiyinin iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4un cavabdehlərə qarşı yönəlimiş müqavilənin etibarsız hesab ediləməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Bundan sonra məhkəmə İddiaçı1 cavabdehlərə yönəlmiş “müqavilənin etibarsız hesab ediləməsi və çıxarışın ləğvi” tələbinə hüquqi qiymət verərək qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7628/2017 nömrəli 25 iyul 2017-ci il tarixli qətnaməsinin müəyyən edilmiş hallarından da məlum olur ki, mübahisə predmenti olan daşınmaz əmlakı yerləşmiş olduğu torpaq sahəsi İddiaçı1 ilə Cavabdeh1 birgə nikah dövüründə əldə etmiş olduğu torpaq sahəsidir. İddiaçı hazırda Cavabdeh1 onların birgə nikah dövründə əldə etdikləri torpaq sahəsini və onun üzərində olan evin Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 bağışlanmasını onun hüquqlarını pozmuş olduğunu bildirərək məhkəməyə müraciət etsə də, məhkəmə qeyd edir ki, mülki işin matriallarından əldə edilmiş sənədlərdən də məlum olur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında nikah xx.xx.2016-cı il tarixdən pozulmuşdur. İddiaçının daşınmaz əmlaka bu vaxtadək pay hüququ tanınmamışdır. İddiaçı1 hazırda bağışlama müqaviləsinin görünüş üçün bağlandığını bildirərək müqavilənin etibarsız olmasını məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, iddiaçı MəMəmmədovanın həmin əmlaka pay hüququ tərəflər arasında bağlanmış nikah pozulduğu müddətdən 3 il ərzində tanınmadığından və müqavilənin etirsızlığı üçün əsas olmuş olar hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-538/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-538/2024
15.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver