Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5400/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 Seyfəddin oğlunun sədrliyi X14 qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13in 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13in 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, ünvan 1-yə dair verilmiş Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1975-ci il tarixdə vəfat etmiş Bədirnisə Həmzə qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.2007-ci il tarixdə vəfat etmiş X2 onun anası, xx.xx.1975-ci il tarixdə vəfat etmiş Bədirnisə Həmzə qızı isə onun nənəsidir. ünvan 1 ünvanına dair mərhum nənəsinin texniki pasportu vardır və ev Bədirnisə Həmzə qızına məxsusdur. O, Bakı şəhəri 17 saylı Notariat ofisinə müraciət edərək, xx.xx.1975-ci il tarixdə vəfat etmiş nənəsi Bədirnisə Həmzə qızından miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. ünvan 1 üzərində hüquqların miras qoyan Bədirnisə Həmzə qızına məxsus olması barədə arayışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirildi ki, 1961-ci il tarixli texniki pasportda hüquq sahibinin adı "Berdnise", təqdim edilmiş sənədlərdə isə "Bədirnisə" kimi yazılmışdır. 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunu aldıqdan sonra texniki pasporta nəzər saldıqda müəyyən etmişdir ki, həqiqətən də, sözügedən texniki pasportda nənəsinin adı səhvən "Berdnisa" kimi yazılmışdır. Belə olan halda o, ünvan 1 ilə bağlı müvafiq sənədləşmə işləri görə, miras əmlakı sənədləşdirib öz adına qeydiyyata aldıra bilmir. ünvan 1-yə dair Texniki pasportun mərhum nənəsi Bədirnisə Həmzə qızına məxsus olmasını başqa yolla sübut edə bilmədiyi üçün məhkəmə qaydasında müəyyən olunmasını xahiş edir. Proses iştirakçılarının izahat və ifadələri: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13in 1 saylı Bakı Ərazi İdarəsi xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur və nənəsini tanıyır. Mübahisə olunan ev və torpaq sahəsi vəfat etmiş Bədirnisəyə məxsus olmuşdur və ondan ailəsinə keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçinin həm qonşusu, həm də ki qohumudur və araları yaxın olmuşdur. Ərizəçinin mərhum nənəsini tanıyır, ev və torpaq sahəsi onun adına olub və ondan miras qalmışdır. Mülki işin materialları: -Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA/2-S-31-6-107/2024 nömrəli Arxiv arayışdan görünür ki, 1926-cı ilin İ yarimilliyində doğulan Nisəxanım Ağaməli qızının (ərizənin anası) atası Ağaməli Sovdum oğlu, anası isə Bədirnisə Həmzə (sənəddə olduğu kimi) qızıdır. (ərizəçinin nənəsi) -Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1961-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, vətəndaşın adı Berdnisə Tamza qızı kimi qeyd edilmişdir -AZ-İ seriyalı, 245304 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2007-ci ildə ölmüşdür. AZ-İİ seriyalı, 412333 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1975-ci ildə ölmüşdür -xx.xx.2024-cü il tarixli DƏDKR X13 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş 3- 21-3-30/2-1550/2024 nömrəli daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəsislərinə lazımi şərati yaradılmadığına, torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki sahəsinin üstüstə düşməməsi və 1961-ci il tarixli texniki pasportda hüquq sahibinin adı “Berdnisə”, təqdim edilmiş sənədlərdə isə “Bədirnisə” kimi qeyd edildiyindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda ərizəçinin nənəsinin adı, ata adı Bədirnisə Həmzə qızı olduğu halda səhvən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1961-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda vətəndaşın adı, ata adı Berdnisə Tamza qızı kimi qeyd edilmişdir. Məhkəmə bu mövqeyə gələrkən iş materiallarına və şahid ifadələrinə əsaslanmışdır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin nənəsi Bədirnisə Həmzə qızı ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1961-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş Berdnisə Tamza qızı eyni şəxsdir və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1961-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu Bədirnisə Həmzə qızına məxsus olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanı barəsində Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş 1961-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1975-ci il tarixdə vəfat etmiş Bədirnisə Həmzə qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayramov Müseyib
Məhkəmə qərarları › İş №2(008)-5400/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5400/2025
17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver