Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5415/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X3, Ərizəçi "X1 fəaliyyət qabiliyyətsiz elan olunması" barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi "X1 fəaliyyət qabiliyyətsiz elan olunması" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizədə bildirmişdir ki, qardaşı X2 2000-ci ildən "şizofreniya paranoid" xəstəliyindən əziyyət çəkir, əmək fəaliyyətsizdir, 2-ci qrup əlildir və hazırda Respublika Psixiatriya Xəstəxanasında (Ünvan: Maştağa qəsəbəsi X7 küçəsi 155) müalicə olunur. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsində deyilir ki, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin "Qeyd" hissəsində göstərilmişdir ki, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Müəyyən olundu ki, hazırkı ərizə Qanuni nümayəndə adlı şəxs tərəfindən imzalanmış və o, ərizədə Ərizəçi qanuni nümayəndəsi kimi göstərilmişdir. Halbuki məhkəməyə Qanuni nümayəndə Ərizəçi qanuni nümayəndəsi olmasını təsdiq edən heç bir sənəd təqdim olunmamışdır. Bundan əlavə, hazırkı ərizəyə Ərizəçi tərəfindən Qanuni nümayəndə verilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin surəti əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, əvvəla, həmin etibarnamədə ərizənin imzalanması səlahiyyətinin verilməsi göstərilməmiş, digər tərəfdən, məhkəməyə Qanuni nümayəndə vəkil, yaxud da Ərizəçi yaxın qohumu olmasını təsdiq edən sənəd təqdim olunmamışdır. Belə olan halda, Qanuni nümayəndə hazırkı ərizəni imzalamaq səlahiyyəti olmamışdır, bu hal isə ərizənin qaytarılması üçün əsasdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsində deyilir ki, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizələrə baxılması həmin şəxsin yaşayış yeri üzrə məhkəmənin, əgər həmin şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, müəssisənin olduğu yerin məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Hazırkı ərizədə X1 Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən psixiatriya müəssisəsində müalicə aldığı göstərilsə də, ərizəyə bunu təsdiq edən sənəd əlavə olunmamışdır. Belə olan halda, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, məhkəməyə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən görünür ki, Ərizəçi məhkəməyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etməmişdir. Bu çatışmazlıq da ərizənin qaytarılması üçün əsasdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsində deyilir ki, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin normaya görə, Ərizəçi ilə X1 bacı-qardaş olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmalıdır. Lakin belə bir sənəd təqdim olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 318.2-ci maddəsində deyilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Lakin hazırkı ərizədə psixi pozuntunun nəticəsində X1 öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: Ərizəçi "X1 fəaliyyət qabiliyyətsiz elan olunması" barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X6.
Məhkəmə qərarları › İş №2(008)-5415/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5415/2024
22.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver