Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5437/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi İddiaçı1 iştirakları ilə, Ərizəçi İddiaçı1 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin bərpası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı1 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək, mərhum babası X4 miras qalmış ünvan 1 ünvanında olan mirasın onun tərəfindən qəbul edilməsi üçün müəyyən olunmuş vaxtının uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, mərhum babası X13 xx.xx.1973-cü ildə ölmüşdür. Babasına məxsus olan ünvan 2 ünvanında olan mənzil anası İddiaçı2 miras qalmışdır. Anamsı rəsmi olaraq miras əmlakı qəbul etməsə də, faktiki olaraq həmin əmlaka sahiblik etmişdir. Anası İddiaçı2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Həmin tarixdən etibarən babasından anasına miras qalan əmlaka faktiki sahiblik edir. Bundan sonra sözü gedən miras üzərində mülkiyyət hüququ əldə etmək üçün notariat kontoruna müraciət etmişdir. Lakin hazırki iş üzrə maraqlı şəxs olan notariat kontoru mirasın qəbul müddətinin itirilməsi səbəbi ilə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Həmin imtina əsassızdır. Belə ki, anadan gəlmə sinir xəstəliyinin pisləşməsi ilə əlaqədar olaraq zamanında mirası qəbul etmək üçün müraciət edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məlumatlandırılmış, maraqlı şəxsin nümayəndəsi məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı1 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, onun anası uzun müddət xərçəng xəstəliyindən əəziyyət çəkmiş, anasının xalası ona baxmışd, o, özü çox güclü sarsındılar keçirtmiş, əsəb xəstəliyindən müalicə almışdır. Bu səbəblərdən o, müddəti ötürmüşdür. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 1 ünvanında olan ev X1 olmuşdur (Azərbaycan SSR Kommunal təsərrüfatı Nazirliyi tərəfindən1962-ci ildə verilmiş evin texniki pasportu). X13 xx.xx.1973-cü il tarixdə ölmüşdür (Bakı şəhəri, Orconikidze rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 259858 №-li ölüm haqqında şəhadətnamə). xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş ərizəçi İddiaçı1 X6 nəvəsidir. Belə ki, İddiaçı1 atası X9, anası İddiaçı2dır (Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamə). Onun anası X10 xx.xx.1963-cü il tarixdə doğulmuşdur, onun atası X13, anası X7r (Bakı şəhəri, Orconikidze rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı 408515 №li doğum haqqında şəhadətnamə). X2 Ramiz Namazəli oğlu ilə xx.xx.1991-ci il tarixdə nikahlarını bağladıqdan sonra «Cavadova» soyadını götürmüşdür (V-JQ seriyalı 434910 №-li nikah haqqında şəhadətnamə). İddiaçı2 «dəqiqləşdirilməmiş B hüceyrəli limfoma» xəstəliyindən xx.xx.2021-ci il tarixdə ölmüşdür (4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 166338 №-li ölüm haqqında şəhadətnamə). Onun anası X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür (Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 345856 №-li ölüm haqqında şəhadətnamə). Ərizəçi İddiaçı1 xx.xx.2021-ci il tarixli müraciətinə əsasən xx.xx.1973-cü il tarixdə ölmüş babası X6 adına V-626/2021 №-li vərəsəlik işi açılmışdır. 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə ölmüş anası X5 atası X4 mirası faktiki qəbul etmədiyinə görə mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir (notariusun xx.xx.2023-cü il tarixli, 1906 №-li məktubu). X11 əri X1 olan ünvan 3 ünvanında ölən günədək yaşamışdır (Suraxanı rayon İcra Hakmiyyəti Başçısının Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış). İddiaçı2 Bakı şəhəri, Bülbülə qəsəbəsində doğulmuşdur (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). X11 xx.xx.2016-cı il tarixdə 10 il müddətinə qızı İddiaçı2 bütün əmlaklarını idarə etməyi, onlar barədə sərəncam verməyi və digər səlahiyyətlərə dair xx.xx.2026-cı il tarixədək etibarnamə vermişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Notarius tərəfindən verilmiş məktubda ərizəçinin xx.xx.2021-ci il tarixdə ölmüş anası X5 atası X4 mirası faktiki qəbul etmədiyi əsas gətirilərək vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1973-cü il tarixdə ölmüş X6 arvadı X11 öldüyü günədək miras əmlak hesab edilən evdə yaşadığından və bununla da miras əmlakı qəbul etdiyindən, qızının sağlığında bütün əmlakı barədə ona etibarnamə verdiyindən, qızı həmin etibarnamə qüvvədə olduğu müddətdə öldüyündən, onun qızı Cavadova (Bədəlova) Vüsalə Aslan qızı da həmin miras əmlakı qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi miras qoyanın hazırda vərəsəsi olduğundan, vərəsəliyin qəbulunda mübahisə olmadığından, ərizəçi üzrlü səbəblərdən vaxtında müraciət etmədiyindən ərizə təmin edilməli və miras əmlakların qəbul edilməsi müddəti ona nisbətdə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə ölmüş X4 miras qalmış ünvan 1 ünvanında olan mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddət ərizəçi İddiaçı1 barəsində uzadılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5437/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5437/2023
16.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver