Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5440/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış 11 may 2023-cü il tarixli, MŞB/8/2023- 00668 saylı “Barışıq Sazişi”-nin məcburi icrası üçün həmin Sazişin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, o, Ərizəçi Maraqlı şəxs ilə 2017-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. xx.xx.2019-cu il tarixdə nikahını rəsmi qeydiyyata aldırmışlar. Faktiki nikahdan xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşağı dünyaya gəlib. Ancaq Maraqlı şəxs dəfələrlə uşağa atalığının verilməsi ilə bağlı dəfələrlə bildirsə də, şəxsiyyət vəsiqəsinin vaxtı qurtardığı üçün bəhanələr gətirir. Bununla bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2023-00668 saylı xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” əsasən xx.xx.2023-cü il tarixinə kimi öhdəlik götürmüşdür ki, ancaq götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirmir. Bundan əlavə həmin sazişə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ayın 10-dək 220 manat sabit pul məbləğində aliment ödəməli idi. Ancaq Maraqlı şəxs bu günə kimi sazişi heç bir şərtləri yerinə yetirilməmişdir. Beləliklə, hesab edir ki, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış 11 may 2023-cü il tarixli MŞB/8/2023-00668 saylı “Barışıq Sazişi”-nin məcburi icrası üçün həmin Saziş məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmine edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz etməyərək, uşağın atası olmasını, aliment ödənilməsinə maddi imkanın olmamasını və şəxsyyət vəsiqəsinin vaxtının bitdyi üçün uşağa atalığının verilməsini icra edə bilmədiyini, razılığa onun tərəfindən gəlindiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2023-cü il tarixli, MŞB/8-00668 nömrəli barışıq sazişindən görünür ki, Həsənova X5 imzalamaqla ikinci tərəf ilə rəsmi nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 İkinci tərəf (atası) Maraqlı şəxs uşağın atası olduğunu qəbul etdiyi ilə xx.xx.2023-cü il tarixədək atalığın verilməsi üçün aidiyyəti qeydiyyat orqanına müraciət edəcəyi ilə bağlı götürdüyü öhdəliklər və Birinci tərəf Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablkanaraq birinci tərəfə hər ayın 10-a dək 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyə dair götürdüyü öhdəliklər barədə razılığa gəlinmişdir. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla təsdiq edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası olduğunu qəbul edir, xx.xx.2023-cü il tarixədək atalığı verilməsi üçün aidiyyatı orqanına müraciət edəciyi ilə öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq birinci tərəfə hər ayın 10-a dək 220 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2023-cü il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 11 may 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Həsənova X5 imzalamaqla ikinci tərəf ilə rəsmi nikahdan doğulmuş xx.xx.2018ci il təvəllüdlü X3 İkinci tərəf (atası) Maraqlı şəxs uşağın atası olduğunu qəbul etdiyi ilə xx.xx.2023-cü il tarixədək atalığın verilməsi üçün aidiyyəti qeydiyyat orqanına müraciət edəcəyi ilə bağlı götürdüyü öhdəliklə razıdır.
2. Birinci tərəf Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq birinci tərəfə hər ayın 10-a dək 220 (iki yüz iyirmi) manat məbləğində aliment ödəməyə dair götürdüyü öhdəliklə razıdır.
3. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla təsdiq edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası olduğunu qəbul edir, xx.xx.2023-cü il tarixədək atalığı verilməsi üçün aidiyyatı orqanına müraciət edəciyi ilə öhdəlik götürür.
4. İkinci tərəf Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq birinci tərəfə hər ayın 10-a dək 220 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli