Məhkəmə qərarları › İş №2(008)-5451/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5451/2021

14.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5451/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçılar İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdehlər Cavabdeh2 və Cavabdeh3nə qarşı atalığın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02.12.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh1 olmasının müəyən edilməsi, uşağım doğum akt qeydində soyadı qrfasında “Zəkəryəyeva”, ata adı qrafasında Cavabdeh1 göstərilməklə bu qaydada dəyişikliyin aparılması Cavabdeh3nə həvalə edilməsi, uşaöın saxlanılması üçün cavabdeh X3 hər ay onun xeyrinə 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15 iyul 2021-ci il tarixdə məhkəmə tərəfindən Cavabdeh3 mülki işə cavabdeh qismində cəlb edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək və iddiaçı qismində Cavabdeh1 göstərərək Cavabdeh2 02.12.2016-cı il tarixdə doğulmuş X2 atası olmaması faktının müəyyən edilməsi və doğum qeydi aktında atası barədə məlumatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmıdır ki, Abbasova X1 Orxan Aydın oğlu ilə rəsmi nikahda olsa da, 2013-cü ildən münasibətlərinə xitam verilmişdir. Cavabdeh2 2013-cü ildə Gürcüstana getmiş və həmin tarixdən onunla əlaqə itmişdir. Cavabdeh1lə rəsmi nikaha daxil olmadan bir neçə ildir ki faktiki nikah münasibətlərindədilər. 02.12.2016-cı il tarixdə X5 doğulmuşdur. Onun bioloji atası Cavabdeh1 olmasına baxmayaraq, rəsmi nikahı Orxanla olduğuna görə doğum qeydi aktında ata kimi Cavabdeh2 qeyd edilmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid X6 iş üzrə ifadə verərək, qeyd etdi ki, Cavabdeh2 onun oğludur. O, 2013-cü ildə Gürcüstana gedib və bir daha dönməyib, onun barəsində heç bir məlumat yoxdu. Amira həqiqətən Orxanın qızı deyil. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və Cavabdeh2 03.07.2008-ci il tarixdə nikaha daxil olmuş, məhkəmənin qətnaməsi ilə nikah 24.07.2018-ci il tarixdə pozulmuşdur (Bakı şəhəri Cavabdeh3 16.04.2021-ci il tarixli, 845-05/15 №-li məktubu). Nikah qüvvədə olan müddətdə, yəni 02.12.2016-cı il tarixdə X5 doğulmuş və onun «ata» qrafasında Cavabdeh2 qeyd edilmişdir. Lakin xx.xx.1983-cü il tarixdə doğulmuş Cavabdeh2 19.02.2013-cü il tarixdə Gürcüstana getmiş və sonra onun barəsində hər hansı bir məlumat nə ailəsində, nə rəsmi orqanlarda olmamışdır (Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1969 №-li iş üzrə qəbul etdiyi 06.10.2020-ci il tarixli qətnamə). Hazırda iddiaçı Cavabdeh2 02.12.2016-cı il tarixdə doğulmuş X2 atası olmaması faktının müəyyən edilməsi və doğum qeydi aktında atası barədə məlumatın ləğv edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.2-ci maddəsinə görə, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 46.1-ci maddəsinə görə, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 48-ci maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Göründüyü kimi, 2013-cü ildən ölkəni tərk edən və bu zamana kimi haqqında məlumat olmayan Cavabdeh2 02.12.2016-cı il tarixdə doğulmuş X2 atası ola bilməz. Bu halı Orxanın anası da məhkəmədə təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 02.12.2016-cı il tarixdə doğulmuş X2 atası olmaması faktı müəyyən edilsin və doğum qeydi aktında atası Cavabdeh2 barədə məlumat ləğv edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar