Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5519/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, Ərizəçi Abıgül oğlunun iştirakı ilə, Ərizəçi Abıgül oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi Abıgül oğlu maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1991-ci il tarixli, 1/16 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində “215” nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan “2269" nömrəli bağın ayrılması barədə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi, Ləhiş bağlar sahəsindəki “215” nömrəli kooperativin “b/s” nömrəli orderinin 25 fevral 1946-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində (kəndində) doğulmuş, 09 sentyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmiş atam X7 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuşdur. X3, anası X1r. Atası 09 sentyabr 2005-ci il tarixdə vəfat etmişdir. Atasından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində “215” nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan “2269” nömrəli bağ miras qalmışdır. Atası vəfat etməmişdən öncə və vəfat etdikdən sonra bu bağ sahəsindən istifadə etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Qanunverciliyin tələbinə əsasən nədə ifadə olunmasından və harada yerləşməsindən asılı olmayaraq mirasın bir hissəsinin qəbul edilməsi bütün miras əmlakın qəbul edilməsi sayıldığından atasından qalan bütün miras əmlaklarala bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərazi üzrə notariat ofisinə müraciət etdikdə notariat kontoru tərəfindən ərizəsinin təmin edilməsindən imtina edilmiş və atasından qalmış miras əmlaka dair mərhumun adında uyğunsuzluğun olması ilə əlaqədar vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməyi qeyd olunmuşdur”. Yaranmış ziddiyyət ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində “215” nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan “2269” nömrəli bağın ayrılması barədə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatı inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 215 nömrəli kooperativin b/s nömrəli orderində atanın adında texniki olaraq yalnışlığa yol verilmiş və adı Abigül deyil, Abgül kimi qeyd olunmuşdur. İndiki halda bağın orderindəki adla atasının digər sənədlərindəki adları arasındakı bu ziddiyyət onun qanuni vərəsə kimi ondan qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağına və ondan miras qalmış bağ sahəsini sahəsini adına rəsmiləşdirməsinə maneçilik törədir. Bu məqsədlə həmin uyğunsuzluğun aradan qaldırılması zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhər 17 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan АЗ seriyalı 344363 nömrəli doğüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 fevral 1946-cı ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası Novruzova Balaxaniyimdır. İş materiallarında olan XVİİİ-ЖГ seriyalı 376641 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, X3, anası X1r. İş materaillarında olan AZ-İ seriyalı 160776 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 09 sentyabr 2005-ci ildə baş beyin əzilməsi, kəllə sümüklərinin sınığı nəticəsində ölmüşdür. İş materiallarında olan İ-ЖГ seriyalı 471858 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X2 29 noyabr 1977-ci ildə nikaha daxil olmuşlar. Bakı şəhəri 39 saylı Notariat Ofisinin 21 sentyabr 2021-ci il tarixli, 332 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, mərhum X4 miras qalmış əmlaka dair “Vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi ilə bağlı vətəndaş Ərizəçi tərəfindən Bakı şəhəri 39 saylı Notariat Ofisinə müraciəti daxil olmuşdur. X6 09 sentyabr 2005-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən Ərizəçi miras qoyanın vərəsəsi olması barədə məlumat verilir. ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhəri icrayyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 215 nömrəli b/s nömrəli orderdən görünür ki, X10 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 215 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsində 2269 nömrəli bağ verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, ərizəçinin atasının adı X8r. Lakin Azərbaycan SSR Bakı şəhəri icrayyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 215 nömrəli b/s nömrəli orderdə “X15” kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin 30 sentyabr 1991-ci il tarixli, 1/16 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində “215” nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan “2269" nömrəli bağın ayrılması barədə Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi, Ləhiş bağlar sahəsindəki “215” nömrəli kooperativ tərəfindən X10 verilmiş orderinin AZ-İ 160776 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci ildə vəfat edən X7 məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5519/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5519/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver