Məhkəmə qərarları › İş №2(008)-5675/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5675/2024

26.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5675/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, ərizəçinin nümayəndəsi Nümayəndə, maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 iştirakı ilə Ərizəçi "xx.xx.1976-cı ildə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1976-cı ildə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, qardaşı X9 2000-ci ildən "şizofreniya paranoid forma" xəstəliyindən əziyyət çəkir, əmək qabiliyyətsizdir və hal-hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. Məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X10 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X1 yol vermədiyinə, yəni onun öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında olmadığı müəyyən edildiyinə görə o, məhkəmə iclasına çağırılmamışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, xx.xx.1976-cı il təvəllüdlü X9 "şizofreniya paranoid forma, psixi qüsur halı" xroniki psixi xəstəlikdən əziyyət çəkir. O, xx.xx.2024-cü ildən Respublika Psixiatriya Xəstəxanasına müalicəyə qəbul olunub, hal-hazırda da oradadır. İşdə olan İ-ЖГ seriyalı 263171 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, X2 Zərbanı Zal qızı tərəfindən övladlığa götürülmüşdür. İşdə olan xx.xx.1990-cı ildə verilmiş XV-ЖГ seriyalı 276460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X6 atası X13, anası X11r. İşdə olan V-ЖГ seriyalı 344882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X3 atası X13, anası Nümayəndədır. İşdə olan AZ-İ seriyalı 822185 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X12 xx.xx.2016-cı ildə vəfat etmişdir. İşdə olan AZ-İİ seriyalı 342935 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X13 xx.xx.2023-cü ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 9265 nömrəli məktubundan görünür ki, X9 xx.xx.2024-cü ildə göstərilən xəstəxanaya müalicəyə qəbul olunmuş, hal-hazırda müalicəsi davam edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2570 nömrəli ekspert rəyindən görünür ki, X7 "şizofreniya paranoid forma, psixi qüsur halı" xroniki psixi xəstəliyi müəyyən edilmiş, psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə görə, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyindən göründüyü kimi, X7 "şizofreniya paranoid forma, psixi qüsur halı" xroniki psixi xəstəlik olduğu, onun həmin xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X20.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar