Məhkəmə qərarları › İş №2(008)-5680/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5680/2021

20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5680/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka dair verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un mərhum X1na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X8 onun atasıdır. O, 12.11.1995ci il tarixdə vəfat etmişdir. 1970-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”a əsasən Bakı şəhəri, ünvan 1 mərhum X1na məxsusdur. Həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 17 saylı notariat ofisinə müraciət etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mərhum X1na məxsus həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunan zaman müəyyən etmişdir ki, qeyd olunan evə dair 1970-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”da mərhum X1nun adı “X3” kimi yazılmışdır. Bu səbəbdən də həmin əmlakla bağlı müfaviq sənədləşmə işlərinin görülməsində çətinliklər yaranmış, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın alınması mümkünsüz olmuşdur. Həmin evə dair 1970-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un mərhum atasına aid olması başqa yolla sübuta yetirilə bilmədiyindən, həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanına dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka dair verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un surətindən görünür ki, həmin əmlakın “X3”na məxsus olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X7r. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.10.2020-ci il tarixli arayışın surətindən görünür ki, X8 ilə X5 nikahı haqqında 18.09.1959-cu il tarixli, 153 saylı akt tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səlimova soyadı verilmişdir. 22.11.1995-ci il tarixli, 207 saylı ölüm akt qeydinə əsasən, X2 və 07.05.2018-ci il tarixli, 1440 saylı ölüm akt qeydinə əsasən, X6 vəfat etdikləri müəyyən olunur. Həmçinin iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05.11.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12.11.1995-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.05.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07.05.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, iş materialları ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka dair verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un ərizəçinin mərhum X1na məxsus olması barədə kifayət qədər sübutlar mövcud olduğundan, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka dair verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un ərizəçinin mərhum X1na məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar