Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5680/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Umudvar oğluna qarşı “23 sentyabr 2023-cü il tarixdə mediasiya qaydasında bağlanılmış Barışıq Sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs Umudvar oğluna qarşı “23 sentyabr 2023-cü il tarixdə mediasiya qaydasında bağlanılmış Barışıq Sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Mediasiya prosesinin nəticəsində Maraqlı şəxs Umudvar oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi 10 sentyabr 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs Umudvar oğlu ilə arasında bağlanmış MŞB/11/2023-01748 nömrəli, xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsasladırmışdır ki, o, Maraqlı şəxs qarşı “nikahın pozulması, uaşqların ananın himayəsində saxlanılması və aliment” tələbi barədə mediasiyaya müraciət etmişdir. 11 saylı Mediasiya Təşkilatında tərtib olunan 23 sentyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən: Tərəflər Saziş imzalandıqdan sonra aralannda olan Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Nikahın bağlanması haqqında akt qeydləri kitabında 515 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. Cavabdeh Övladları xx.xx.2009-cu il doğum tarixli X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 birinci tərəfin himayəsində qalmasına etiraz etmir. Cavabdeh Birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlik yaşına çatanadək hər ayın 10-na kimi hər birinə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyi öz öhtəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. İddiaçı tərəf cavabdeh tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına ( uşağı götürməyinə , yanında saxlamağına) şərait yaradacağ. Maraqlı şəxs ilə Barışıq sazişində qeyd edilən alımentlə bağlı hissədə öz öhdəsinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Bu səbəbdən Barışıq sazişində göstərilən şərtlərə əməl etmədiyinə görə Aramızda yaranmış mübahisənin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmiş və eyni zamanda Maraqlı şəxs Umudvar oğlu barışığ sazişində göstərilmiş aliment məbləğini tam ödəmədiyini, aylıq 200 manat əvəzinə 100 manat ödənişlər etdiyini bildirmişdir.. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs Umudvar oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs Umudvar oğlu arasında 11 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01748 nömrəli barışıq sazişindən görünür ki, 11 saylı Mediasiya Təşkilatında tərtib olunan 23 sentyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən: Tərəflər Saziş imzalandıqdan sonra aralannda olan Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə Nikahın bağlanması haqqında akt qeydləri kitabında 515 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar. Cavabdeh Övladları xx.xx.2009-cu il doğum tarixli X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 birinci tərəfin himayəsində qalmasına etiraz etmir. Cavabdeh Birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları yetkinlim yaşına çatanadək hər ayın 10-na kimi hər birinə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğindəaliment ödəməyi öz öhtəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. İddiaçı tərəf cavabdeh tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına ( uşağı götürməyinə , yanında saxlamağına) şərait yaradacaqdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 974623 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası X1r. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 562921 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası X2r. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4697/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 və cavabdeh Maraqlı şəxs arasında Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə 515 nömrə ilə qeydə alınmış nikahın pozulması, ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı X3 ödənilməsi qət edilişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Umudvar oğlu arasında 11 saylı Mediyasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01748 nömrəli Barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin.
1. İkinci tərəf: Balayev X5 tərəfə: Ərizəçi xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladları-xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək hər ayın 10-na kimi hər birinə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyi öz öhtəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıbazaldılması üçün məhdudiyyət yaratmır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli