Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5684/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların arasında Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2012-ci il tarixli AN İ ******* №-li müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası Cavabdeh2 2012-ci ildə əvvəllər tanıdığı Cavabdeh1 müraciət edərək, ondan 50000 manat borc verməsini xahiş etmişdir. Cavabdeh1 da ona borc verəcəyini, lakin borcun təminatı olaraq anasına məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinə girov kimi onun adına rəsmiləşdirilməli olduğunu bildirmişdir. Anasına da təcili pul lazım olduğundan Cavabdeh1nm təklifini qəbul etmişdir. Hazırda eyni zamanda məlum olmuşdur ki, Cavabdeh1 anasına təklif etmişdir ki, “kağız üzərində” həmin dövrün bazar dəyəri nəzərə alınmaqla 500000 manata satılmalı idi. Yəni alqı-satqı sənəd üzərində rəsmiləşdirilməli idi və anası borc olaraq aldığı 50000 manat pulu qaytardıqdan sonra təkrar anasının adına rəsmiləşməli idi. xx.xx.2012-ci il tarixdə notarial qaydada yuxarıda qeyd edilən ünvanda yerləşən evin alqı-satqısına dair anası Cavabdeh2 ilə X6 arasında daşınmaz əmlakın alqı-satqsına dair AN İ ******* saylı müqavilə ilə “kağız üzərində” 500000 manata alqı-satqı həyata keçirilmişdir. 2018-ci ildə anası aldığı borcu Cavabdeh1 qaytarmaq və ona girov olaraq qoyduğu evini geri almaq istəyərkən məlum olmuşdur ki, Cavabdeh1 anasından aldığı sözgedən evi 2013-cü il tarixdə anasının tanımadığı bir şəxs X1. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən yalnız mübahisə predmeti olan müqavilə təqdim edilmişdir. Həmin notarial qaydada bağlanmış xx.xx.2012-ci il tarixli AN İ ******* №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evini 500000 manat dəyərində X2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı müqavilənin etibarsızlığının nədən ibarət olmasına, həmin etibarsızlığın onun hansı hüquqlarının pozulması ilə nəticələnməsinə dair əsaslar gətirməmiş, özünün subyektiv hüququnun olmasına dair sübutlar təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5684/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5684/2023
04.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver