Məhkəmə qərarları › İş №2(008)-5685/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5685/2021

22.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5685/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı - 14.11.2001-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırılmışdır ki, övladı X10 14.11.2001-ci ildə Rusiyanın Moskva şəhərində doğulmuşdur, Azərbaycan vətəndaşıdır. O doğulduğu gündən sağlamlığı yerində olmamış, daim həkim müayinə və müalicələrinin əhatəsində böyümüşdür. Onun bütün əziyyətlərini bir valideyn olaraq özü çəkmiş, qayğısına qalmış, ehtiyaclarını qarşılamışdır. O, yaşa dolduqca ondakı əqli gerilik və davranış pozuntuları daha da qabarıq gözə çarpmışdır. Onun artıq 20 yaşı tamam olacaqdır. Ondakı əqli gerilik və davranış pozuntuları daha kəskin hal almış, ev şəraitində ona himayəçilik etməyi çətinləşmişdir. Nəhayətində həkimlərin məsləhət və tövsiyələri ilə onu 28.05.202-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublikası Psixatriya Xəstəxanası" X13 stasionar müalicəyə yerləşdirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSE və Reabilitasiya Xidməti tərəfindən oğluna İ dərəcəli müddətsiz əlillik verilmiş, onda "qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, kənar şəxslərin qulluğuna ehtiyac var, lal və karlıq" diaqnozu müəyyən edilmişdir. Hazırda övladının fəaliyyət qabiliyyəti yoxdur, öz hüquq və imtiyazlarından istifadə edə bilmir. O, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və ya öz hərəkətlərinə rəhbərlik edə bilmir. O, bir ana kimi həmişə olduğu kimi onun daim qulluğunda dayanmağa hazır olsa da, bir çox məqamlarda oğlunun fəaliyyət qabiliyyətinin olmamasının müəyyən edilməsi və onun üzərində qəyyum təyin olunması rəsmiyyət tələb edir. Oğlu öz əmlakı və digər hüquqları üzərində müstəqil və düzgün sərəncam verə bilmir. Hətta, aylıq pensiyasını belə almağa onun qabiliyyəti, onun isə səlahiyyəti çatmır. Bütün bunlar onun öz hərəkətlərini idarə edə bilməməsini, hərəkətlərinin mənasını başa düşməməsini təsdiq edən hallardır. Oğlu məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və bundan sonra o cavabdeh qurum tərəfindən onun üzərində qəyyum təyin edilə bilər. Çünki, onun etibar etdiyi, güvəndiyi, onun qulluğunda duran, ondan bir ana olaraq bezməyən, onun bütün hüquqlarını onun mənafeyi naminə həyata keçirən bircə odur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Moskva şəhəri vətəndaşlıq vəziyyəti aktlarının Qeydiyyat İdarəsinin Çertanovskiy şöbəsinin İ-MЮ seriyalı, 863542 nömrəli doğum haqqında şəhadətnamənin rus dilindən azərbaycan dilinə tərcüməsindən görünür ki, X11 14.11.2001-ci il tarixdə Moskva şəhərində doğulmuşdur. X2, anası X6r. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X18 03.06.2021-ci il il tarixli, 4728 nömrəli məktubunun surətindən görünür ki, 14.11.2001-ci il tarixdə doğulmuş X10 28.05.2020-ci il tarixdə “Respublika Psixiatriya Xəstəxanası”na stasionar müalicəyə qəbul olunduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 24.07.2020-ci il tarixli məlumata əsasən X9 müddətsiz olaraq birinci dərəcəli əlillik dərəcəsi müəyyən edilmiş və kənar şəxsin qulluğuna ehtiyac olduğu qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(008)-5685/2021-ci il tarixli qərardadı ilə X4 psixi vəziyyətini müəyyən etmək üçün ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 25.08.2021-ci il tarixli, 2685 saylı rəyindən görünür ki, X7 ağır dərəcəli əqli gerilik, nitq və davranış pozuntuları aşkar olunduğu və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu idarə etmək iqtidarında malik olmadığı bildirilmişdir. Buna görə də, X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi X4 yaxın qohumu – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X4 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X10 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 319, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14.11.2001-cı il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar