Məhkəmə qərarları › İş №2(008)-5737/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5737/2024

04.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5737/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh 4 saylı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakın qəbulu müddətinin bərpa edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakın qəbulu müddətinin bərpa edilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının atası X4 qalmış mirasın qəbulunun gecikdirməyin səbəbini üzürlü sayaraq miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası – X13, anası – X1r. Atası və anası arasında bağlanmış nikah 1974-cü ildə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. Atası – X13 xx.xx.1995-ci ildə beyninə qansızma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1996-cı ilin 01 ayının 13 günündə 10 nömrə ilə qeyd edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X13 vəfat edən günə kimi Balaxanı qəsəbəsi Şəfqət küçəsi ev 39 ünvanında qeydiyyatda olmuşdur. Atası ilə anası ayrıldıqdan sonra o, anasının himayəsində qalmış, həmin vaxt 7 yaşı var idi. X5 vəfat etdikdən sonra hüquqi savadı olmadığı üçün atasından miras qalmış əmlakın avtomatik olaraq onun adına keçəcəyini bilirdi. Bununla bağlı notariusa müraciət etməli olduğunu bilməmiş və vərəsəlik işinin açılması üçün notriusa müraciət etməmişdir. Atasından miras qalmış bağ sahəsinə gedərkən orada miras əmlakın zəbt edilməsi təhlükəsini görmüşdür. Dərhal Sabunçu Rayon Kürdəxanı kənd icra nümayəndəliyini müraciət etmişdir. Orada ona notariusa müraciət etməyini bildirmişlər. X3 mülkiyyətində Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində 0,25 ha torpaq sahəsi olan 198 saylı bağ sahəsi vardır. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində 0,25 ha torpaq sahəsi olan 198 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında bağlanılmış xx.xx.1987-ci il tarixli 15664 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. Notarial məktub təqdim edildiyi təqdirdə sənəd surəti verilə bilər. Cavabdeh 4 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir, xx.xx.2024-cü il tarixli məktubla mirasın qəbulundan imtina edilmiş, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X3 adına V-333/2024 nömrəli vərəsəlik işi açıldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının atası ölərkən o, uşaq idi. Atası ilə anasının nikahları pozulmuşdur. Hazırda anası iddiaçı ilə birlikdə yaşayır. İddiaçı elə bilib ki, ata öldükdən sonra əmlak onun mülkiyyətinə “avtomatik” keçəcəkdir. Sonradan notariusa müraciət etmiş, lakin müddətə görə imtina edilmişdir. Əmlakın özəlləşdirilməsi barədə DƏDRK-na müraciət etmiş, onlarda imtina edilmişdir. Üzürlü səbəb kimi o halı qeyd olunur ki, iddiaçının hüquqi savadı olmamış, elə bilmişdir ki, atası öldükdən sonra əmlak avtomatik olaraq onun mülkiyyətinə keçməlidir, sonradan əmlakın əldən çıxması təhlükəsi yarandığdan ona məlum olmuşdur ki, miras əmlak rəsmi yollarla əldə edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X6, anası X2. - AZ-İİ saylı 412260 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1995-ci il tarixində vəfat etmişdi. - İ-ЖГ seriyalı 256758 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X2 arasında olan nikah xx.xx.1974 il tarixdə pozulmuşdur. - Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-18-2/2- 1371/24 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Hüseynov X10 qəsəbəsi Şəfqət küçəsi döngə 1 ev 85 ünvanında yaşayır. - Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-18212- 1443/24 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X14 vəfat edən günə kimi Balaxanı qəsəbəsi Şəfqət küçəsi ev 39 ünvanında qeydiyyatda olmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-11-0581-8/24 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 198 saylı bağ sahəsinin icarəyə verilməsi dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında bağlanmış xx.xx.1987-ci il tarixli 15664 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. - 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 2300 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş X3 adına V-333/2024 nömrəli vərəsəlik işi açılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X13 xx.xx.1995-ci ildə vəfat etmiş, İddiaçı ondan qalan mirası qəbul etmək üçün notariusa müraciət etməmişdir. İddiaçı hal-hazırda buraxılmış müddətin üzürlü səbəbdən buraxıldığına görə uzadılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-cı maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, qanun mirasın qəbulunun iki yolunu müəyyən edir: birincisi mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə qanunvericilkdə nəzərdə tutulmuş müddətdə ərizə verməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla. Göründüyü kimi iddiaçı atasından qalan mirası faktiki sahiblik etməklə qabul etdiyini bildirir, eyni zamanda da qanunda nəzərdə mirası qəbul etmənin digər yoluna əsaslanaraq mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddətin uzadılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına əsas yoxdur. İddiaçı müddətin buraxılmasının üzürlü olmasını təsdiq edən heç bir sübut gətirməmişdir. O, qanunu bilmədiyinə görə müddəti ötürdüyünü qeyd etmişdir. Məhkəmə bu əsası üzürlü hesab etmir. Ona görə iddia rədd olunmalıdır. Bundan başqa iddiaçının nümayəndəsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinad edərək mirasın qəbul edilməsi üçün müddət nəzərdə tutan müvafiq normanın qüvvədən düşdüyünü bildirmişdir. Məhkəmə bu əsasa dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X8 göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. İşdən görünür ki, X13 xx.xx.1995-ci ildə vəfat etmişdir, yəni vərəsəlik münasibətləri 1995-ci ildə, sözügedən Qərar qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı hazırki işə şamil olunmur və iddiaçı tərəfin ona istinadı əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 4 saylı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "miras əmlakın qəbulu müddətinin bərpa edilməsi" iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar