Məhkəmə qərarları › İş №2(008)-574/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-574/2025

16.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-574/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehndə Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 olmaqla) “vərəsəlik üzrə ötürülmüş müddətin bərpa olunması və vərəsəlik payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehndə Notariat ofisinə qarşı “vərəsəlik üzrə ötürülmüş müddətin bərpa olunması və vərəsəlik payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 qalan mirasın - Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində yerləşən, ümumi sahəsi 0.22 ha olan 520 nömrəli bağ sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpasına və mərhum anası X1 qalmış mirasa dair payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh 6 saylı Bakı Cavabdehndə Notariat ofisinə qarşı “vərəsəlik üzrə ötürülmüş müddətin bərpa olunması və vərəsəlik payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 qalan mirasın - Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində yerləşən, ümumi sahəsi 0.22 ha olan 520 nömrəli bağ sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpasına və mərhum anası X1 qalmış mirasa dair payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 xx.xx.2025ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə iddia baxılmamış saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehndə Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 olmaqla) “vərəsəlik üzrə ötürülmüş müddətin bərpa olunması və vərəsəlik payların müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar