Məhkəmə qərarları › İş №2(008)-575/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-575/2025

07.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-575/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 Nurəddin oğlunun, İddiaçılar X45, X22, X16, X37 və X23 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Nurəddin oğlunun cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisinə, Cavabdeh1 Yusif oğluna qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs və X27, X65, X54 olmaqla «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ********** saylı xx.xx.2023-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və iddiaçılar X45, X22, X16, X37 və X23 cavabehlər Cavabdeh1 Yuisf oğluna və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “vərəsəlik paylarının müəyyən edilərək şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Nurəddin oğlu cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisinə, Cavabdeh1 Yuisf oğluna qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs və X27, X65, X54 olmaqla olmaqla «vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ********** saylı xx.xx.2023-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi və miras payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X46 17 saylı Notariat ofisi tərəfndən verilmiş xx.xx.2023-cü il tarixli 2V-143 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X90 tərəfindən Cavabdeh1 verilmiş ********** saylı xx.xx.2023-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 334 saylı bağ sahəsinə (yeni qaydalarla AZ 1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, T.Quliyev küçəsi, 65) İddiaçı1 qızma1/4 hissədə pay hüququnun verilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 334 saylı bağ sahəsinə (yeni qaydalarla AZ 1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, T.Quliyev küçəsi, 65) İddiaçı2 Nurəddin oğluna 1/4 hissədə pay hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar X45, X22, X16, X37 və X23 cavabehlər Cavabdeh1 Yuisf oğluna və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “vərəsəlik paylarının müəyyən edilərək şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X46 mərhumə X3 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 334 saylı bağ sahəsinə tək vərəsə kimi verilmiş vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********89 saylı ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və birinci növbə vərəsələr kimi X55, X28, X19, X38 və X29 vərəsəlik şəhadtnamələrin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Nurəddin oğlu iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 bacısı X30 qızıdır. İddiaçı2 isə Cavabdeh1 bacısı X10 oğludur. Məlumat üçün qeyd edək ki, İddiaçı1 və İddiaçı2 1999-cu ildən evlidirlər. Cavabdeh1 anası, iddiaçıların isə nənəsi X12 xx.xx.2014-cü il tarixində vəfat etmişdir və Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun 11 övladı olmuşdur. X4 Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bağ sahəsi miras qalmışdır. xx.xx.1997-ci il tarixində bağlanmış 11049 saylı bağın icarəyə verilməsi ilə bağlı müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 334 saylı bağ sahəsi (yeni qaydalarla AZ 1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, T.Quliyev küçəsi, 65) X3 mülkiyyətinə verilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixində Bakı şəhər 17 saylı Notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Müraciət edərkən, Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş arayışdan istifadə etmişdir. Belə ki, Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 123 saylı arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 334 saylı bağ sahəsinin 0.250 ha torpaq sahəsi və 16.6 kv.m əmlak sahəsi indiyə qədər Cavabdeh1 istifadəsində olmuşdur. 17 saylı Notariat ofisi tərəfindən mirasın özəlləşdirilməsi ilə bağlı məktub göndərilmişdir. Həmin məktub əsasında miras əmlak özəlləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X90 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********0 saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 334 saylı bağ sahəsi mərhum Ədiləxanım Hüseynovanın mülkiyyətindədir. 17 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2V-143 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnaməsi əsasında cavabdehə mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X90 tərəfindən Cavabdeh1 verilmiş ********** saylı xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 334 saylı bağ sahəsi cavabdehin mülkiyyətindədir. Göründüyü kimi, 17 saylı Notariat ofisi tərəfindən mərhum X3 yalnız bir oğlu Cavabdeh1 vərəsə kimi tanınmış, digər vərəsələr vərəsəliyə çağırılmamışdır. İddiaçı1 anası X56 mərhum Ədiləxanım Hüseynovanın qızıdır. X56 xx.xx.2020-ci il tarixində vəfat etmiş və 4 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Buradan da aydın olur ki, İddiaçı1 mərhum Ədiləxanım Hüseynovanın nəvəsidir. Həmçinin İddiaçı2 anası X20 mərhum Ədiləxanım Hüseynovanın qızıdır. Abdullayeva Tamilla xx.xx.2019-cu il tarixində vəfat etmiş və 1 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019- cu il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Buradan da aydın olur ki, İddiaçı2 mərhum Ədiləxanım Hüseynovamn nəvəsidir. Miras əmlakda yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 334 saylı bağ sahəsində yerləşən 2 mərtəbəli evdə iddiaçılar İddiaçı1 və İddiaçı2 də uşaqları ilə birlikdə 2010-cu ildən yaşayırlar. Miras qalmış torpaq sahəsi üzərində 2 tikili var. Onlardan biri birmərtəbəli köhnə tikilidir. Həmin tikilidə mərhum X11 Hüseynov ailəsi ilə birlikdə yaşayır. Digəri isə 2 mərtəbəli fərdi yaşayış evidir. Həmin evin birinci mərtəbəsində Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evi əvvəllər birmərtəbəli olmuşdur. Belə ki, mərhum Ədiləxanım Hüseynova qızları Həcər və Tamillanın övladları hazırki iddiaçılara evin 2-ci mərtəbəsini tikilməsini təklif edib. Tamilla Abdullayeva özünə məxsus Nəsimi rayonunda yerləşən mənzili satıb. Həmin vəsait hesabına evin 2-ci mərtəbəsini inşa ediblər. Elə 2010-cu ildən mərhum Ədiləxanım Hüseynova ilə birlikdə iddiaçılar evin 2-ci mərtəbəsində yaşamağa başlayıblar. Ədiləxanım Hüseynova 2014-cü ildə vəfat edərkən yas mərasimi xərcləri iddiaçılar tərəfindən qarşılanıb və evin onlara məxsus hissəsində keçirilib. Həmin vaxtdan yaşamağa davam edirlər. Son illər cavabdeh iddiaçıların evdə yaşamasına mane olmaq istəyir. Hətta 2024-cü ilin iyul və avqust aylarında iddiaçıların evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Lakin, iddia ərizəsinin forma və məzmununa düzgün riayət edilmədiyi üçün Sabunçu rayon məhkəməsi tərəfindən geri qaytarılmışdır. İddiaçılar Cavabdeh1 2023-cü ildə vərəsəlik işi üçün müraciət etdiyindən xəbərsiz olublar. Cavabdeh1 2024-cü ilin iyun ayında iddiaçıların evdən çıxarılması üçün polisə şikayət edib. İddiaçı1 polis bölməsinə çağırılan vaxt cavabdehin adına olan çıxarış barədə məlumat əldə etmişdir. Həmin hadisədən sonra sənədləri toplamağa başlamışdır. 17 saylı notariat ofisində sorğu ilə müraciət edilərək, işin surəti əldə edildikdən sonra Bilgəh bələdiyyəsinin səthi arayışı əsasında Notariat kontoru tərəfindən vərəsələrin dairəsi müəyyən edilmədən vərəsəlik işinin aparıldığı məlum olmuşdur. Ona görə də, iddiaçılar məhkəməyə müraciət etmək qərarına gəliblər. İddiaçılar hesab edir ki, mərhum Ədiləxanım Hüseynovamn 4 övladı mirası faktiki qəbul edib. Ona görə də, miras əmlak 4 yerə bölünməlidir. İddiaçı2 mərhum anası Tamilla Abdullayevaya çatası payın əvəzinə miras əmlakdan ¼ hissədə pay hüququ, İddiaçı1 isə mərhum anası Həcər Kərimovaya çatası payın əvəzinə miras əmlakdan ¼ hissədə pay hüququ verilməlidir. İddiaçılar X72, X47, X31, X57 və X48 iddia tələbini onunla əsaslandırılmışdır ki, mərhumə anaları X7 16 iyun 1997-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 11049 saylı müqavilə əsasında 334 nömrəli 0,25 ha bağ sahəsi, 16,6 kv.m olan 1 otaqdan ibarət binanı təhvil verilmişdir. Qeyd etmək istəyirik ki, 30 dekabr 1971-ci il tarixdli anamıza SSRİ Ali Sovetinin sərəncamı əsasında 10 uşaq dünyaya gətirib tərbiyə verdiyinə görə 4 fevral 1972-ci il tarixdə Qəhrəman Ana statusu verilmişdir. Mərhum ataları X24 xx.xx.1995-ci il, mərhumə anaları X12 isə xx.xx.2014-cü il tarixdə dünyalarını mübahisəli bağ sahəsində dəyişmişlər. Belə ki, mübahisəli bağ evində hər biri ailə qurana qədər orada yaşayıb və təsərrüfatı aparmışlar. Ailə qurduqdan sonra, hətta son günlərə qədər bağ sahəsinə gedir və və mirası faktiki olaraq qəbul etmişlər, lakin yəni cavabdeh tərəfindən bağ sahəsini yeni tikili ilə birlikdə satıldığını məlumat aldıqdan sonra, 17 saylı notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etsələr də onlara rəsmi olaraq imtina verilmişdir. Lakin yəni cavabdeh tərəfindən onların imtina ərizəsi olmadan Bakı şəhəri, Sabunçu rayonu, Bigəh qəsəbəsi 334 saylı bağ sahəsinə xx.xx.2023-cü il taixli ********** qeydiyyat nömrəli çıxarışın almasını yeni tikili ilə birlikdə satıldığını məlumat aldıqdan sonra, Bakı şəhər 17 saylı notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etsələr də onlara rəsmi olaraq imtina verilmişdir.- Eyni notarius ofisində olarkən cavabdehin bələdiyədən aldığı və təqdim etdiyi arayış nəticəsində mərhumənin ondan başqa heç bir vərəsəsi olmadığını bildirdilər, halbuki səkkiz uşaq sağ olduğu halda bu haqda doğru məlumat verilməmişdir. Mərhumə anaları vərəsələrdən heç birinə vəsiyyətnamə yazmamış və dəfələrlə söyləmiş, lakin qəfil vəfat etdiyinə görə bu, mümkün olmamışdır. Azərbaycan Binəqədi qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 656494 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Hesab edirik ki, işin hallarını və mülki qanunvericiliyin tələblərini əsas götürərək Cavabdeh1 vərəsəlik hüququ ləğv edilməli, miras birinci növbə vərəsələr dairəsində ədalətli bölünərək bizlərə vərəsəlik şəhadətnaməsi verilməlidir. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahat verərək bildirdi ki, X12 vəfat etdikdən sonra onun anası olan X58 və qayanası olan X1 miras əmlakı faktiki qəbul etmişdirlər. Hətta qaynanası Hüseynova Tamila hələ anasının sağlığında öz mülkiyyətində olan mənzili sataraq anasının mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evini tikərək onu və digər iddiaçı olan İddiaçı2 həmin evin ikinci mərtəbəsinə köçürmüşdür. Nənələri Ədiləxanım vəfat etdikdən sonradə anası və qaynanası həmin ünvana daima gəlmiş nənələrindən miras qalmış əmlakı faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Onun anası və qaynanası vəfat etdikdən sonra da, o və həyat yoldaşı olan digər İddiaçı2 miras əmlakını qəbul edərək həmin ünvanda faktiki yaşamağı davam etdirmişdirlər. Eyni zamanda məhkəməyə bildirmişdir ki, X2 miras qalmış torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Onun birində hazırda Ədiləxanımın övladı olan X65, digər iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində iş üzrə cavabdeh olan X59, ikinci mərtəbəsində isə onlar yaşayır. Həmçinin Ədiləxanımın 11 övladı olduğunu onlardan ikisinin vəfat etdiyini lakin digər doqquz övladının yaşadığını, həmin mirasa əmlaka sağ qalan bütün uşağlar gəlib getdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edəndigə iş üzrə iddiaçılar X45, X22, X16, X37 və X23 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ibildirmişdir ki, mərhum X3 vəfatından sonra iddiaçılar analarından qalımış miras əmlakını faktiki qəbul etmişlər. Onalar daimi olaraq həmin əmlaka gediş gəliş etmişlərdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, onlar 11 bacı-qardaşdılar. Anası vəfat etdikdən sonra onların hər biri sağ olmuşdur. Anasının hələ vəfatından əvvəl X72, X40, X31, X57 və X48 həmin ünvana gəlib getmişdlər, lakin anaları öldükdən sonra onların bağa gəlib getməkləri zəyifləmişdir. O digər vərəsələr əmlakdan pay hüququnun tanınmasına etiraz etmədiyi bildirdi lakin digər iddiaçılar İddiaçı1 və İddiaçı2 Nurəddin oğluna miras əmlakdan pay hüququnun tanınmasına etiraz etdiyini bildirmişdir. Həmçinin anasının həmin bağı onun adına keçirmək isdədiyini, lakin anası öldükdən sonra bunu reallaşdıra bilməmişdir. İddiaçılar Anar və Əzizə bağı onlara satdırmağa isdədiklərindən ona məhkəməyə vermişdir. İddiaçı1 və İddiaçı2 15 ildir ki, həmin ünvanda yaşayırlar. Həmin ünvanda sayğac olmayan zaman o, Anar və digər qardaşı Rauf ilə birlikdə işığ pulu ödəmişdirlər. Lakin işığa dair sayğac quraşdırıldığdan sonra iddiaçılar Anar və Əziz kamunal xərcləri ödəməmişdirlər. Eyni zamanda bildirmişdir ki, X58 və X13 anaları öldükdən sonra həmin torpaq sahəsinə gəlib getmişdirlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X65 miras əmlakının Cavabdeh1 adına olmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 miras əmlakının Cavabdeh1 adına olmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar X31 və X57 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Digər cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X90n nümayəndələri habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehlər Bakı şəhəri 17 saylı Notariat Ofisinin nümayəndəsinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X90n nümayəndəsinin və tələb irəli sürməyən üçüncü şəxs X27 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 Nurəddin oğlunun iddia tələbi qismən, İddiaçılar X45, X22, X16, X37 və X23 tələbləri tam təmin edilməlidir. - Bakı şəhəri Binqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 441592 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. - 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 057787 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2019-cu ildə miokardın aşağı divarını kəskin transmural anfarkt səbəbindən vəfat etmişdir. - 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 078195 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X58 xx.xx.2020-ci ildə ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. - İ-ИЕ seriyalı 277405 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx.xx.1957-ci ldə Bakı şəhərində anadan olmuş, atası X32, anası X6r. - Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X73 xx.xx.1977ci ildə Bakı şəhərində anadan olmuş, atası X66, anası X41r. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X33 14 may 1953-cü ildə anadan olmuş, atası X25, anası X60r. - Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1976-ci il tarixdə verilmiş İİİ-DB seriyalı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı2 Nurəddin oğlu xx.xx.1976-ci ildə anadan olmuş, atası Abdullayev Nurəddin , anası X14r. - Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1999-cu ildə verilmiş nikahın bağlanası haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Nurəddinoviç ilə X73 xx.xx.1999-cu ildə nikahada daxil olaraq 312 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X90n çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 334 saylı bağ sahəsinin-yeni qaydalarla ünvan 1 ünvanının mülkiyyətçisi X8r. - Qanun üzrə vərəsəlik hüququ haqqında 18 may 2023-cü il tarixli 2V-143 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi tam pay üzrə Cavabdeh1 Yusif oğludur, şəhadətnamə verilmiş miras əmlakı isə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 334 saylı bağ sahəsinin-yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X90n çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 334 saylı bağ sahəsinin-yeni qaydalarla ünvan 1 ünvanının mülkiyyətçisi xx.xx.2023-cü il tarixdən Cavabdeh1dur. Qeydiyyat nömrəsi **********. - 24.10.1963-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X61 xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, atası X32, anası X6r. - Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X28, X19 və X38 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsinin АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, atası X32, anası X6r. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X90 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-5108/2025 nömrəli 10 fevral 2025 -cl il tarixli məktubundan görünür ki, Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 334 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1094, ünvan 2 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsi keçmiş X18 və İstismarı Birliyinin xx.xx.1997-ci il tarixli 11049 nömrəli icarə müqaviləsi, eləcə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında X3 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1158 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat ofisində təsdiq edilmiş 2V-143 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında sözügedən bağ sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə isə Bilgəh qəsəbəsi, 0.25 hektar torpaq sahəsi və üzərində inşa edilmiş 334 saylı bağ evi Cavabdeh1 adına 256 nömrəli reyestr kitabının 041 nömrəli vərəqində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Sorğunun icrası ilə əlaqədar olaraq bəhs edilən bağ evinə müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Beləliklə mülki işin hallarından görünür ki, Bakı şəhər Sabunçu rayonu, Bilgəh qəsəbəsi 334 saylı bağ sahəsində yerləşən 0.25 ha olan torpaq sahəsi X9 mülkiyyətində olmuşdur. X17 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X17 vəfat edərəkən onun birinci növbədən olan 11 övladı vərəsəsi sağ olmuşdur: X72, X47, X31, X57, X48, X27, X65, X54, Cavabdeh1, X58 və X26. Tərəflərin vermiş olduğu izahatlardan məlum olur ki, X9 vəfatından sonra onun övladlarının hər biri mirası əmalkını faktiki qəbul etmiş, Cavabdeh1, X65 həmin ünvanda yerləşən fərdi yaşayış evində daimi olaraq yaşamış, digər övladları isə mütamadi olaraq həmin ünvana gedib gəlmişdirlər. Beləliklə məlum olur ki, X17 vəfat edərəkən onun birinci növbədən olan 11 övladı miras əmlakını faktiki olaraq qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X45, X22, X16, X37 və X23 iddia ərizəsi təmin edilməli, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh1 Yusif oğluna verilmiş xx.xx.2023-cü il tarixli, 2V-143 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli, X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 334 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin 1/11 hissəsinə iddiaçı X45, 1/11 hissəsinə X22, 1/11 hissəsinə X16, 1/11 hissəsinə X34, 1/11 hissəsinə X23 payı müəyyən edilərək, iddiaçıların hər birinin payına uyğun vərəsəlik şahədətnaməsi verilməsi öhdəliyi Bakı şəhəri 17 saylı Notariat ofisinin üzərinə qoyulmalıdır. Bundan sonra məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 Nurəddin oğlunun tələbinə münasibət bildirərək qeyd edir ki, işin faktiki hallarından görünür ki, İddiaçı1 X9 övladı olan X35 övladı, İddiaçı2 Nurəddin oğlu isə X15 övladıdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı1 və İddiaçı2 Nurəddin oğlu 15 ilə yaxın müddətdir ki, X5 miras qalan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinə yaşayırlar. Beləliklə müəyyən edilirki, İddiaçı1 anası Kərimova Həcər qızı vəfat etdikdən sonra ona miras əmlakı kimi ona çatası payı X50, İddiaçı2 Nurəddin oğlunun anası X26 vəfat etdikdən sonra isə ona çatası payı Anar Abdullyev qəbul etmişdir. Belələ olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Nurəddin oğlunun iddia tələbləri qismən təmin edilsin, miras əmlakı olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 334 saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin 1/11 hissəsinə iddiaçılar İddiaçı1 payı və 1/11 hissəsinə İddiaçı2 Nurəddin oğlunun pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçılar X45, X22, X16, X37 və X23 iddia ərizəsi tam, iddiaçlar İddiaçı1 və İddiaçı2 Nurəddin oğlunun iddia ərizələri qismən təmin edilsin. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh1 Yusif oğluna verilmiş xx.xx.2023-cü il tarixli, 2V-143 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Miras əmlakı olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 334 saylı bağ (yeni qaydalarla; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Tofiq Quliyev küçəsi ünvanında yerləşən 65 nömrəli) sahəsində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin 1/11 hissəsinə iddiaçı X45, 1/11 hissəsinə X22, 1/11 hissəsinə X16, 1/11 hissəsinə X34, 1/11 hissəsinə X23, 1/11 hissəsinə İddiaçı1, 11/1 hissəsinə İddiaçı2 Nurəddin oğlunun payı müəyyən edilsin və iddiaçıların hər birinin payına uyğun olaraq qanun üzrə vərəsəlik şahədətnaməsi verilməsi öhdəliyi Bakı şəhəri 17 saylı Notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar