Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5802/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi X2 nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi X3 (Maraqlı şəxs başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X5 (Maraqlı şəxs başcısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08.04.1993-cü il təvəllüdlü X8nun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan 08.04.1993cü il təvəllüdlü X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən birinci dərəcəli əlil olmaqla, kənar şəxsin köməyinə ehtiyacı vardır, bu səbəbdən də, üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Oğlu onunla yaşayır və hərtərəfli qayğı ilə təmin edilir. O, Bakı şəhəri Maraqlı şəxs başçısının 129 saylı, 04.05.2021-ci il tarixli sərəncamına əsasən, oğluna patron təyin edilmişdir. X8 psixi qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X14 ərizəni müdafiə etməklə, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.10.2015-ci il tarixli, 038966 saylı vəsiqənin surətindən görünür ki, X13 İ qrup ümumi əlildir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 08.04.1993-cü il təvəllüdlü X10 atası X14, anası Ərizəçi Soltan qızıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs başçısının 129 saylı, 04.05.2021-ci il tarixli Sərəncamından görünür ki, Ərizəçi 08.04.1993-cü il təvəllüdlü X10 üzərində patron təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli arayışdan görünür ki, X1 qəsəbəsi, Y.Musayev küçəsi, ev 4 B ünvanda qeydiyyatdadır. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- X4 ambulator məhkəmə-psixiatrik ekspertizasının 11.09.2021-ci il tarixli, 2120 saylı rəyinə əsasən, X11 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, körpəlik dövründən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafdan xeyli geri qalması, nitqinin zəif inkişaf etməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər X7 müalicələrdə olması, məktəbə getsə də, iki sinif oxuduqdan sonra tədrisi mənimsəyə bilmədiyi üçün formal ev təhsili alması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, sərbəst yeriyə bilməməsi, hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, hal-hazırkı müayinə zamanı ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Qeyd olunanlara əsasən, X11 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X10 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 08.04.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanda yaşayan X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.04.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5802/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5802/2021
23.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver