Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5921/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat ofisinə qarşı “mirasın qəbulu üçün müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat ofisinə qarşı “mirasın qəbulu üçün müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 miras qalmış “VAZ 21154” markalı, **-XN-*** dövlət qeydiyat nişanlı və “Chevrolet Cruze” markalı, **-CF-*** dövlət qeydiyat nişanlı avtomobillərin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmə səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, X4 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. “VAZ 21154” markalı, **-XN-*** dövlət qeydiyat nişanlı və “Chevrolet Cruze” markalı, **-CF-*** dövlət qeydiyat nişanlı avtomobillər mərhum ərinə məxsus olmuşdur. Əri avtomobillərə vaxtaşırı olaraq texniki cəhətdən qulluq göstərmişdir. Mərhumun anası ərizə ilə notariat ofisinə müraciət edərək mirasdan xeyrinə imtina etdiyini bildirmişdir. O, notariat ofisinə vərəsəlik barədə ərizə vermiş, ona xx.xx.2022-ci il tarixdə imtina məktubu göndərilmişdir. Mirasın qəbulu ilə bağlı notariat ofisinə gec ərizə verməsinin səbəbi ərinin qəfil ölümü ilə bağlı özünün və uşaqların dərindən sartıntı keçirməsi, bununla əlaqədar müalicələrinə vaxt sərf edilməsi olmuşdur. İddiaçı qeyd olunan hallara əsasən, iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 4 saylı Bakı Cavabdehotariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə iclasında tədqiq edilən hallarından görünür ki, İddiaçı və X4 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadıətnamənin təsdiqlənmiş suətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə xx.xx.2021-ci il tarixli, 1466 nömrəli akt qeydi tərtib edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən məlum olur ki, “VAZ 21154” markalı, **-XN-*** dövlət qeydiyat nişanlı və “Chevrolet Cruze” markalı, **-CF-*** dövlət qeydiyat nişanlı avtomobillərin mülkiyyətçisi X3r. İşdə olan 4 saylı Bakı Cavabdehotariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, iddiaçıya X1 miras qalmış əmlaka dair vərəsəlik müddətinin buraxılması ilə əlaqədar müddətin bərpa edilməsi ilə bağlı vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1145-ci və 1146-cı maddələrinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151.1-ci və 1153-cü maddələrinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Normaların məzmunundan göründüyü kimi, vərəsəlik hüququ şəxsin ölümündən sonra onun əmlakının vəziyyətini və bununla bağlı yaranan münasibətləri tənzimləyir. Qanunda miras əmlak kimi, miras qoyandan qalmış və başqalarına özgəninkiləşdirilə bilən miras kütləsi (əmlakın aktivi və passivi) nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, vərəsəlikdə miras qoyana məxsus əmlak xələfiyyət (varislik) qaydasında onun vərəsələrinə keçir və sonuncular həmin əmlak üzərində mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı, mirasın qəbulu ilə bağlı notariat ofisinə gec ərizə verməsinin səbəbi kimi, ərinin ölümü ilə əlaqədar özünün və uşaqların dərindən sartıntı keçirməsi, bununla əlaqədar özünün və uşaqların müalicələrinə zamanın sərf edilməsi ilə izah edir. Qeyd olunan halı nəzərə alaraq, məhkəmə hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin iddiaçı tərəfindən ötürülməsi üzürlü sayılmalı və həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüş X2 mirasının qəbulu müddəti uzadılsın. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5921/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5921/2022
14.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver