Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5937/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə Ərizəçi Maraqlı şəxs qeyd edilməklə mediyasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Əsgərova (Kərimova) Mərdanə Oruc qızı arasında Bakı 8 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış, MŞB/8/2023-1549 nömrəli barışıq sazişinin ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə ərizəçinin payının müəyyən edilməsi hissəsində məcburi icrası üçün təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən, Ərizəçi cavabdeh Əsgərova (Kərimova) Mərdanə Oruc qızı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdular. Sabunçu Rayon Məhkəməsinin 2(008)-363/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Əsgərova (Kərimova) Mərdanə Oruc qızı ilə birgə nikah dövründə və birgə gəlirlər hesabına ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evini almışdılar. Həmin əmlaka dair Əsgərova (Kərimova) Mərdanə Oruc qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Həmin əmlakın 1/2 hissəsinə iddiaçının payının müəyyən edilməsi barədə razılığa gəlmək məqsədilə ərizəçi Bakı 8 saylı Mediasiya təşkilatına müraciət etmiş, tərəflərin arasında xx.xx.2023-cü il tarixli MŞB/8/2023-1549 nömrəli barışıq sazişi bağlanaraq ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə ərizəçinin payımın müəyyən edilməsi barədə razılığa gəlmişdilər. Sözü gedən evlə bağlı müvafiq sənədləşmə işləri görülməsi üçün Əsgərova (Kərimova) Mərdanə Oruc qızı lazım olan dövlət orqanlarına gəlməkdən də imtina edir. Belə olan halda hesab edir ki, barışıq sazişi icra olunması üçün Məhkəmə tərəfindən təsdiq edilməlidir. Tərəflər məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, o, barışıq sazişinin ikinci hissəsinin (**-FZ-*** dövlət qeydiyyat nişanlı «FORD TRANZİT» markalı avtomobilin tərəflər arasında 1/2 hissəsi ilə payların tanınması) icra edilməsindən imtina edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalı və saziş təsdiq edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi cavabdeh Əsgərova (Kərimova) Mərdanə Oruc qızı ilə xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışdılar (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- T seriyalı 028395 №-li nikah haqqında şəhadətnamə). ailə qurmuşdular. Sabunçu Rayon Məhkəməsinin 2(008)-363/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişdir (daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il tarixli qeydiyyat tarixi, **********87-10301 reyestr nömrəsi ilə verilmiş Çıxarış). Tərəflərin nikahlarına Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (nikahın pozulması haqqında AZ-İ seriyalı 452729 №-li şəhadətnamə). Tərəflərin arasında mediasiya sessiyasında aşağıdakı şərtlərlə barışıq sazişi bağlanmışdır:
1. Ərizəçi, Əsgərova (Kərimova) Mərdanə Oruc qızı ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinə 1/2 hissədə aralarında bölünmələrinə razıdırlar.
2. Ərizəçi mülkiyyətində olan **-FZ-*** dövlət qeydiyyat nişanlı «FORD TRANZİT» markalı avtomobilə 1/2 hissədə aralarında bölünmələrinə razıdırlar. Hazırda ərizəçi həmin barışıq sazişinin birinci hissəsinin təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1 -ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddələrinin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı məddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə görə, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə görə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir: ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə Ərizəçi, 1/2 hissəsinə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının hüquqları təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Mediyasiya prosesinin nəticəsində xx.xx.2023-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: ünvan 1 ünvanda 0,02 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə Ərizəçi, 1/2 hissəsinə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının hüquqları təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova