Məhkəmə qərarları › İş №2(008)-5956/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5956/2023

30.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5956/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ikinci tərəf-Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X2 birinci tərəfin-Ərizəçi himayəsinə keçməsinə etiraz etmədiyini, ikinci tərəf-Maraqlı şəxs birinci tərəfə-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlk yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 20-dək ayda cəmi 220 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürməyi, birinci tərəf-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ikinci tərəflə-Maraqlı şəxs ilə ünsiyyət qurmağına heç bir maneəçilik yaratmamağı öz öhdəsinə götürməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi maraqlı şəxslə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişin şərtləri tərəflər aralarında 2018-ci ildə 2 saylı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində aralarında rəsmiləşən nikahı məhkəmə qaydasında pozmağa razılaşmış, ikinci tərəf-Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X2 birinci tərəfin-Ərizəçi himayəsinə keçməsinə etiraz etmədiyini, ikinci tərəf-Maraqlı şəxs birinci tərəfə-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlk yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 20-dək ayda cəmi 220 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürməyi, birinci tərəf-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ikinci tərəflə-Maraqlı şəxs ilə ünsiyyət qurmağına heç bir maneəçilik yaratmamağı öz öhdəsinə götürmüşdür. Sazişin şərtlərinə əsasən 6-cı bəndində nəzərdə tutulmuş 10 günlük müddət çərçivəsində icra edilməli idi. Lakin üzrsüz səbəblərdən icra edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs ərizəni qəbul etmədiyini, maddi imkanı olmadığından alimenti ödəyə bilmədiyimi bildirdi və buna görə də ərizənin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin tələblərindən görünür ki, tərəflər aralarında 2018-ci ildə 2 saylı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində aralarında rəsmiləşən nikahı məhkəmə qaydasında pozmağa razılaşmış, ikinci tərəf- Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X2 birinci tərəfin-Ərizəçi himayəsinə keçməsinə etiraz etmədiyini, ikinci tərəf-Maraqlı şəxs birinci tərəfə-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlk yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 20-dək ayda cəmi 220 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürməyi, birinci tərəf-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ikinci tərəflə- Maraqlı şəxs ilə ünsiyyət qurmağına heç bir maneəçilik yaratmamağı öz öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmış, tərəflər üzərinə öhdəlik götürmüşlər. Lakin Maraqlı şəxs sazişin şərtlərinə əməl etməmiş, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən olunmuş 200 manat alimenti ödəməmişdir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri, tərəflərin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən, məhkəmə qaydasında məcburi icra edilməsi üçün barışıq sazişinin Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat alimentin tutulub ərizəçiyə verilməsi hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: İkinci tərəf-Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X2 birinci tərəfin-Ərizəçi himayəsinə keçməsinə etiraz etmir: İkinci tərəf-Maraqlı şəxs birinci tərəfə-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlk yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 20-dək ayda cəmi 220 manat olmaqla aliment ödəməyi öz öhdəsinə götürür: Birinci tərəf-Ərizəçi övladı xx.xx.2017-ci il təvəllüdlü X1 ikinci tərəflə-Maraqlı şəxs ilə ünsiyyət qurmağına heç bir maneəçilik yaratmamağı öz öhdəsinə götürür: Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar