Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5971/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrumetmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrumetmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh İddiaçı münasibətdə ləyaqətsiz vərəsə hesab olunması və onun vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qızıdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi iddiaçıya məxsusdur və orada iki ev tikdirmişdir. Sözügedən 6 sot torpaq sahəsi illərdir ki, iddiaçı sahiblik və istifadə edir. O evlərdən birini müvəqqəti yaşaması üçün qızı Cavabdeh vermişdir. Hazırda iş üzrə cavabdeh olan Cavabdeh və onun həyat yoldaşı X2 ilə münasibətəri normal deyildir. Onlar iddiaçılı həyətdə yaşamağa qoymur, o cümlədən torpaq sahəsini və orada tikdiyi yaşayış evini iddiaçının əlindən almağa çalışır. Dəfərlərlə iddiaçının və onun ailə üzvülərinə xəsarət yetirmiş, üzərinə hücumlar çəkmiş, döymüşlər. Cavabdeh və onun həyat yoldaşı barəsində dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Dəfələrlə aralarında məhkəmə mübahisəsi olmuş və bütün işləri cavabdeh uduzmuşdur. Artıq cavabdeh və onun ailə üzvülərinin əlindən cana doymuşlar. Hər gün müxtəlif qurumlara şər və böhtan xarakterli şikayətlər edir, onu və ailə üzvülərini hədələyir. Bu halda onun cavabdeh adında övladı yoxdur, iddiaçı və onun ailəsi cavabdehi silmişlər, onunla heç bir mənəvi bağlılığları yoxdur. Cavabdehi öz övladı hesab etmir və gələcəkdə iddiaçının vərəsəsəi olmasını isdəmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia ərizəsində qeyd edilənlər yalandır, əksinə iddiaçı və onun ailə üzvüləri onu va ailəsini narahat edir, 16 il yaşadığı evdə yaşamasına icazə vermirlər. O heç vaxtı iddiaçının üzərinə hücum çəkməmiş , ona xəsarət yetirməmiş və onu təhqir etməmişdir. İddia tələbinin qəbul edərərk, ləyaqətiz vərəssə olmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərim izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 2336 nömrəli sərəncamnın surətindən görünür ki, İddiaçı Bakı şəhəri Bakıxanov qəsəbəsind 600 kv.m olan torpaq sahəsi şəxsi yaşayış evi tikmək üçün ayrılmışdır. 01.12.2019-cu il taarixli cinayət işi üzrə toplanmış sübutların qiymətəndirilməsi və icraara xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X1 İddiaçı döyməsinə dair İddiaçı şikayəti əsasında aparılmış cinayət işinə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verimişdir. 13.12.2019-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsinə dair qərarın surətindən görünür ki, X1 İddiaçı döyməsinə dair İddiaçı şikayəti əsasında aparılmış cinayət işinin icraatın xitam verilməsinə dair 01.12.2019-cu il tarixli qərar ləğv edilmiş, icraatın təzələnməsi və istintaqın davam etdirilməsi üçün cinayət işi RPİ-si İŞ-nə göndərilmişdir. 30.10.2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətəndirilməsi və icraara xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X1 İddiaçı döyməsinə dair İddiaçı şikayəti əsasında aparılmış cinayət işinə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASİ KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN 13.12.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1137ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Beləliklə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva etsədə, hazırkı mülki iş üzrə iddiaçı məhkəmə iclasında məhz cavabdeh tərəfindən ona qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini subut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrumetmə tələbinə dair iddia əriəzis təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma və vərəsəlik hüququndan məhrumetmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-5971/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5971/2021
06.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver