Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6000/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın” müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən əmlakla bağlı verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”a əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ona məxsusdur. Həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq məqsədilə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin 16.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanına dair Ərizəçi Xan oğlunun adına tərtib edilmiş texniki pasport idarənin arxivində mövcuddur. Ərizəçi atasının adının dəyişdirilməsinə dair sənəd təqdim edildikdən sonra texniki pasportun surəti təqdim edilə bilər. Bundan sonra ərizəçi onda olan texniki pasporta nəzər saldıqda həqiqətən də, həmin sənəddə onun ata adının səhvən “Xan” kimi yazıldığını görmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qardaşına məxsusdur. Onların atalarının adı Xəlil olsa da, qeyd olunan əmlaka dair sənəddə texniki yanlışlıq olaraq, atalarının adı səhv qeyd olunmuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, ərizəçi onun əmisidir. Mərhum babasının adı X5 olsa da, qeyd olunan sənəddə texniki səhvə yol verilmiş, babasının adı “Xan” kimi yazılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanına dair Ərizəçi Xan oğlunun adına tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. Ərizəçi atasının adının dəyişdirilməsinə dair sənəd təqdim edildikdən sonra texniki pasportun surəti təqdim edilə bilər. İş materiallarında olan ünvan 3 ünvanında yerləşən əmlak barədə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un təsdiq olunmuş surətindən görünür ki, həmin sənəd Ərizəçi Xan oğlunun adına tərtib edilmişdir. İş materiallarında olan İ-ЗЖ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. X1r. İş materiallarında olan AZE seriyalı, 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus nikah haqqında şəhadətnamənin, diplomun, əmək kitabçasının surətlərindən də görünür ki, həmin sənədlərdə də ərizəçinin atasının adı Xəlil kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, müəyyən olundu ki, hazırkı hüquqi faktın müəyyən edilməsi ərizəçiyə əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədin (Çıxarışın) alınması ilə bağlı hüquqlarının həyata keçirilməsi üçün tələb olunur və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmir. İş materiallarında ünvan 3 (indiki H,Sultanov küçəsi, ev 5) ünvanında yerləşən əmlakla bağlı verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un ərizəçiyə məxsus olması barədə kifayət qədər sübutlar toplandığından, məhkəmə ərizənin təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən əmlakla bağlı verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6000/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6000/2021
08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver