Məhkəmə qərarları › İş №2(008)-6002/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6002/2025

01.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6002/2025 01.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı cavabdeh “İri Şəhərlərin X9 Xidməti” X8rşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin X9 Xidməti” X8rşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X9 Xidməti” X11 ilə X4 arasında bağlanan “Su təchizarı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2023-cü il tarixli, 47605607 saylı müqavilənin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən onun adına bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X9 Xidməti” X10 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X9 Xidməti” X8rşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-4164/2024 nömrəli mülki iş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər X2, X6 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər İddiaçı, Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi olmaqla "yaşayış sahəsindən çıxarılma" tələbinə dair 2(008)-506/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı məlum olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-506/2024-2(008)-115/2025 saylı mülki iş üzrə iddiaçı X4 cavabdehlər X2, X6 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxslər İddiaçı, Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi olmaqla "yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və X5 ona məxsus Bakı şəhəri, Sabunu rayonu, Ramana qəsəbəsi, X2-ci döngədə yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə məlum olur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhər Məhkəməsinin icraatında olan 2(008)-115/2025-2(008)-606/2024 nömrəli işlə birləşdirilmiş mülki iş bir-biri ilə əlaqədar deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4164/2024 nömrəli mülki işi Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-115/2025-2(008)-506/2024 nömrəli iş ilə birləşdirilməli olmadığından, yəni Yasamal rayon Məhkəməsi tərəfindən aidiyyat qaydaları pozulduğundan aidiyyət qaydalarının müəyən edilməsi məqsədi ilə mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəcllənin 169.3-cü maddəsinə əsaəsn hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul etdiyi aşkar olunarsa, məhkəmə mülki işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardadın şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bu əsaslarla və Azərbaycan Respublikası MPM-nin 31, 35, 44-45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin X9 Xidməti” X8rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məkəməsinin icraatında olan mülki işi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-506/2024 nömrəli mülki işə birləşdirilməsi qaydalarına düzgün riayət edilməsinin yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar