Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6005/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı “hasarın sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 başşısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı “hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən məhkəmə iclasına gələn olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı tələb barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı “hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, qərardad rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6005/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6005/2021
14.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver