Məhkəmə qərarları › İş №2(008)-6043/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6043/2025

04.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6043/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Seyidova X2 Emil Qadir oğlu maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 05 avqust 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında birgə nikahdan anadan olmuş uşaqların saxlanılmaları üçün aliment tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 05 avqust 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. 05 avqust 2025-ci il tarixli barışıq sazişində aşağıdakı kimi razılığa gəlmişlər. 2.1 ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən etibarən hər növbəti ayın 10-a kimi, hər uşaq üçün 800 (səkkiz yüz) manat olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) manat məbləğində aliment haqqını anası, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 - ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Belə ki, Maraqlı şəxs 01 avqust 2025-ci il tarixdən ödənilməli olan 1.600 (bir min altıyüz) manat hissəsini 10 avqust 2025-ci il tarixədək ona ödəməli idi. Lakin, 15 avqust 2025-ci il tarixdə Maraqlı şəxs ilə əlaqə saxladıqda o aliment borcunu və digər aylar üzrə alimentin ödəmək iqtidarında olmadığını bildirmişdir. Ərizəçi xx.xx.2025-ci il tarizdə məhkəməyə ərizə təqdim edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, alimenti ödəyə bilməmiş və ərizəçiyə alimentin məbləğinin azadılması barədə razılığa gəlməsini təklif etməsinə baxmayaraq, o, bunu istəməmişdir. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 200702 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2008-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - AZ-İİİ seriyalı 314297 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-01479 №-li barışıq sazişinə əsasən: 2.1 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü ii təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixindən etibarən hər növbəti ayın 10-a kimi, hər uşaq üçün 800 (səkkiz yüz) AZN olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) AZN məbləğində aliment haqqını anası, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında aliment tələbi üzrə xx.xx.2025-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü icra etməmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, barışıq sazişini, qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-01479 №-li barışıq sazişi aşağıdakı kimi təsdiq edilməlidir: 2.1 İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü ii təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixindən etibarən hər növbəti ayın 10-a kimi, hər uşaq üçün 800 (səkkiz yüz) AZN olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) AZN məbləğində aliment haqqını anası, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/6-01479 №-li barışıq sazişi aşağıdakı kimi təsdiq edilsin: İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü ii təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2025-ci il tarixindən etibarən hər növbəti ayın 10-a kimi, hər uşaq üçün 800 (səkkiz yüz) AZN olmaqla, ümumilikdə 1600 (bir min altı yüz) AZN məbləğində aliment haqqını anası, birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar