Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6048/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Orqanına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Ərizəçi və həyat yoldaşı X4 ilə xx.xx.1997-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. Oğlum xx.xx.1999-cu il təvəllüdlü X5 anadangəlmə 1-ci dərəcəli əlildir. Oğluna hazırda o baxır. Əvvəllər xəstə oğluna həyat yoldaşı baxırdı, lakin həyat yoldaşı X4 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Hal-hazırda 1-ci dərəcəli əlil xx.xx.1999-cu il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Oğlu xx.xx.1999-cu il təvəllüdlü X5 uzun illərdir ki, anadangəlmə spastik tetralplegiya, serebral iflic, intelektin zəifliyi, yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkir. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü tam idarə edə bilmir. 1-ci qrup əlildir. Oğlu xx.xx.1999-cu il təvəllüdlü X5 bu xəstəliyi beyin ilə əlaqədardır və uşaqlıqdan özünü sərbəst idarə edə bilmir. Bu səbəbdən də özü öz yeməyinidə yiyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Oğlunun kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var. Bu səbəbdən də xəstə oğlunu tək qoyub hansısa bir işlə məşğul ola bilmir. Oğlunun bütün təlabatını anası olaraq ərizəçi ödəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Sabunçu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komisiyasına məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1999-cu ildə doğulmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemindən çıxarışdan görünür ki, X5 müddətsiz olaraq birinci dərəcəli əlildir, diaqnozu “Spastik tetroplegiya. Xəstə yataq vəziyyətindədir. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Serebral iflic. Uşaq serebral iflici tetrapiligik forma. Hərəkət məhdudluğu qeyd olunur. Xəstə yataq rejimindədir. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Digər depressiv epizodlar. İntellektin zəifliyi, yaddaş pozuntusu qeyd olunur. Ağır dərəcəli əqli gerilik. Psixiəqli inkişafın geriliyi qeyd olunur” kimi qeyd olunmuşdur. İş materiallarında olan Vİİ-ЖГ seriyalı 334056 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X4 ilə xx.xx.1997-ci ildə nikah daxil olmuşlar, həmin nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 221 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 778109 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1999-cu doğulmuş, atası Ərizəçi, anası X2r. İş materiallarında olan AZ-İİ seriyalı 517210 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2025-ci ildə vəfat etmişdir. İş materiallarında olan 002493 nömrəli vəsiqədən görünür ki, X5 birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3529 nömrəli rəyindən görünür ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaşbacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-6048/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6048/2025
10.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver