Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6078/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakları ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlaka dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 atasıdır. Atası xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Atası "xxxx" ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək ona 8 ədəd özəlləşdirmə çeki təqdim edilmişdir və nəticədə hər birinin dəyəri 10000 manat olan 65 ədəd səhm əldə etmişdir. Atası vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi kimi miras qalmış əmlakını faktiki qəbul edərək idarə etmişdir. Lakin başı ailə işlərinə qarışdığından və hüquqi savadsızlıqdan mirasın qəbul edilməsi üçün vaxtında notariat kontoruna ərizə ilə müraciət edə bilməmişdir. 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə atasından miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2483 saylı məktubuna əsasən mirasın qəbul edilmə müddətinin ötürüldüyü bildirilmiş və mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, sənədləri tapdıqdan sonra notariusa müracət etsə də, onlar ona 18 il keçdiyi üçün heç bir kömək edə bilməyəcəklərini demiş, məhkəməyə müraciət etməyini məsləhət görmüş, atası 2006-cı ildə ölən vaxtdan notariusa müraciət etməmiş, balaca olmağı ilə əlaqədar sənəd işləri ilə ancaq anasının məşğul olduğunu, atadan miras qalmış evdə özünün yaşadığını, evin əvvəl anasının adında olmasını, sonradan evi öz adına keçirtdiyini söyləmişdir. Bu anasından ona keçən vərəsəlikdir. Atadan ona keçən vərəsəliklə bağlı notarius ona imtina verdi. İddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Cavabdeh 4 saylı Bakı Cavabdehndə notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda, xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, o, Aliya xanımın anası ilə birlikdə 40 il bankda işləmişdir. Aliya xanımın atası “Ulduz” metro stansiyasının yaxınlığında yerləşən soyuducu zavodunda işləyirdi. Aliya xanımın atası xəstə idi. Onunla Aliya xanımın anası birlikdə işlədiyi dövrdə iddiaçının atası vəfat etmişdir. Aliya xanımın anası isə atasının vəfatından təxminən 5-6 il sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, o, Aliyanın bibisidir. O, qardaşı ilə bir zavodda işləyirdi. Onların vauçerləri var idi, zavodda ona onları özəlləşdirin dedilər. Öz vauçerləri özündədir, qardaşınkılar isə özündə idi. Qardaşı xəstələndikdən sonra öz vauçerlərini saxlamaq üçün ona verdi. Sonra zavod fəaliyyətini dayandırdı. Onlara dedilər ki, vauçerləri faizlə satmaq olar. O da düşündü ki, qardaşının vərəsələri əvəzinə o satmasın. O, onları ona qaytardı. Qardaşı isə onların ona lazım olmadığını, xəstə olduğu üçün heç bir yerə gedə bilməyəcəyini və sənədləri özündə saxlamağı dedi. O, vauçerləri yaxşı günlər üçün özündə saxladı və həmin yaxşı günlər başlayanda onları qaytardı. Qardaşının bir uşağı Aliya var, həyat yoldaşı isə rəhmətə gedib. Şamil 2006-cı ilin noyabr ayında ölüb. Ataları 1977-ci ildə, anaları isə 2005-ci ildə ölmüşdür. Şamilin həyat yoldaşı isə təxmini 2021-2022-ci illərdə ölmüşdür. Başqa vərəsə yoxdur. Səhmlər onda idi. Hazırda zavod mövcud olsa da, orada istehsalat dayanmışdır. Bu il 2024-cü ilin mart-aprel ayında həmin sənədləri tapdı və Aliya xanıma verdi. Həmin səhmlərdən başqa miras əmlakı yoxdur. Məhkəmə, iddiaçının izahatını, şahidlərin ifadələri dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-ЖГ seriyalı 390941 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 371682 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 071570 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı 170095 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - İV-ЖГ seriyalı 337686 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 X2 xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Akmanova soyadı verilmişdir. - Xİİİ-ЖГ seriyalı 275529 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuşdur, atası X14, anası X1. - xx.xx.2002-ci il tarixli 88 nömrəli qəbzin surətindən görünür ki, X11 "xxxx" Səhmdar Cəmiyyətinin səhmlərinə güzəştli satışda iştirak etmək üçün verdiyi sifarişi və təqdim etdiyi 8 (səkkiz) ədəd özəlləşdirmə çeki qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - ******* nömrəli xx.xx.2002-ci il tarixli bildirişdən görünür ki, X13 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışında iştirak edərək 8 (səkkiz) ədəd özəlləşdirmə çeki təqdim etmişdir və nəticədə hər birinin dəyəri 10.000 (on min) manat olan 65 (altmış beş) ədəd səhm əldə etmişdir. - 4 saylı Bakı Cavabdehndə notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 2483 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243 və 1322-ci maddələrinə əsasən vərəsəlik şəhadətnaməsi mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsələrə verilir, o cümlədən vərəsələr mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə ərizə verməli və mirasa sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Həmin Məcəllənin miras qoyan vəfat etdiyi zaman qüvvədə olmuş 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddiasında mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının belə bir tələblə müraciət etməsi onun mirasın qəbulunda gecikdiyini təsdiq edir. İddiaçı izahatında bildirmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirməsinin səbəbi gənc, təcrübəsiz olması və hüquqi savadı olmadığından atasının ölümü ilə əlaqədar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə notariat kontoruna müraciət etməməsi olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göstərilənlərə və Konstitusiyanın birbaşa hüquqi qüvvəyə malik olması barədə 147-ci maddəsinin İİ hissəsinin tələbini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumunun gəldiyi nəticəyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş; Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş; Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia təmin edilməli, xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X3mış mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzürlü hesab edilərək uzadılmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X3mış mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzürlü hesab edilərək uzadılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-6078/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6078/2024
11.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver