Məhkəmə qərarları › İş №2(008)-6093/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6093/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6093/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı X2 Cavabdeh qarşı "mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı "mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh - 11520 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) istifadə hüququna xitam verilməsi və Cavabdeh ona məxsus əşyalarla bilrikdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) çıxarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1969cu il təvəllüdlü Cavabdeh - 12600 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) istifadə hüququna xitam verilməsi və Cavabdeh ona məxsus əşyalarla bilrikdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) çıxarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) tam mülkiyyət hüququ ilə xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Cavabdeh - Cavabdeh onun oğludur. Onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 23a, mənzil 19 (yeni qaydalarla: AZ 1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, giriş 114, M2, m2) - da yaşayırlar. Lakin son illər ərzində Cavabdeh ona qarşı münasibəti pisləşmişdir. Cavabdeh alkoqollu içki düşkünü olduğu üçün tez-tez mənimlə səbəbsiz yerə mübahisə edir, onu kobud ifadələrlə təhqir edərək alçaldır. Oğlunun ona qarşı bu hərəkətlərinə dözə bilməyib evindən çıxmağa məcbur olmuşdur. O, hal-hazırda kirəyədə qalır. O, bu yaşda öz mənzilində sakit və rahat yaşaya bilmir. Cavabdeh tərəfindən kobud sözlərə, rəftara məruz qalır. Onunla bilrikdə mülkiyyətinə olan mənzildə yaşaması bir mülkiyyətçi kimi hüquqlarını əsassız olaraq, məhdudlaşdırır və pozur. Həmçinin cavabdehin mənzilinin otaqlarını öz əşyaları ilə məşğul etməsi səbəbindən mülkiyyətində olan mənzilin digər otaqlarından istifadə etməyinə maneə yaranır. Cavabdeh istifadə hüquqlarına xitam verilməsi məqsədilə ödəniləcək kompensasiya məbləğini dəqiqləşdirmək üçün o, daşınmaz əmlakın alqı-satqı vasitəçisi olan X5 müraciət etdi. X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Məhsəti Gəncəvi küçəsi, ev 23a, mənzil 19 (yeni qaydalarla: AZ 1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, giriş 114, M2, m2) - yə baxış keçirdikdən sonra, həmin mənzilin aylıq kirayə qiymətinin 300-350 manat arası olduğunu bildirdi və bu barədə sənəd təqdim edildi. Göründüyü kimi mənzilinin yerləşdiyi ərazidə onun mənzilinə uyğun mənzillərin aylıq kirayə haqqı təqribən 300-350 manat civarında dəyişir. Belə olan halda Cavabdeh ödəyəcəyi kompensasiya məbləği bir ayı 320 manat olmaqla, 36 aylıq kirayə məbləği qədərində, yəni 11520 manat müəyyən edilməlidir. Lakin, kirayə haqqını maksimal qiymət kimi 350 manat hesablamaqla, cavabdehə 12600 manat kompensasiya ödəməyə razıdır. Təklif olunan bu kompensasiya cavabdehə ən azından 36 (36x350=12600) ay müddətində başqa yerdə, onun mənzilinə oxşar şəraitli mənzildə yaşamaq imkanı yaradacaq. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, cavabdeh iddianı qəbul edir, ona görə iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, 12600 manat ödənilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan AR DİN "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışdan görünür ki, cavabdeh xx.xx.2005-ci ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilində qeydiyyatdadır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzil (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) tam xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. - Daşınmaz Əmlakla aparılan əməliyyatlar üzrə Agentlərin Fəaliyyətində işləyən X1 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçının müraciəti əsasında ünvan 2 ünvanında Kiyev layihəli 5 mərtəbəli binanın 2-ci mərtəbə 2-ci blokda yerləşən 5 otaqlı mənzilinə kirayə qiymətinin təyin edilməsi məqsədi ilə tərəfindən baxış keçirdiyi zaman mənzilin tam təmirsiz olduğunu və əşyaların istilik sisteminin olmadığını müəyyən etmişdir. Buna görə də evlərin kirayə qiyməti 300-350 manat dəyərləndirilmişdir. İş üzrə müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, Cavabdeh X2 oğludur. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzil (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) iddiaçıya mülkiyyət hüququ əsasında məxsusdur. O, hal-hazırda cavabdehə 12600 manat kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Hazırki işdən görünür ki, cavabdeh iddiaçının mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə dair tələbini və təklif olunan kompensasiya məbləğini qəbul edir, bunda da məhkəmə tərəfindən qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulması faktını aşkar edilmədiyindən, iddia təmin edilməli, Cavabdeh 12600 manat məbləğində kompensasiya ödənilməklə onun Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) istifadə hüququna xitam verilməli və Cavabdeh ona məxsus əşyalarla bilrikdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3 tərəfindən 12600 manat kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Məhsəti Gəncəvi küçəsi 23a nömrəli evin 19-cu mənzilindən (yeni qaydalarla: AZ 1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi giriş 114 mənzil 2) istifadə hüququna xitam verilsin. Cavabdeh və ona məxsus əşyaları ilə həmin evdən (mənzildən) çıxarılsınlar. Müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması eyni vaxtda icra olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğin dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar