Məhkəmə qərarları › İş №2(008)-6113/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6113/2024

30.08.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6113/2024 30.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə Sabirabad 1 saylı Mediasiya Təşkilatında bağlanmış MSS/MT-024/2024-00312 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Zəhra adlı qızları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 3717/2023 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarında xx.xx.2016-cı il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində 4488 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X1 anasının himayəsində qalması və yetkinlik yaşına çatanadək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya Təşkilatında xx.xx.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olması (görüşməsi) barədə Maraqlı şəxs ilə qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi icra etməməklə uşağı onunla görüşdürmür. Barışıq sazişinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 onunla istənilən vaxt telefonla danışmasına heç bir maneə törətməyəcəyinə, ay ərzində həftədə 5 gün olmaqla günün ikinci yarısından sonra sərbəst görüşüb ünsiyyət saxlamasına, ay ərzində hər həftənin şənbə və bazar günləri gecə qalmaq şərti ilə səhər saat 9-dan axşam saat 19:00-dək, bayram və qısa tətil günlərində bir gün gecə qalmaq şərti ilə, zərurət yaranarsa əlavə üç gün olaraq ay ərzində ümumilikdə altı gecə qalmaqla aparılmasına Maraqlı şəxs könüllü olaraq razılıq vermiş, heç bir maneəçilik törətməyəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə iştirak etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İV seriyalı 061576 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxsdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3717/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2016-cı il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində 4488 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 boşanmadan sonra anası Maraqlı şəxs himayəsində qalması, məhkəməyə müraciət olunduğu xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. - Ərizəçi və Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MSS/MT-024/2024-00312 №-li barışıq sazişinə əsasən:

1. Mən Maraqlı şəxs Ərizəçi ilə birgə nikahımızdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X1 atası Ərizəçila istənilən vaxt telefonla danışmasına heç bir maneə törətməyəcəyimə, ay ərzində həftədə beş gün olmaqla günün ikinci yarısından sonra sərbəst görüşüb ünsiyyət saxlamasına, ay ərzində hər həftənin şənbə və bazar günləri gecə qalmamaq şərti ilə səhər saat 9-dan axşam saat 19:00-dək, bayram və qısa tətil günlərində bir gün gecə qalmaq şərti ilə və yay tətilində üç gecə olmaqla, zərurət yaranarsa əlavə üç gün olaraq ay ərzində ümumilikdə altı gecə qalmaqla aparmasına könüllü olaraq razılıq verirəm, heç bir maneəçilik törətməyəcəm və öhdəlik götürürəm.

2. Mən Ərizəçi “barışıq sazişi”ndə qeyd edilən bütün şərtlərlə razıyam və qeyd edilən vaxtlarda xx.xx.2017-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs təhvil verməyi öz üzərimə öhdəlik götürürəm.

3. Mən Maraqlı şəxs “Barışıq sazişi” öz sözlərimlə düzgün yazılmışdır və imzamla təsdiq edirəm.

4. Mən Ərizəçi “Barışıq sazişi” öz sözlərimlə düzgün yazılmışdır və imzamla təsdiq edirəm. İş materiallarından görünür ki, hazırkı barışıq sazişinə əsasən ərizəçinin, övladı xx.xx.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyət hüququnun həyata keçirilməsi qaydaları müəyyən edilmişdir. Hazırda ərizəçi barışıq sazişinin şərtlərinin maraqlı şəxs tərəfindən icra edilməməsi səbəbindən, sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MSS/MT-024/2024-00312 №-li barışıq sazişi qanuna zidd olduğundan, onun təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göründüyü kimi hazırkı barışıq sazişi ərizəçinin və maraqlı şəxsin birgə nikahından doğulmuş fəaliyyət qabiliyyəti olmayan xx.xx.2017-ci il təvəllüdlü X1 hüquqlarına toxunulan mübahisə üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığından, həmin sazişin təsdiq edilməsi qanunvericiliyin tələblərinə zidddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hazırkı şərtlər əsasında barışıq sazişinin təsdiq edilməsi qanuna zidd olduğundan, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi rədd edilməli, Ərizəçi və Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MSS/MT-024/2024-00312 №-li barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə rədd edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Sabirabad 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MSS/MT-024/2024-00312 №-li barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar