Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-625/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs olmaqla "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs olmaqla "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum babası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilmənin səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı ev mərhum babası X8 məxsus olmuş və onun 04 iyun 1995-ci il tarixdə vəfatından sonra miras əmlak kimi onlara keçmişdir. Lakin o və digər vərəsələr mirası faktiki qəbul etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Belə ki, onların yəni vərəsələr arasında miras əmlak barəsində əvvəllər heç bir mübahisə olmamış, vərəsə kimi öz payından sərbəst şəkildə istifadə etmişlər. O, mərhum babasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, idarə etmiş, daima ora-gedib gəlmiş, bütün komunalları ödəmiş və digər vərəsələrlə birlikdə mirasın qəbulunda iştirak etmişdir. Lakin mirası rəsmi olaraq qəbul etmək üçün qanunda nəzərdə tutulmuş müddət ərzində notariat kontoruna müraciət etməmişdir. 23 avqust 2023-cü il tarixdə 04 iyun 1995-ci ildə vəfat etmiş babası X3 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbulu üçün ərizə ilə cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə 30 sentyabr 2023-ci il tarixli «notariat hərəkətin aparılmasından imtina edilməsi barədə qərarla cavab verilmişdir. O, mirası qəbul etmək üçün qanunda müddətin nəzərdə tutulduğunu heç vaxt bilməmişdir. Həmçinin miras əmlakla bağlı babasının vərəsələri olan onlar qohumlar arasında bir dəfə də olsun mübahisə və ya anlaşılmazlıq olmamış, həmişə aralarında mehriban münasibətlər olmuşdur. Mərhum babası X2 miras qalan əmlakın (ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin) qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. Mərhum babası X2 miras qalmış ünvan 1 ünvanında yerləşən (köhnə Kooperativ küçəsi) 3 saylı evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə tərəfindən gecikdirmənin səbəbi üzrlü sayılaraq uzadılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, babası öləndən sonra iddiaçının faktiki olaraq əmlakı qəbul etdiyini, hal-hazırda orda yaşadığını bildirmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iddia tələbini qəbul etməyərək İddiaçı vərəsə olmadığını, sözügedən mənzildə onun və qaradşı Firudinin yaşadığını, Firuddinin 1 ilə yaxın vaxt olarki öldüyünü, Firuddinin ailəsi olmadığını, ona özü baxdığını, Elşənin isə öz ata evində yaşadığını, Ekşənin yaşadığı ev ilə mübahisə predmenti olan evin eyni həyatdə yerləşmədiyini, arada xeyli məsafə olduğunu bildirmişdir. İddiaçının ünvan 2 ünvanında yaşadığınl və hal-hazırda da orada yaşadığını bildirmişdir. Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Rzayev X7 qəsəbəsi, Kooperativ küçəsində yerləşən 3 nömrəli mənzilin mülkiyyətçisi olmuşdur. Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin Reyestrindən Çıxarışdan görünür ki, Maştağa qəsəbəsi, 1093 nömrəli mənzilin mülkiyyətçisi X6r. - Vİİİ- ЖГ nömrəli, 472066 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur. Atası X12, anası isə Abas-zadə Xalidə Qənbərəli qızıdır. - İİ ЖГ 492820 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 xx.xx.1995-ci il tarixdə ölmüşdür. - V-ЖГ 323339 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1999-cu il traixdə ölmüşdür. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-2843/23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Maştağa qəsəbəsindəki M.Hüseynzadə küçəsi döngə 2, ev 22 ünvanında pasport qeydiyyatında olduğunu,mərhum X14 vəfat etdiyi vaxtadək qardaşı oğlunun yanında yaşamış və bütün dəfn xərclərini İddiaçı ödədiyi bildirilmişdir.. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-3229/23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 vəfat etdiyi xx.xx.2023-cü il tarixinədək İddiaçı himayəsində yaşamış və dəfn xərclərini İddiaçı ödəmişdir. - X1 xx.xx.2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X13 adında qalmış miras əmlaklara dair vərəsəliyi qəbul etdiyini, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - 25.10.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsələri İddiaçı və o miras əmlakdan tam hissədə pay almalıdır. - X15 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.1995-ci il tarixdə vəfat etmiş mərhum X13 adında qalmış miras əmlaklara dair vərəsəliyi qəbul etdiyini, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri miras qoyanın 1995-ci ildə ölməsi ilə həmin ildə yarandığından MPM-in 217.2-ci maddəsinin tələblərinə əsasən həmin vaxt qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 01.09.2***-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasn mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Beləliklə iş matriallarından müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evi iddiaçının babası X9 məxsus olmuşdur. X16 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. İddiaçının atası X10 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək babasının ölümündən sonra miras qalmış ünvan 3 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi müddətinin buraxılmasını üzürül səbəblərdən ötürüldüyü bildirərək, qanunvericilk ilə nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmiş, üzürlü səbəb isə qanunu bilməməsi ilə izah etmiş olsada məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, qanunu bilinməməsi üzürlü səbəb olmadığından iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının diqqətinə onuda çatdırmağı zəruri hesab edir ki, iddiaçı məhkəməyə babadan qalmış miras əmlakının qəbul edilmə müddətinin bərpa edilməsini xahiş etsədə, mülki işdən aydın olur ki, X5 ölüm anında birinci növbədən vərəsələri habelə iddiaçının atsı sağ olmuşdur. Belə olan halda iddiaçı ilk növbədə atasının babasından miras qalmış əmlakını qəbul etməsi halını müəyyən etməli, məhz bu hal onun xeyrinə həll olunduğu təqdirdə digər hərəktləri edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs cəlb edilməklə “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-625/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-625/2024
01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver