Məhkəmə qərarları › İş №2(008)-6291/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6291/2024

11.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6291/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Babək oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın ləğvinə dair” mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoru, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, onun əsasında verilmiş çıxarışın ləğvinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0.12 ha olan 4258 nömrəli bağ sahəsinə dair 22 saylı notariat kontorunda qeydə alınmış 2-V-1-03 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsi haqqında” Müqaviləyə əsasən ödənilmiş 600 (altı yüz) manat və iddianın məhkəməyə verilməsinə görə 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0.12 ha olan 4258 nömrəli bağ sahəsi İddiaçı mərhum anası X3 məxsus olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, Sabunçu rayonu, Ləhiş bağları, 4258 nömrəli bağ sahəsi 2-V-l-03 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına vərəsə kimi qeydiyyata alınmış və həmin əsasla da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, № ******* nömrəli Çıxarışla adına rəsmiləşdirilmişdir. X1 ölümündən sonra birbaşa vərəsə onun olmasına rəğmən mülkiyyətində olmalı olan bağ sahəsinin tanımadıqları başqa şəxsin adına rəsmiləşdirilməsi qanunsuz və əsassızdır. Onun bilavasitə vərəsəsi olduğu sözügedən bağ sahəsinin necə başqa adamın adına rəsmiləşdirilməsi barədə Vərəsəlik işini rəsmiləşdirən 22 saylı Notariat kontoruna sorğu verilmiş, sənədləşməyə səbəb olmuş sənədləri və notariat işinin surətlərini ona təqdim etmələrini notariusdan xahiş edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 22 saylı Notariat Ofisinin 14 avqust 2024-cü il tarixli, 178/2024 nömrəli sorğuya cavab olaraq göndərilmiş məktubda bildirilmişdir ki, sözügedən vərəsəlik işi kontorda rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏMDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2024 tarixli, **********463-21-3-3012-20346/2024 nömrəli məktubla, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi, 4258 nömrəli bağ sahəsinin 0.12 ha torpaq sahəsi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2016-cı il tarixli 039-21727-1216 nömrəli arayışı, sənədin itməsi barədə mətbuat yayımında dərc edilmiş elan və vərəsəlik işinin açılması barədə 22 saylı notariat kontorunun 148 nömrəli xx.xx.2016-cı il tarixli məktubu əsasında xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmış, daha sonra 22 saylı notariat kontorunda qeydə alınmış 2-V-1-03 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hazırda onun mülkiyyətindədir. İddiaçı mülkiyyəti saxta sənədlərlə özgəninkiləşdirilmişdir. Onun bu yaxınlarda əldə etdiyi məlumata əsasən bütün bu işləri əvvəllər rieltor (ev alqı satqısı meneceri) kimi çalışan Mais adlı şəxs görmüş və yekun olaraq bağı saxta sənədlərlə onların ümumiyyətlə onunla heç bir bağlılığı olmayan Cavabdeh1 adına sənədləşdirməyə nail olmuşdur. Mais adlı rieltor hazırda vəfat etdiyindən daha dolğun məlumat almaq mümkün deyildir. İddiaçı onu da bildirmişdir ki, hələ mərhum anası vəfat etməmişdən bir neçə ay əvvəl ona bildirmişdir ki, həmin Mais adlı bir şəxs ondan bağı almaq istəyir, pul da təklif edib. Lakin həmin söhbətin üstündən bir müddət keçəndən sonra anası vəfat etdiyindən Maisin sonraki hərəkətlərindən xəbəri olmamışdır. Çox güman Mais anasının vərəsəsi olmadığını güman etmiş və bağı müxtəlif saxta sənədlərlə Cavabdeh1 adına rəsmiləşdirmişdir. Görünür Mais Cavabdeh1 bağın mərhum Elmira Əsgərovaya məxsus olduğu bildirməmişdir. Həmin Mais adlı şəxs Cavabdeh1 ilə 1 saylı Bakı Ərazi İdarəsinə gedərək çıxarışı almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ sahəsi, 4258 nömrəli bağ sahəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 22 saylı Notariat Ofisinin 178/2024 nömrəli 14 avqust 2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli 2-V-1-Ü3 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 22 saylı notariat ollsində rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********463-21-3- 3012-20346/2024 nömrəli sorğuya cavab məktubunda, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4258 nömrəli bağ sahəsində yerləşən 0.12 hektar torpaq sahəsi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2016-cı il tarixli 039-21727-1216 nömrəli arayışı, sənədin itməsi barədə mətbuat yayımında dərc edilmiş elan və vərəsəlik işinin açılması barədə Bakı şəhəri 22 saylı notariat kontorunun 148 nömrəli xx.xx.2016-cı il tarixli məktubu əsasında 17.01,2017-ci il tarixdə X2 adına qeydiyyata alınmış, daha sonra Bakı şəhəri 22 saylı Notariat kontorunda qeydə alınmış 2-V-1-03 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. xx.xx.2024-cü il tarixinə olan məlumata əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 4258 nömrəli bağ sahəsi üzərində hər hansı məhdudiyyət aşkar edilməmiş, lakin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli məktubda 2- V-1-03 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə barədə “Elektron notariat” informasiya sistemində, eləcə də sözügedən notariat ofisinin arxivində saxlanılan reyestr kitablarında hər hansı məlumat aşkar edilmədiyi qeyd olunduğundan, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 25 yanvar 2017-ci il tarixli, 509674 nömrəli şəhadətnamədən görünür ki, Bakı şəhəri 22 saylı notariat kontorunun xüsusi notariusu Gülməmmədova Ş.F. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi – Bakı şəhəri, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 6, m. 139-da qeydiyyatda olan - Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** nömrəli arayışa əsasən; Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, **********26 nömrəli reyestr, ********** nömrəli qeydiyyatı olan “çıxarışa” əsasən, miras qoyan X3 məxsus olan Bakı şəhər, Sabunçu rayonu, Ləhiş sahəsi, 4258 nömrəli bağ sahəsində yerləşən ü/sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sorğuya cavab məktubunda bildirilmişdir ki, Dövlət notariat arxivində, həmin notariat ofisinin reyestr kitabında və “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müvafiq notariat hərəkətinin rəsmiləşdirilməsi faktı aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 22 saylı Notariat Ofisinin 247/2024 nömrəli 16 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli, 2-V-1-03 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 22 saylı notariat ofisində rəsmiləşdirilməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 31 avqust 2024 il tarxidə onun mobil telefonuna e-Mehkeme portalından SMS gəlmişdir ki, İddiaçı ona qarşı iddiası üzrə məhkəmə prosesi 25 sentyabr 2024 tarixinə saat 11:30-a təyin edilmişdir. Qeyd edilən rəsmi ünvanda yaşamadığından, işi ilə əlaqədar başqa yerdə yaşadığından iddia ərizəsinin surətini almamışdır. Lakin ASAN İmza almaqla E-məhkəmə portalına bu işdən başı çıxan tanışının vasitəsilə daxil olaraq, iddia ərizəsi ilə tanış olmuşdur. Xeyli müddət əvvəl İddiaçı onu axtardığı haqda məlumat almış və onunla görüşdükdə məlum olmuşdur ki, demə xüsusi mülkiyyət hüquqi ilə onun adında olan həmin bu Ləhiş bağ massivi 4258 nömrəli bağ sahəsi İddiaçınm mərhum anası Elmira Əsgərovaya məxsus olmuşdur. O isə 2016-cı ilin sonunda Ləhiş bağlarından bağ sahəsi almaq istədiyindən orada bağların alqı-satqısı ilə məşğul olan Mais adlı maklerlə tanış olmuşdur. Yerdən 1 metr 60 sm. hündürlüyündə hasara alınan 1200 (min iki yüz) kv.m. torpaq sahəsini göstərib 12.000 (on iki min) manata satdığını bildirmiş, lakin o 7.000 (yeddi min) manat pul verə biləcəyini bildirdikdən sonra nəhayət 8.000 (səkkiz min) manata razılaşmışlar. Həmin pulu ondan aldıqdan bir neçə vaxt sonra makler onu Montin qəsəbəsindəki “Kosmos” deyilən, el arasında BTİ kimi adlanan 1 saylı Bakı Ərazi İdarəsinə aparmış, növbə götürmədən orada bir otağa keçərək hansısa kağızlara imza etdirmişdir. Həmin idarədən qayıtdıqdan bir neçə gün sonra həmin Mais adlı şəxs onun adına verilən dövlət reyestrindən çıxarışı ona gətirib vermişdir. O, həmin bağ sahəsində hasarın üzərinə əlavə 1 metr 40 sm. də daş hördürərək hündürlüyünü 3 metrə çatdırmışdır. Başqa tikili yoxdur. Hımçinin bildirmişdir ki, həmin bağ sahəsinin nəinki mərhum Elmira Əsgərovaya, ümumiyyətlə başqa kiməsə məxsus olduğu barədə məlumatı olmamışdır. Bu barədə ona nə makler Mais adlı şəxs, nə də həmin bağın yaxınlığında yaşayan şəxslər məlumat verməmişdirlər. O, mərhum makler Maisin övladları ilə görüşmüş, onlar həmin 8.000 (səkkiz min) manatı hissə-hissə qaytaracaqlarına vəd verməklə ona yazılı iltizam da vermişdirlər. Bu səbəblərdən də o iddiaya qarşı etiraz da vermədiyini, ancaq iddianın sonunda ondan 600 (altı yüz) manat hüquqi yardımın göstərilməsi ilə əlaqədar pulun tutulmasını hər bir halda ədalətsiz saymaq istədiyini bildirmişdir. İddia əsaslı olduğundan, məhkəmə iclaslarına iştirak edə bilməyəcəyindən, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1301.1-1301.3-cü maddələrinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.3-cü maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda göstərilmişdir ki, ... Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. ... Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat ofisinin adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. ... Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, X4 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə mövcud olmamışdır. Məhkəmə araşdırması zamanı 2-V-1-03 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcud olmadığı, bu barədə elektron notariat və noteriat reyestr kitabında qeyd olmadığı məlum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0.12 ha olan 4258 nömrəli bağ sahəsinə dair 22 saylı notariat kontorunda qeydə alınmış 2-V-1-03 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Belə ki, vəkil xərci olaraq pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin edilərək, cavabdehdən 600 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0.12 ha olan 4258 nömrəli bağ sahəsinə dair 22 saylı notariat kontorunda qeydə alınmış 2-V-1-03 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilsin. İddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 600 (altı yüz) manat məbləğində pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar