Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6311/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, mediasiya prosesi dövründə aralarında bağlanan Sabirabad 1 saylı Mediasiya təşkilatında MŞS/MT 023/2025-00690 nömrəli, xx.xx.2025-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi, barışıq sazişinin 1.4-cü bəndində əsasən birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X1, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə 08 sentyabr 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci, 152.1.1-ci və 152.1.5-ci maddələrinin tələblərinə uyğun olaraq icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, ərizəçi məhkəməyə müraciət edərkən, xahiş etdim hissəsində həm mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini, həm də ayrıca tələblə müraciət edərək, aliment tutulmasını xahiş etmişdir. Bu qaydada tələb təsdiq edilə bilməz. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizələrə baxılan zaman həmin sazişdə qeyd olunan bütün bəndlər araşdıraraq, barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6311/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6311/2025
10.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver