Məhkəmə qərarları › İş №2(008)-6363/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6363/2020

16.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6363/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı ASC-nin cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCyə qarşı X1 maraqlı şəxs qismində qeyd edilməklə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-nin cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə, Sabunçu rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCyə qarşı X1 maraqlı şəxs qismində qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin «KİA Cerato» markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixli 111 saylı «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat»ın etibarsız hesab edilməsi, ipoteka predmeti olan həmin avtomobilin satış qiymətinin 14 000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə forma və məzumununa və aidiyyət qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci madəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki iddia ərizəsində tərəflər iddiaçı, cavabdeh və maraqlı şəxs kimi qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia icraatında tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər, maraqlı şəxsin iştirakı isə xüsusi icraatda nəzərdə tutulmuşdur, o zaman iddiaçının əvəzinə ərizəci olur, cavabdeh isə ümumiyyətlə olmur. Yəni, bir icraatda iddiaçı və cavabdehlə yanaşı maraqlı şəxsin olması istina edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi qanuna müvafiq qaydada tərtib edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində cavabdeh kimi Sabunçu rayon İcra və Probasiya Şöbəsinə qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyət qaydalarına riayət edilmədən verilib. Belə ki, cavabdeh qismində «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC, Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC göstərilsə də, tələb yalnız «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə yönəlmişdir («Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat»ın etibarsız hesab edilməsi, ipoteka predmeti olan həmin avtomobilin satış qiymətinin 14 000 manat məbləğində müəyyən edilməsi). Adıçəkilən cavabdehin isə ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 38–dir. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, hazırda iddia ərizəsi forma və məzumununa riayət edilmədən və qanunla müəyyən olunmuş qaydada ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar