Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6367/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın” müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 007231 saylı, 22.07.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsinin AZ-İİ 139056 saylı ölüm haqqında şəhadətnamədə adı göstərilən anası X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 16 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 007231 saylı, 22.07.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi X1nın mülkiyyətindədir. X1 05.12.2020-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik qaydasında öz adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın alınması üçün zəruri sənədləri toplamağa başlamış, bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Xidmətləri Məkanından ona anasının ölüm haqqında şəhadətnaməsində ad, ata adı və soyadının “X5” kimi, hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 007231 saylı, 22.07.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsində isə, “Aliyeva Qavarçin” kimi yazıldığı bildirilərək, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bildirir ki, həmin yanlışlıq onun səhvindən baş verməyib, müvafiq dövlət orqanı sənədləşdirmə işlərini apararkən diqqətsizliyə yol vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı oğludur. Ərizəçinin anası, onun isə bacısı olan X5 uzun müddət Özbəkistan Respublikasında yaşamışdır. Valideynləri ona Göyərçin adını qoymuşlar, qohumları da hər zaman onu Göyərçin kimi tanımışlar. Lakin bacısının adı müvafiq sənəddə texniki olaraq yanlış qeyd edilmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirdi ki, ərizəçi onun qaynıdır, X5 isə qayınanası olmuşdur. 1987-ci ildə ailə qurmuşdur və həmin vaxtdan qayınanasını X5 adı ilə tanımışdır. Hesab edir ki, müvafiq sənəddə qayınanasının adının səhv qeyd olunması texniki səbəblərlə əlaqəlidir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır, X5 isə qayınanası olmuşdur. 1997-ci ildə ailə qurmuş və həmin vaxtdan qayınanasını X5 adı ilə tanımışdır. Qayınanası uzun müddət Özbəkistan Respublikasında yaşamışdır. Hesab edir ki, qayınanası rusdilli olduğundan, müvafiq sənəddə adı texniki olaraq rus tələffüzü ilə qeyd olunmuşdur. Yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 16 saylı fərdi yaşayış evi qayınansının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 007231 saylı, 22.07.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 16 saylı fərdi yaşayış evinin mülkiyyətçisi kimi “Aliyeva Qavarçin” qeyd olunmuşdur. İş materiallarında olan Sırdərya vilayəti Sırdərya şəhər X6 Dövlət Qeydiyyatı şöbəsi tərəfindən 10.10.1992-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə Əliyeva Göyərçin (Алиева Гаварчин) 10.10.1992ci il tarixdə 207 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Babək rayon X6 Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 175794 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 03.05.1939-cu il tarixdə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 15.12.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 139056 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 05.12.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Sırdərya vilayəti Sırdərya şəhər X6 Dövlət Qeydiyyatı şöbəsi tərəfindən verilmiş 26.09.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçioviç xx.xx.1972-ci ildə Özbəkistan Respublikası, Sırdərya vilayəti, Sırdərya şəhərində anadan olmuşdur. X10, X16dir (Алиева Гаварчин). İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 16 saylı fərdi yaşayış evinə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 04301916 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 16 saylı fərdi yaşayış evinə qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, müəyyən olundu ki, hazırkı hüquqi faktın müəyyən edilməsi ərizəçiyə vərəsəliklə bağlı hüquqlarının həyata keçirilməsi üçün tələb olunur və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmir. İş materiallarında Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 007231 saylı 22.07.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsinin 15.12.2020-ci il tarixli, AZ-İİ seriyalı, 139056 saylı ölüm haqqında şəhadətnamədə qeyd olunmuş X2 məxsus olması barədə kifayət qədər sübutlar toplandığından, məhkəmə ərizənin təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 007231 saylı 22.07.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsinin 15.12.2020-ci il tarixli, AZ-İİ seriyalı, 139056 saylı ölüm haqqında şəhadətnamədə qeyd olunmuş X2 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-6367/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6367/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver