Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-642/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2003-cü il tarixli FM 024644 № qeydiyyat vəsiqəsinin əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami Döngəsi 4 küçəsindəki 2 (iki) otaq 30.1 kv.m yaşayış sahəsi 54.4 kv.m ümumi sahəsi olan torpaq sahəsində yerləşən 2 nömrəli ev paylı mülkiyyət olmaqla xx.xx.2009-cu il tarixdə vəfat etmiş atam X7 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. xx.xx.1968-ci il təvəllüdlüdür. Naxçıvan MR-sı Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 939148 doğum haqqında şəhadətnamənin valideynləri qrafasına əsasən: Atası X1-X3 qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2003-cü il tarixli FM 024644 № qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami Döngəsi 4 küçəsindəki 2 (iki) otaq, 30.1 kv.m yaşayış sahəsi 54,4 kv.m ümumi sahəsi olan torpaq sahəsində yerləşən 2 nömrəli ev paylı mülkiyyət olmaqla atam X7 və digər payçıya məxsusdur. Qeyd edilən kimi X2 xx.xx.2009-cu ildə, anası X14 isə xx.xx.2024-cii ildə vəfat etmişdir. Mərhum X2 xx.xx.2009-cu ildə Bakı şəhəri 17 saylı notariat ofisində mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. Nizami Döngəsi 4, ev 2 dair 'A hissəni mənə Ərizəçi Şəhvələd oğluna vəsiyyət etmişdir. Atasının vəfatından sonra Bakı şəhəri 17 saylı notariat ofisində vərəsəlik işi açılmış olsa da atasından qalan miras əmlakı mərhum atasının ata adında olan uyğunsuzluqla bağlı miras əmlakı adına keçirdə bilmir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2003-cü il tarixli FM 024644 № qeydiyyat vəsiqəsinə əsasən mərhum atasının “ata adı” “YUSİF” kimi qeyd edilib, əslində isə mərhum atasının “ata adı” “HÜSÜX” kimi yazılmalı idi. Maraqlı şəxs olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqların miras qoyan mərhum X2na məxsus olması barədə arayışın verilməsi ilə bağlı xx.xx.2024 müraciətimə xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir. Maraqlı şəxsin müraciətinə imtina etməsi kimi tərəfindən təqdim edilmiş qeydiyyat vəsiqəsi ilə vərəsəlik məktubu və ölüm haqqında şəhadətnamə arasında hüquqi sahibinin ata adı ilə bağlı uyğunsuzluq olmuşdur. Qeyd edilən kimi qeydiyyat vəsiqəsində hüquqi sahibinin ata adı “YUSİF” kimi qeyd edilsədə, vərəsəlik məktubunda və ölüm haqqında şəhadətnamədə “HÜSÜX” kimi qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2003-cü il tarixli FM 024644 № qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami Döngəsi 4 küçəsindəki 2 (iki) otaq 30,1 yaşayış sahəsi 54,4 kv.m ümumi sahəsi olan torpaq sahəsində yerləşən 2 nömrəli ev paylı mülkiyyət olmaqla X2na və digər payçıya məxsusdur. Hal hazırda isə qeyd edilən daşınmaz əmlak mülkiyyət sahibi kimi göstərilmiş mərhum atasının ata adında olan uyğunsuzluq tərəfindən qeyd edilən daşınmaz əmlaka dair çıxarışın ala bilməməsinə səbəb olmuşdur. Qeyd edilən məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri və X32 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə imtina edilmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəməyə məktubla müraciət edərək iş həcminin çoxluğundan məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin görünür ki, Ərizəçi xx xxxx 1968-ci ildə Naxçıvan MR-nın ünvan 2 ünvanında qeydiyyatdadır. Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfində verilmiş AZ-İV seriyalı 939148 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1968-ci ildə Şahbuz rayonunda anadan olmuş, atası X15, anası X11r. Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyatı idarəsinin FM seriyalı 024644 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanı X5 mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfində xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 384512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2009-cu ildə ürək damar çatışmamazlığından vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfində 19 aprel 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 422749 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü ildə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. 21 oktyabr 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X16 mülkiyyətində olan Bakı şəhəri Maştağa qəsəbəsi Nizami küçəsi döngə 4, 2 saylı evi oğlu Ərizəçi vəsiyyət etmişdir. Baki Şəhəri 17 Sayli Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 392 nömrəli məktubundan görünür ki, miras əmlak üzərində miras qoyan X6 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata Alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın X8 və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin edilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 1 saylı ərazi idarəsindən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 1 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi ilə vərəsəlik məktubu və ölüm haqqında şəhadətnamə arasında hüquq sahibinin ata adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibinin ata adı “Yusif kimi, vərəsəlik məktubundan və ölüm haqqında şəhadətnamədə isə “Hüsüx' kimi göstərilmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin texniki pasportla faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Əlavə olaraq, qeyd olunan torpaq sahəsinin bir hissəsinə dair digər şəxsin müraciəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X20 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, həm Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfində verilmiş AZ-İV seriyalı 939148 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1968-ci ildə Şahbuz rayonunda anadan olmuş, atası X17, anası X12r. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfində xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 384512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2009-cu ildə ürək damar çatışmamazlığından vəfat etmişdir. Ərizəçinin atasının adına verilmiş Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyatı idarəsinin FM seriyalı 024644 nömrəli qeydiyyat vəsiqəsində ərizəçinin atatsını adı X4 qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami Döngəsi 4 küçəsindəki yerləşən 2 nömrəli evin paylı mülkiyyətinə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.2003-cü il tarixli FM 024644 № qeydiyyat vəsiqəsində ½ hissədə payı müəyyən edilmiş X9 dair sənədin xx.xx.2009-cu il tarixdə vəfat etmiş X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-642/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-642/2025
23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver