Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6474/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tikilmiş hasarın sökülməsi, ilkin vəziyyətdə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «tikilmiş hasarın sökülməsi, ilkin vəziyyətdə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ona düşən hissəsində cavabdeh tərəfindən tikilmiş hasarın onun hesabına sökülməsi və ilkin vəziyyətdə İddiaçı təhvil verilməsi, habelə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı ailə üzvlərində birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, y/y bağ massivi ünvanında yaşayır. Həmin ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Onunla eyni ünvanda qonşusu və bacısı cavabdeh Qoçəliyeva X9 yaşayır. Lakin aralarında olan qonşuluq münasibətlərinə heç bir hörmət göstərməyərək onun ərazisinə aid olan hissəsinə müdaxilə edərək hasar çəkdirmişdir. Buna əvvəlcə məhəl qoymamış, bacısıdır demiş və evin böyük övladıdır nə istəyir etsin, lakin daha sonra bacısı cavabdeh Qoçəliyeva X9 bundan sui istifadə edib, aralarındaki münasibəti ədavətə çevirib münaqişə yaradaraq oğlu X3 məhkəməyə verərək ünvan 4ndə yerləşən 1200 kv.m torpaq sahəsinin sökülmüş divarının cavabdehin vəsaiti hesabına tikilməsinin, həmin torpaq sahəsinə giriş-çıxışına törətdiyi maneələrə son qoyulmasının, torpaq sahəsinə axıdılan çirkab suyunun axıdılmasına son qoymasının cavabdeh, yəni onun oğlu hansı ki heç bir hüququ bir tərəf olmayan şəxs X4 həvalə edilməsini, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun X1 tutularaq Qoçəliyeva X6 hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi xanım Tahirə Əsədova tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(008)-3400/2023 saylı qətnaməsinə əsasən iddia rədd edilmişdir. Buna baxmayaraq cavabdeh Qoçəliyeva X9 yenə də öz bildiyini edir və yaxşı etdiyini bildirmişdir. Cavabdehin bu hərəkətləri onu və ailə üzvlərini həyətində rahat şəkildə gəzməyini bilavasitə qadağan edir. Bundan başqa, cavabdeh qoyduğu hasar vasitəsi ilə ona məxsus olan torpaq sahəsini zəbt edib. Dəfələrlə hasarın söküntüsünü tələb etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hərəkətləri nəticəsində onun hüquqları kobud şəkildə pozulmuşdur. Qanunvericliyinin əsası olan Kosntitusiyasında nəzərdə tutulmuş şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Cavabdeh birbaşa qanunsuz tikdiyi hasar vasitəsilə ailəsində münaqişələr yaradır, etiraz etməyinə baxmayaraq onu dediklərinə məhəl qoymayaraq bildiyini edir və yaxşı etdiyini bildirir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasını vaxtı və yeri barədə xəbərdar edilməsinə bxamayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3400/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Qoçəliyeva X6 cavabdeh X4 qarşı “ sökdüyü divarın tikilməsi, qaz trubasının yerinin dəyişdirilməsi və digər tələblərə” dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC Layihə Konstruktor Bürosunun işçi layihəsinin surətindən görünür ki, Sabunçu rayonu Pirşağı qəsəbəsi y/y sahəsi ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin qazlaşdırılması 2016-ci il tarixində sifariş verilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC Daşınmaz Əmlakın Texniki Ekspert Qiymətləndirmə rəyinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağ massivində yerləşən əmlakın dəyəri 17000 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Pirşağı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan Fiziki şəxsin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi vergi ödəyicisi Qoçəliyeva X7r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Eyni zamanda mülki işin araşdırılması zamanı əvvəlcə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmirsə, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatmalıdır. Məhkəmə araşdırılması zamanı o cümlədən mülki işin matriallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçının ünvan 5 ünvanda yerləşən torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ yoxdur. İddia ərizəsinə əlavə edilmiş sənədlər hüquq müəyyənedici sənəd əhəmiyyətinə malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Belə ki, o torpaq sahəsinə qanunla nəzərdə tutulan qaydada hər hansı hüquq əldə etməmiş, həmin daşınmaz əmlaklara dair onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud həmin daşınmaz əmlaklar qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Şərh olunan hallara əsasən, məhkəmə işin sonrakı araşdırılmasına (iddia predmeti olan yaşayış sahəsinə yerli baxış keçirilməsi və s.) ehtiyac olmaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə, qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasının, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, eləcə İddiaçı Cavabdeh oğluna qarşı “torpaq sahəsinə müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «tikilmiş hasarın sökülməsi, ilkin vəziyyətdə təhvil verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6474/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6474/2023
24.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver