Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-65/2025 26.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Heydər Əliyev adına X5 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X5 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik nafta xəttindən 30 metr aralı məsafədə mühafizə zonasında qanunsuz inşa edilmiş tikilinin (hasarın) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına X6 daimi fəaliyyət göstərən monitorinq komissiyasının üzvləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində Zavoda məxsus boru xəttinin mühafizə zonasında özbaşına tikinti işləri aparılmış əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, özbaşına tikinti işləri aparılmış torpaq sahəsindən təxminən 30 metr aralı məsafədə NEZ-ə məxsus Dş-250 mm-lik nafta xətti yerləşir. Bundan başqa, həmin ərazidən eyni zamanda qanunsuz tikilidən 30.70 metr məsafədə 1 ədəd Dş-200 mm (quru qaz), 31,70 metr məsafədə 1 ədəd Dş-500 mm (xam neft), 32,70 metr məsafədə 1 ədəd Dş-400 mm (xam neft), 34 metr məsafədə 1 ədəd Dş-500 mm (təbii qaz), 35,40 metr məsafədə 1 ədəd Dş-500 mm (dizel yanacağı), 37 metr məsafədə 1 ədəd Dş-500 mm (xam neft), 37,80 metr məsafədə 1 ədəd Dş-250 mm (reaktiv mühərrik yanacağı), 38,40 metr məsafədə 1 ədəd Dş-250 mm (xam neft), 38,90 metr məsafədə 1 ədəd Dş-300 mm (xam neft) Heydər Əliyev adına X7 məxsus neft məhsulları nəql olunan neft boru kəmərləri keçir. Aparılmış araşdırma zamanı özbaşına tikinti işləri aparılan torpaq sahəsinə dair Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində vətəndaş Cavabdeh adına 0.08 ha ölçüdə, **********44 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mövcudluğu müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində vətəndaş Cavabdeh adına 0.08 ha ölçüdə, **********44 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olsa da, cavabdeh faktiki olaraq ona məxsus olan torpaq sahəsindən kənara çıxaraq NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-250 mm-lik nafta xəttindən 30 metr aralı məsafədə mühafizə zonasında qanunsuz hasar tikmişdir. İddiaçı Heydər Əliyev adına X5 etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabuncu rayonu, Əİiyar Əliyev küçəsində NEZ-ə mexsus neft məhsulu nəql olunan D-250 mm-lik nafta xəttindən 29.50 metr aralı məsafədə mühafizə zonasında qanunsuz inşa ediİmiş tikilinin (hasarın) sökülməsi, eləcə də iddia ərizəsi ilə məhkəməyə müraciət oİunan zaman iddiacı tərəfindən ödəniİmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçun ödenilmiş 95 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Heydər Əliyev adına X5 etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 12 sentyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Heydər Əliyev adına X5 etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək, çıxarışın fərdi yaşayış evi ilə bağlı olduğunu, fərdi yaşayış evi nafta xəttindən 49 metr, hasar isə 29.50 metr məsafədə yerləşdiyini, hər ikisi mühafizə zonasına düşdüyünü, lakin fərdi yaşayış evi hələ mübahisələndirilmədiyini, mütəxəssisləri tərəfindən hasarın çıxarışda qeyd edilən sahədən kənara çıxdığını müəyyət etdiklərini bildirmiş və Bakı şəhəri, Sabuncu rayonu, Əİiyar Əliyev küçəsində NEZ-ə mexsus neft məhsulu nəql olunan D-250 mm-lik nafta xəttindən 29.50 metr aralı məsafədə mühafizə zonasında qanunsuz inşa ediİmiş tikilinin (hasarın) sökülməsi, 100 manat dövlət rüsumunun və 95 manat mütəxəssis rəyinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 iyul 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razı olmadığını, hüquqların dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, ünvan 1 ünvanı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə onun adına qeydiyyatdan keçdiyini, həmin mənzilin yerləşdiyi torpağı alandan sonra ev tikməyə başlayanda ona heç kim hər hansı bir qadağa ilə bağlı xəbərdarlıq etmədiyini və həmin ev tikilən vaxt neft kəmərlərinin mühafizə zonasında düşmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əraziyə baxış keçirilməsi haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində Heydər Əliyev adına X7 (NEZ) məxsus boru xəttinin mühafizə zonasında özbaşına tikinti işləri aparılmış əraziyə baxış keçirtmişlər. Özbaşına tikinti işləri aparılmış torpaq sahəsindən təxminən 30 metr aralı məsafədə NEZ-ə məxsus Dş-250 mm-lik nafta xətti yerləşir. Bundan başqa, həmin ərazidən eyni zamanda qanunsuz tikilidən 30.70 metr məsafədə 1 ədəd Dş-200 mm (quru qaz), 31,70 metr məsafədə 1 ədəd Dş-500 mm (xam neft), 32,70 metr məsafədə 1 ədəd Dş-400 mm (xam neft), 34 metr məsafədə 1 ədəd Dş- 500 mm (təbii qaz), 35,40 metr məsafədə 1 ədəd Dş-500 mm (dizel yanacağı), 37 metr məsafədə 1 ədəd Dş-500 mm (xam neft), 37,80 metr məsafədə 1 ədəd Dş-250 mm (reaktiv mühərrik yanacağı), 38,40 metr məsafədə 1 ədəd Dş-250 mm (xam neft), 38,90 metr məsafədə 1 ədəd Dş-300 mm (xam neft) Heydər Əliyev adına X7 məxsus neft məhsulları nəql olunan neft boru kəmərləri keçir. Aparılmış araşdırma zamanı özbaşına tikinti işləri aparılan torpaq sahəsinə dair Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində vətəndaş Cavabdeh adına 0.08 ha ölçüdə, **********44 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mövcudluğu müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfinfən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 (0.08 ha ölçüdə olan torpaq sahəsinə) Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********44-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/7620 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə iddiaçı tərəfin nümayəndəsi tərəfindən naturada təqdim edilən, ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evi və hasar tikilisinin X7 məxsus, Dş-250 mm-lik neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Lakin, qeyd olunan tikililərin qanunsuz olub-olmamasının müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Tikililərin neft kəmərinin istismarına hər hansı maneəçilik yaradıb-yaradmamasının müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsində deyilir ki, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində göstərilir ki, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonası müəyyənləşdirir və ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Sadalanan normalarının birgə təhlilindən görünür ki, magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətindədir. Əhalinin təhlükəsizliyinin təmin olunması və neft boru kəmərlərinin istismarına lazımi şəraitin yaradılması üçün onların ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi ilə məhdudlaşdırılır. Hazırkı işdə görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri, Sabuncu rayonu, Əİiyar Əliyev küçəsində NEZ-ə mexsus neft məhsulu nəql olunan D-250 mm-lik nafta xəttindən 29.50 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında hasar tikilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, həmçinin sadalanan normalarının tələblərini pozularaq inşa edildiyindən və neft kəmərinə qulluq, o cümlədən istismar edilməsinə maneçilik yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, iddia təmin edilməli və həmin hasar özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan ödəniş tapşırığına əsasən mütəxəsis rəyinin alınması üçün 95 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia qaldırılması üçün Heydər Əliyev adına X8 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Əİiyar Əliyev küçəsində NEZ-ə mexsus neft məhsulu nəql olunan Dş-250 mm-lik nafta xəttindən 29.50 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında inşa edilmiş hasar Cavabdeh hesabına sökülsün. Mütəxəssis rəyinin alınması üçün ödənilmiş 95 (doxsan beş) manat və 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. 50 (əlli) manat ekspertiza xərcindən 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatlarının başlandığı zaman icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-65/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-65/2025
26.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver