Məhkəmə qərarları › İş №2(008)-651/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-651/2025

11.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-651/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Rzaev Mıkaılın Cavabdeh qarşı Bakı şəhəri 17 saylı notariat ofisi üçüncü şəxs, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən etibarsız hesab edilməsi, çıxarışların qismən ləğv edilməsi, miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Rzaev Mıkaıl Cavabdeh qarşı Bakı şəhəri 17 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Cavabdeh və üçüncü şəxs AR ƏN Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov onun valideynindən qalan mirasa onu vərəsə kimi qəbul etmədiyindən, miras qalan Bakı şəhəri Maştağa qəsəbəsi ünvan 1 ünvanın xx.xx.2023-cü il tarixli 17 saylı DNK-nun 2V-272 reystr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən adına rəsmiləşdirilmiş çıxarışı və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evinə, 6 sot torpaq sahəsinə dair miras payının 17 saylı notariat ofisində təsdiq edilmiş 2V-122 reystr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh xx.xx.2024-cü il tarixdə adına rəsmiləşdirmiş mülkiyyət hüququna dair qeydin ləğv edilməsi, uzun illərdir hər biri tərəfindən qəbul edilmiş həmin mirasın 2 övlad arasında qəbul edilərək, miras paylarının miras paya uyğun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Maştağa qəsəbəsi ünvan 1 ünvan və ünvan 2əhrum valideyinlərindən yəni, X2 və anası X4 onlara miras qalmışdır. Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi 1956-cı ildə inşa edilmişdir, bu barədə Bakı şəhəri Texniki İnventarlaşdırma və mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsində atasının adına qeydiyyatdan keçmişdir. X10 15 yanvar 1993-cü il tarixdə, anası X13 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Valideynləri ölmədən əvvəl, Maştağadakı evi cavabdehə, Mərdəkandakı evi isə ona verdiklərini bildirmişlər. Atasının və anasının vəfatında sonra vərəsələrdən 2 uşaq atasının evində, yəni o, 1985-ci ildən pasport qeydiyyatındadır. Ev 32 qalan miras evdə yaşamışlar, bir həyətdə 2 ev var idi, miras evi faktiki qəbul etmişlər, son vaxtlar o, Rusiya Federasiyasına işləmək üçün getmişdir, orada yaşayır və vətənə gəlib gedir. O, atasının evində doğulub, həmin evdə yaşayıb böyümüşdür. Çünki bu minvallada miras evə faktiki onlar - vərəsələr atasının vəfatından sonra sahiblik etmişlər və evin kommunal və digər ödənişlərini də vərəsə kimi ödəmişdir. Hazırkı iş üzrə cavabdeh olan digər vərəsə notariusa müraciət etmiş, bildiyinə görə cavabdeh Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanını adına keçirmiş, həmin 10 sot torpaq sahəsindən satıb qonşuya. X2 miras qalmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi, 6 sot torpaq sahəsi xx.xx.2013-cü ildə anası X6 mülkiyyətinə verilmişdir. Çıxarış aldıqdan sonra bağ evinin sənədlərini ona təqdim etdi, “al bu ev sənindir dedi anam cavabdehin yanında”. Həmin ilin aprel ayında da anası X13 vəfat etdi. Cavabdeh heç bağa gəlmirdi, heç bir maneçilik törətmirdi, yalnız həmin bağda o və ailəsi yaşayırlar. 2023-cü il 06 iyulda oğlu vəfat etmiş, 2024-cü ildə oğlunun ilini verməyə gəldi. İli verdikdən sonra eşitmişdir ki, evə alıcılar gəlib gedir. Düşünmüşdür ki, ev mərhum anasının adında qalıb və onun öldüyünü düşünüb kimlərsə onun bağına göz dikiblər. Bağı adına keçirmək üçün o, 17 saylı notariusa müraciət etmişdir ki, mərhum anası X4 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəmişdir. Vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi barədə cavab verilmiş, notarius yazılı surətdə bildirmişdir ki, xx.xx.2024-cü ildə vərəsəlik işi açılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh xx.xx.2024-cü ildə verilmişdir. Məhkəməyə müraciət etməsi tövsiyə edilərək, məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Hansı ki onun başı oğlunun yas mərasiminə qarışmışdır. O, cavabdehdən soruşanda ki, bağını niyə adına rəsmiləşdirib, yalan danışaraq cavab verdi ki, 3 il əvvəl adına keçirmişdir, ona pay düşmür. Onun borcları var, satıb borcunu verəcəkdir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsələrə məxsus hesab olunur. O, böyük oğul olduğuna görə valideynlərinin hər əziyyətini, qulluğunu çəkmiş, ölən gününə kimi, atasının vəfatından sonra da lazımi xərcləri çəkmiş, cavabdehin toyunu Abşeron şadlıq evində keçirib evləndirmiş, evini də təmir etdirmişdir. Sonra anası vəfat edəndə yas mərasimlərini o vermiş, cavabdeh isə qəbir daşı qoydurmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanına verilmiş 17 saylı DNK-nun 2V-272 reyestr nömrəli və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi və 6 sot torpaq sahəsinə verilmiş 17 saylı DNK-nun 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin etibarsız sayılması və cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanına verilmiş 17 saylı DNK-nun 2V-272 reyestr nömrəli və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi və 6 sot torpaq sahəsinə verilmiş 17 saylı DNK-nun 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin qismən etibarsız sayılması və cavabdehin adına verilmiş çıxarışların qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, hər iki miras qalmış evə onun vərəsəlik payının müəyyən edilməsi, hər iki ünvanda miras qalmış miras payın 1/2 hissəsinə onun, cavabdehin adına müəyyən edilməsi, Bakı şəhəri Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanına verilmiş 17 saylı DNK-nun 2V- 272 reyestr nömrəli və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi və 6 sot torpaq sahəsinə verilmiş 17 saylı DNK-nun 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin qismən etibarsız sayılması və cavabdehin adına verilmiş çıxarışların qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, hər iki miras əmlakı faktiki qəbul etməsinin müəyyən edilməsi, hər iki evə münasibətdə miras paylarının 1/2 hissəsinin onun və 1/2 hissəsinin cavabdehin arasında bölünməsinin müəyyən edilməsi, Bakı şəhəri Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanına verilmiş 17 saylı DNK-nun 2V-272 reyestr nömrəli və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi və 6 sot torpaq sahəsinə verilmiş 17 saylı DNK-nun 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin qismən etibarsız sayılması və cavabdehin adına verilmiş çıxarışların qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək bildirdi ki, iddiaçı qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyindən və buraxılmış müddəti bərpa etmədiyindən hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququnu itirmişdir. Odur ki, hazırkı tələbə iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, Maştağada tikilən evlə bağlı onların bir həyətdə iki evi olmuş, biri lap köhnədir 1956-cı ildə tikilmişdir, hazırda o köhnə evdə heç kim yaşamır. digər təzə evi də hələ sağlığında atası tikmişdir. 2 otağı və bir mətbəxi olan təzə tikilən evin altı qarajdır, yuxarı hissəsi yaşayış üçündür. İndi həmin həyətdə o və öz ailə üzvləri yaşayır, Mikayıl yaşamır. Həmin evin yan qonşuluğunda olan həyətdə aralarında hasar çəkilən ev babadan qalma həyətdir ki, Mikayıl köçərək ailəsi ilə orda yaşamışdır. Həyətlərin ünvanları fərqlidir, 30 və 32 saylıdır. Qonşuluqda yerləşən hər iki həyət evlərinə daxildən əvvəllər giriş-çıxış üçün yol olsa da, sonradan həmin arada hasar hörülərək daxildən yol bağlanmışdır. 1956-cı ildə tikilən köhnə evdə ata, ana, qardaşı və o yaşayıb. Təzə evdə də əvvəl ata-anası yaşayıb, hazırda öz oğlu yaşayır. Həyətdə üçüncü ev də var, oranı isə özü tikib özü də yaşayır. Ata öləndə o subay, Mikayıl isə evli idi. Xəzərdə yerləşən ünvanla bağlı isə ora da ata-ananın sağlığında mövcud olmuş, bağ evləri kimi arada gedib-gəlmişlər. Daimi yaşayış yeri olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X17 izahatında bildirdi ki, Maştağada tikilən evlə bağlı onların bir həyətdə iki evi olmuş, biri lap köhnədir 1956-cı ildə tikilmişdir, hazırda o köhnə evdə heç kim yaşamır. Amma Əhəd babası öləndən sonra onlar orada yaşamışlar, çünki anası həmin evə gəlin köçmüş, uşaqlar da həmin evdə dünyaya gəlmişlər. 1986-cı ildə o orada doğulmuş və yaşamışdır. Əhəd babası öləndən sonra 1994-cü ildə əmisi Rəfail evlənmiş, onun bütün toy xərclərini atası qarşılamış, sonra gəlin qaynana yola getmədikləri üçün atasının indi yaşadığı qonşuluqdakı evə Əhəd babası öləndən 3 il sonra köçmüşlər. Həmin ev atasının adına deyil, sadəcə yaşamaq üçün verilib. 32 ünvanda yerləşən təzə evdə nənəsi Həbibə qalırdı, onlar da nəvələri kimi gedib gəlmiş, hətta nənə ölənə qədər o evdə qalmışlar, çünki həyətlər arasında yol əvvəl açıq olmuşdur. Münasibətlər də var idi, nənə öləndən sonra ara qapı hörüldü. Həmin həyətə artıq girə bilmədilər. Nənə öləndə mərasim xərcini atası çəksə də, məzarı Rəfail əmisi qoydurub. Xəzərdə yerləşən ünvanla bağlı isə ora da nənə-babanın sağlığında mövcud olmuş, bağ evləri kimi arada gedib-gəlmişlər. Həmin həyətin abadlaşdırılmasına xərcləri əvvəl də, hazırda da atası çəkir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri 17 saylı notariat ofisinə və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Bakı şəhəri 17 saylı notariat ofisi 159 nömrəli xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iş nümayəndənin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, işə üçüncü şəxs Bakı şəhəri 17 saylı notariat ofisinin və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X20 ifadəsində bildirmişdir ki, o, 1986-cı ildə Maştağa qəsəbəsi Zərdabi küçəsinə gələndə Mikayılın qaldığı evi görmüşdür, Mikayıl öz evində qalırdı. Mikayıl doğulandan öz atasının evində qalırdı. Əhəd kişi qonşusu olub. Sonradan tikilən ev Mikayılın evidir. Köhnə evdə Həbibə, Əhəd, Mikayıl, Rəfail qalırdılar. Əhəd öləndən sonra orada Rəfail, Həbibə qalırdı, Mikayıl öz evində-təzə evdə qalırdı. Bu təzə evi də Əhəd kişi tikmişdi. Mikayılın qızı öz evində doğulub. Mikayıl o evə evlənəndən sonra köçüb, dəqiq tarixi bilmir. Həbibənin cənazəsi Rəfailin evindən-köhnə evdən çıxıb. Yas mərasimində Mikayıl da, Rəfail də olmuşlar. Məhkəmə iclasında şahid X26 ifadəsində bildirmişdir ki, Mikayıl onun dayısı mərhum Əhədin oğludur, Rəfail də Milkayılın qardaşıdır. 1993-cü ilin yanvar ayında dayısı Əhəd vəfat etmişdir. Əhəd öləndə Mikayıl, Mikayılın ailəsi, Rəfail və mərhum anaları bir yerdə yaşayırdılar. Rəfail təxminən ailə qurandan sonra 3 il onlarla bir yerdə yaşamışdır. Mikayıl sonra həmin ünvanda ortadan hasar çəkilmiş digər yerdə yaşamışdır. Mikayıl ayda bir dəfə xaricə gedib-gəlirdi, gələndən sonra da hasar çəkilən digər tərəfdə qalırdı. Mikayılın qızı Vəfa indi həmin hasar çəkilmiş hissədə yaşayır. Mikayılın arvadı da özü ilə Rusiyada yaşayır. Kommunal xidmət haqlarını Mikayıl ödəyirdi. Əhəd öləndən sonra kommunal xidmət haqlarının kimin adına ödənilməsi barədə məlumatı yoxdur. Əhəd öləndən sonra miras əmlak kimi Maştağa qəsəbəsindəki evdən başqa Mərdəkan qəsəbəsində bağ da qalmışdı. İndi orada, bildiyi qədər heç kim qalmır. Onlar ora yaydan-yaya köçürdülər. X33 qəsəbəsindəki həyətdə ayrıca bir ev tikmişdi, Həbibə ikinci mərtəbədə qalırdı, elə həmin evdə də ölmüşdü. Rəfail həmin evdə aşağı mərtəbədə qalırdı.1993-cü ildə Əhəd öləndə yoldaşı Əhədin tikdiyi evdə qalırdı, bağda qalmırdı. Çünki bağa yayda dincəlmək üçün gedirdi. Əhəd öləndə yas mərasimində olmuşdur, Mikayıl isə Əhəd ölən gecə gəlmişdi. Yas mərasimi xərclərinin kimin çəkdiyini dəqiq bilmir. 2013-cü ildə Həbibə öləndə Mikayıla xəbər verilmiş, o da gəlib dəfndə, yas mərasimində iştirak etmişdir. Həbibənin qəbrini isə Rəfail tikdirib. Yasını Mikayıl verib, hüzür yeri Maştağa qəsəbəsində, yaşadığı həyətdə olub. Məhkəmə iclasında şahid X27 ifadəsində bildirmişdir ki, o, tərəflərlə qonşudur. Uşaq vaxtı onlarla bir yerdə oynayırdılar. Əhəd öləndə onun 9 yaşı olardı, köhnə evdə Rəfail, Mikayıl bir yerdə qalırdılar. Həmin vaxt Mikayıl evli idi. Vəfa da o evdə yaşayıb. Həbibəni təzə evin həm aşağı, həm də yuxarı mərtəbəsində yaşadığını görmüşdür. Həyətin digər tərəfində ev hazır olanda Mikayılgil ora köçdülər. Mikayılın yeni köçdüyü ev ilə arada hasarda qapı (yol) vardı, amma sonra bağlandı. Qardaş kimi onların arasında küsülülük görməmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, Mikayıl və Rəfail onun baldızı uşaqlarıdır. Əhəd öləndə uşaqlar Maştağa qəsəbəsində bir həyətdə yaşayırdılar. Əhəd öləndən sonra evdə Həbibə və Rəfail yaşayırdı, Mikayılgil öz evində, digər həyətdə qalırdılar. Mikayıl o evdə qalmayıb. Əhəd öləndə Mikayıl, deyəsən subay idi. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, o, Maştağa qəsəbəsi ünvan 4 ünvanında yaşayır. Mikayılla Maştağa qəsəbəsində qonşudur. Maştağa qəsəbəsində olan köhnə evdə Mikayıl, Əhəd, Həbibə, Rəfail qalırdı. Sonra Əhəd kişi bir otaqlı yer tikmişdir. Əhəd öləndə Mikayıl evli idi, ailəsi həmin köhnə evə gəlmişdi, Mikayılın qızı Vəfa orada doğulub. Həbibə sonradan Rəfail də evlənəndən sonra tikilən yeni evin ikinci mərtəbəsinə yaşamağa başladı. Rəfail də həmin evin birinci mərtəbəsində qaldı. Mikayıl Əhəd öləndən sonra köhnə evdə təxminən 3-4 il yaşadı. İki ev arasında hasar var idi, aradan keçmək olurdu. Sonradan, deyəsən, o hasar bağlandı. Həmin həyətdə ev artırdılar, Mikayıl ora köçdü, bu biri tərəfdə ancaq Rəfail qaldı. Mikayılın bağa getdiyini görmüşdür, otları təmizləmişlər, Rəfaili isə görməmişdir. Sonuncu dəfə ora çoxdan, bəlkə, 10 il əvvəl getmişdir. Bağa gedib təmizlik işləri görməsini ona Mikayıl demişdir. Əhəd öləndə yas mərasimində iştirak etmişdir. Mikayıl da Sankt-Peterburqdan gəlib özünü çatdırmışdır. Məhkəmə iclasında şahid X24 ifadəsində bildirmişdir ki, İddiaçı yeznəsi-bacısının əridir, Rəfail də onun qardaşıdır. Ataları 1993-cü ildə qəzaya düşüb ölüb. Həmin vaxt Mikayıl Sankt-Peterburq şəhərində idi, 3-4 nəfərlə şərikli şəkildə gül alveri edirdi. Ataları öləndə bacısı Mikayıla zəng etdi, Mikayıl gəlib özünü çatdırdı. O, atası, qardaşları yas mərasimində iştirak etmişlər. O vaxt Rəfail politexnik institutunda oxuyurdu, bütün yas xərclərini Mikayıl çəkmişdi. Ata öləndə onlar köhnə evlərində Maştağa qəsəbəsində yaşayırdılar. Əhəd öləndən sonra orada iki qardaş - Rəfail və Mikayıl, bacısı və bacısının qaynanası Həbibə xanım yaşayırdı. Səhv xatırlamırsa, onlar 1995-ci ilə qədər bir yerdə idilər. Sonradan iki qardaş arasında bilmədiyi səbəblərdən soyuqluq yarandı. Həyətin bir tərəfində Mikayılın nənəsinin evi vardı. Mikayıl gül alveri edə-edə oranı düzəltməyə başladı. Atası və qardaşı ona kömək etməyə başladılar. Sonra Mikayıl, bacısı, uşaq ora köçdülər, o vaxt Həbibə də sağ idi. Köhnə həyətdə ev tikmişdilər, yuxarıda bir otaq və bir mətbəx idi, Həbibə və mərhum Əhəd orada qalırdılar. Əhəd öləndən sonra Rəfail köhnə evlərində qaldı, Mikayıl nənəsinin evinə köçdü. Maştağa qəsəbəsində bir həyət idi, ortadan hasar vardı, onu mərhum Əhəd çəkmişdi, bir evdə Rəfail Həbibə ilə qalırdı. Rəfail aşağı mərtəbədə, Həbibə isə yuxarı mərtəbədə qalırdı. Həyətdəki ikinci evdə isə Mikayıl ilə bacısıgili qalırdılar. Bu danışdıqları Maştağa qəsəbəsindəki evə aiddir. Hazırda orada ata evində Rəfail qalır, həyətdəki ikinci evdə isə bacısı qızıgil - Mikayılın qızıgil qalır. Xəzər rayonunda Mikayılgilin atasının bağları var. Hazırda, bildiyi qədərilə, Xəzər rayonundakı bağda heç kəs yaşamır. Hələ Həbibə xanım sağ ikən oradakı bağı özəlləşdirmişdir. Həbibə öləndən sonra Maştağa qəsəbəsində onun qaldığı yuxarı mərtəbə boşdur, amma boş olmasa belə, orada, deyəsən, Rəfailin oğlu yaşayır, Rəfail də aşağıda yaşayır, eşitdiyinə görə hələ yarısını da satıb. Həyətdəki digər evdə isə hazırda Mikayılın qızı-bacısı qızı yaşayır. Bildiyi qədərilə Xəzər rayonundakı ev bomboşdur, orada heç kəs qalmır. Xəzər rayonundakı bağın açarları ondadır. Mikayıl pul göndərdikcə oranı təmir etdirir. Qışda bağ evində heç kəs qalmır, yayda ora Mikayılın qızı Vəfa gedir. Mikayılgil Azərbaycana gələndə Maştağa qəsəbəsindəki evdə qalırlar, hazırda isə Rusiyadadırlar. Həbibə öləndən sonra Mikayılgil Maştağa qəsəbəsindəki evə yayda gəlib bir həftə, 10 gün qalırlar. Oranın xərcləri üçün də özləri Rusiyadan pul göndərirlər. Həbibə xanım ölənə qədər Maştağa qəsəbəsindəki evin yuxarı mərtəbəsində yaşamışdır. Bağı özəlləşdirənə qədər orada yaşayış mümkün idi, Həbibə həmin vaxt sağ idi. Əhəd sağ olan vaxtdan o bağ var. Həbibə öləndə o, Bakı şəhərində idi, Mikayıl gəlmişdi, bütün xərcləri də özü çəkdi. Mikayılın qızıgilin qaldığı həyətdə yas mərasimini vermişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -AZ-İİ seriyalı 458278 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. -AZ-İİ seriyalı 458277 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür. -AZ-T seriyalı 292124 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, X10, anası X1r. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdə X6 adına qeydiyyata alınmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi ünvan 5miş 2V-122 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2024-cü il tarixdə Cavabdeh adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi 32 saylı fərdi yaşayış evi keçmiş Lenin rayon XDS İK-nin 26/3 nömrəli xx.xx.1983-cü il tarixli qərarına və Maştağa rayon ZDS İK-nin 35 nömrəli xx.xx.1956-cı il tarixli qərarına əsasən ilkin olaraq X15 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 17 saylı DNK-nun 2V-272 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 412 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, «xx.xx.2013-cü il tarixdə vəfat etmiş ananız X6 adına xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. xx.xx.2024-cü il tarixdə isə onun adında qalmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı ünvanda yerləşən bağ evinə və torpaq sahəsinə dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də Sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur». -RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 1116 saylı bağ evi və 0.06 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. -Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı ünvanda olan qonşular tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı və onun ailəsi hər il mütəmadi olaraq həmin ünvanda gəlib yaşamışlar. 2023-cü ilin may-iyun ayında Mikayıl təmir işləri apardı, iyul ayında su quyusu qazıldı. 2023-cü ilin iyul ayında anidən oğlu X21 vəfat etdi. Bundan sonra İddiaçı və onun ailəsinin başı oğlunun hüzürünə qarışdı. Bu il 2024-cü ilin iyul ayında mərhum oğlu Ramilin ilini vermək üçün hüzür keçirdikləri zaman öyrəniblər ki, Mikayılın qardaşı evi keçirib öz adına. -Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş 2V-122 nömrəli vərəsəlik işindəki: xx.xx.2024-cü il tarixli 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evindən və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və ümumi sahəsi 18.10 kv.m olan bağ evi xx.xx.2013-cü il tarixdən X6 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş 1-3/49 nömrəli xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 1116 nömrəli bağ sahəsi (0.06 ha torpaq sahəsi) X8 və İstismarı Birliyi tərəfindən verilmiş siyahıya əsasən 2001-ci ildə X15 adına Mərdəkan Bələdiyyəsində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə bələdiyyəyə təqdim edilmiş 19 yanvar 2005-ci il tarixli (14882 saylı müqavilə) müqavilə əsasında həmin bağ sahəsi X6 adına qeydiyyata alınmışdır. 1116 saylı bağ sahəsinə hesablanmış əmlak, torpaq vergisi (63 manat 71 qəpik) 2012-ci ilə qədər X23 tərəfindən, 2013-2024-cü ilədək hesablanmış vergi borcu (148 manat 03 qəpik) isə Cavabdeh tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Mərdəkan ərazisində yerləşən 1116 saylı 0.06 ha bağ sahəsi keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 14882 nömrəli müqavilə əsasında X15 icarəsinə verilmişdir. X23 xx.xx.1993-cü il tarixdə vəfat etdikdən sonra sözügedən bağ sahəsi həyat yoldaşı xx.xx.1932-ci il təvəllüdlü X6 adına keçirilmiş və onunla 1116 saylı 0.06 ha bağ sahəsinin və üzərindəki tikililərin istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 14882 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2013cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 18.1 kv.m olan bağ evi xx.xx.2013-cü il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin, 1933-cü il təvəllüdlü X15 adına Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi 32 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda adındadır. AZ-İ seriyalı 617397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 247 nömrəli xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, X28 və X5 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində nikahlarını bağlamışlar və bu barədə Sabunçu rayonu Maştağa qəsəbə icra nümayəndəliyində 122 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. İİ-ЖГ seriyalı 435034 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölmüşdür. AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X10, anası X9r. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun və məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X6 adına Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 32 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 (Yeni qaydalarla: AZ 1044, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və ümumi sahəsi 18.1 kv.m olan bağ evi xx.xx.2024-cü il tarixdən Cavabdeh mülkiyyətindədir. X8 və istismarı birliyi ilə X13 arasında bağlanmış 14882 saylı xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Mərdəkan ərazisində 0.06 ha torpaq sahəsi olan 1116 nömrəli bağ 10 il müddətinə X6 istifadəsinə verilmişdir. -Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanda olan qonşular tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı həmin ünvanda doğulub, 1984-cü ildə evlənib, ailəsi ilə birgə həmin ünvanda yaşayırdılar. 2 övladı həmin ünvanda doğulub. Mikayılın X38 vəfat edəndə Mikayıl dəfn etdi, atası Əhədin yas mərasimini keçirdi, sonra da hər iki qardaş Mikayıl və Rəfail atadan qalan mirası qəbul etdilər, mütəmadi olaraq həmin ünvanda yaşayırdılar. Sonra Mikayıl atadan qalan evdə təmir işləri apardı və 1994-cü ildə qardaşı Rəfaili evləndirdi. Sonradan yola getmədilər, İddiaçı nənə verən balaca otağın yanında bir otaq tikib ora köçdü. Eyni həyətdir, indi hasar çəkilib. Bundan sonra İddiaçı və onun ailəsi ana Həbibəyə baxırdlar. Rəhmətlik Həbibə xanım həmişə deyirdi ki, Maştağadakı ev Zərdabi küçəsi ev 32 Rəfailin, Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 saylı bağ evi Mikayılındır. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirildiyindən, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (Rzaev Mikail) Əhəd oğlunun 1993-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (Rzaev Mikail) Əhəd oğlunun xx.xx.2002-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2004 giriş, xx.xx.2004 çıxış, xx.xx.2006 giriş, xx.xx.2006 çıxış, xx.xx.2010 giriş, xx.xx.2010 çıxış, xx.xx.2012 giriş, xx.xx.2012 çıxış, xx.xx.2013 giriş, xx.xx.2013 çıxış, xx.xx.2013 giriş, xx.xx.2013 çıxış, xx.xx.2014 giriş, xx.xx.2014 çıxış, xx.xx.2023 giriş, xx.xx.2023 çıxış, xx.xx.2024 giriş, xx.xx.2024 çıxış. -Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 2V-272 nömrəli vərəsəlik işindəki: xx.xx.2023-cü il tarixli 2V-272 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X15 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evindən və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsindən ibarətdir. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdən X15 xüsusi mülkiyyətindədir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 (Yeni qaydalarla: AZ 1039, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 63.70 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv çıxarışının surətindən görünür ki, Maştağa rayon zəhmətkeş deputatları icraiyyə komitəsinin xx.xx.1956-cı il tarixli 35 nömrəli protokolundan çıxarışa əsasən Maştağa qəsəbəsində 1556 nömrəli evdə yaşayan Buzovna neft idarəsinin mənzil kommunal kontorasında işləyən X18 ev tikməkdən ötrü Maştağa qəsəbəsində 1556 nömrəli evdə yaşayan Mərhəmət xanım İbrahim Əjdər qızının həyətindən kəsilmiş artıq torpaqdan 600 kv.m verilməsi təsdiq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti iki miras əmlakdan ibarətdir: - Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsi; - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən, ümumi sahəsi 18.10 kv.m olan bağ evi. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsi tərəflərin atası-mirasqoyan X15, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və ümumi sahəsi 18.10 kv.m olan bağ evi isə tərəflərin anası-mirasoyan X6 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə hesab edir ki, ilkin olaraq X12 qalmış miras əmlakla bağlı tələbə hüquqi qiymət verilməlidir. Belə ki, X23 xx.xx.1957-ci il tarixdə X13 ilə rəsmi nikah bağlamışdır. Bu nikahdan xx.xx.1960-cı il tarixdə İddiaçı, xx.xx.1965-ci il tarixdə Cavabdeh doğulmuşdur. Miras qoyan X23 xx.xx.1993-cü il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixli 2V-272 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X12 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinə Cavabdeh tam miras payı müəyyən edilmişdir. İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə o, miras payından məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.1993-cü il tarixdə qüvvədə olmuş 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh, atasının özündən başqa birinci növbə vərəsəsi İddiaçı olduğunu və onun olduğu yeri bildiyi, həmçinin, İddiaçı miras əmlakda yaşadığı halda, yalnız özü notariat ofisinə müraciət etmiş, digər vərəsəni-iddiaçını notariusdan gizlətmişdir. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, Cavabdeh yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı doğulduğu vaxtdan miras qoyan - X10 ölənədək və atasının ölümündən sonra miras əmlakda yaşamış, ailə qurduqdan sonra arvadı miras əmlaka gəlin gəlmiş, övladları miras əmlakda doğulub böyümüş (hazırda qızı Vəfa miras torpaq sahəsinə qonşuluqda yerləşən və iddiaçının babasına məxsus evdə yaşayır), evin təsərrüfat və təmir işlərini, о cümlədən, kommunal xərclər üzrə ödənişləri həyata keçirmiş, evdə daimi yaşamış, atasının dəfn, yas mərasimi xərclərini çəkmiş, qardaşı-cavabdeh İddiaçı toyunu etmişdir. Göründüyü kimi İddiaçı qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsini miras kimi faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Hazırda İddiaçı işi ilə bağlı Rusiya Federasiyasına gedibgəlsə də, onun miras əmlakla əlaqəsi kəsilməmiş, ökəyə qayıtdıqda miras əmlakda yaşamışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı oğlu vəfat etmiş, bununla əlaqədar o, Bakı şəhərinə gəlmiş oğlunun yas mərasimləri miras əmlakda keçirilmiş, həmin vaxt cavabdehin miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almasından məlumatlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinə münasibətdə qanunu və əsaslı olduğundan təmin edilməli, həmin miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli, miras əmlaka dair Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli 2V-272 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli, miras əmlaka dair Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli çıxarış qismən ləğv edilməli, miras əmlak üzərində İddiaçı 1/2 hissədə payı müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin digər hissəsi, X4 miras qalmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən, ümumi sahəsi 18.10 kv.m olan bağ evi ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.2013-cü il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar . 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh, anasının özündən başqa birinci növbə vərəsəsi İddiaçı olduğunu və onun olduğu yeri bildiyi halda, yalnız özü notariat ofisinə müraciət etmiş, digər vərəsəni-iddiaçını notariusdan gizlətmişdir. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, Cavabdeh yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. О cümlədən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı miras qoyan - anası X6 ölümündən sonra qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlakı faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Belə ki, İddiaçı anasının sağlığında və onun ölümündən sonra da miras əmlaka gedib-gəlmiş, yay aylarında orada yaşamış, anasının ölümündən sonra miras əmlakda təmir, abadlaşdırma işləri həyata keçirmiş, vergiləri və kommunal xidmət haqlarını ödəmiş, həmin əmlakın yaxşılaşdırmasına vəsait xərcləməklə, əmlaka faktiki sahiblik etdiyini nümayiş etdirmişdir. İddiaçı dövlət sərhədindən hərəkəti barədə məlumatlardan görünür ki, o, anası ölən zaman, yəni xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasında olmuş, lakin xx.xx.2013-cü il tarixdə Bakı şəhərinə gəlmiş, anasının dəfn və yas mərasimində iştirak etmiş, xx.xx.2013-cü il tarixdə ölkəni tərk etmiş, xx.xx.2013-xx.xx.2013-cü il tarixlərdə, yəni anasının qırx mərasimi müddətində, xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə, yəni anasının il mərasimində Bakı şəhərində olmuşdur. Rzayev X22 Federasiyasına qayıtdıqdan sonra da miras əmlakla maraqlanmış, miras əmlakın təmiri, yaxşılaşdırma işlərinin aparılması üçün qaynı X19 pul vəsaiti göndərmiş, yay aylarında bağ evində yaşamışdır. Bu hərəkətləri ilə də İddiaçı miras əmlakı faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qardaşı-Cavabdeh miras əmlaka dair adına şəhadətnamə və çıxarış almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 18.10 kv.m olan bağ evinə münasibətdə də qanunu və əsaslı olduğundan təmin edilməli, həmin miras əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli, miras əmlaka dair Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli 2V-122 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməli, miras əmlaka dair Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarış qismən ləğv edilməli, miras əmlak üzərində İddiaçı 1/2 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X12 qalmış Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinin və X4 qalmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evinin və həmin ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin miras əmlaklar kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməli; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinə dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli 2V-272 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə; Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli 2V-122 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilməli; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli çıxarış; Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarış qismən ləğv edilməli; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsi və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində 1/2 hissədə İddiaçı miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. X12 qalmış Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinin və X4 qalmış Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evinin və həmin ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin miras əmlaklar kimi İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinə dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli 2V-272 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə; Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli 2V-122 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilsin. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş xx.xx.2023cü il tarixli çıxarış; Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evinə və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarış qismən ləğv edilsin. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zərdabi küçəsi ev 32 ünvanında yerləşən, ümumi sahəsi 63.7 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.0878 ha olan torpaq sahəsi və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 1116 ünvanında yerləşən, ümumi sahəsi 18.1 kv.m olan bağ evi və həmin ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində 1/2 hissədə İddiaçı miras payı müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar