Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-657/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçı “X6 LTD” Şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X6 LTD” Şirkətinin cavabdeh X5 qarşı tikilinin özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X6 LTD” Şirkəti cavabdeh X5 qarşı tikilinin özbaşına tikili hesab edilərək cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410684.99 m B – 4478614.02 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa edilmiş tikilinin özbaşına tikili sayılaraq sökülməsi, zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə müvafiq olaraq, Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla "X6 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Hal-hazırda istifadələrində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, cavabdeh bu haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirir. xx.xx.2023-cü il tarixdə “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410684.99 m B – 4478614.02 m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikintini aparan şəxs, vətəndaş X7 torpaq sahəsinə, nə tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Cavabdehə dərhal tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Həmçinin "X6 LTD” şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlamışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşilir. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi texnikayla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Məhkəmə iclasında iddiaçı “X6 LTD” Şirkətinin nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh X7 iddia tələbinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “X9 və Ekspertizası Mərkəzi” MMC-nin məhkəmə sorğusu əsasında təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 186 nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan tikili “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı NQÇŞ-nin 39 T 39 T 410684.99 m B – 4478614.02 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410684.99 m B – 4478614.02 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində özbaşına tikili inşa olunmuşdur. Həmin özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmişdir. Zəbt olunmuş torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsi olmaqla “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410684.99 m B – 4478614.02 m C koodinatları üzrə hüdudları daxilindədir. Cavabdehin həmin torpaq sahəsinə və tikiliyə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X3 yaşadığı “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410684.99 m B – 4478614.02 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikili özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməli və “X6 LTD” şirkətinin istifadəsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh X1 alınaraq, iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə onu da vurğulayır ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsinin təsiri altına düşdüyündən, bu tələbə iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 4 saylı neft-qaz çıxarma sexinin, 39 T 410684.99 m B – 4478614.02 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikili özbaşına tikili sayılsın və cavabdeh X2 hesabına sökülsün, torpaq sahəsi filialın istifadəsinə qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq, iddiaçı “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-657/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-657/2024
18.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver