Məhkəmə qərarları › İş №2(008)-6590/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6590/2025

02.10.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6590/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində tərəflər arasında təsdiq edilmiş MŞS/MT 023/2025-00690 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə, xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 2(008)-4750/2025 nömrəli qətnaməsinə əsasən aralarında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Mediasiya prosesi dövründə aralarında Sabirabad 1 saylı Mediasiya təşkilatında MŞS/MT 023/2025-00690 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq Sazişi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdərək hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatında MŞS/MT 023/2025-00690 nömrəli, xx.xx.2025-ci il tarixli X7 sazişindən görünür ki, tərəflər aralarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixli, 16 nömrəli akt qeyd ilə bağlanmış nikahı pozmağa razılaşmışlar. Tərəflər birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ananın yanında (himayəsində) saxlanmasına razılığa gəlmişlər. Tərəflər birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində alimenti Ərizəçi verəcəyinə və həmçinin minimum əmək haqqı artırılacağı təqdirdə alimentin indeksasiya ediləcəyinə dair razılaşmışlar. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə, Maraqlı şəxs arasında bağlınmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri təsdiq edilsin:

1. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Ərizəçi yanında qalmasına razıdır.

2. Tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində alimenti Ərizəçi verəcəyinə və həmçinin minimum əmək haqqı artırılacağı təqdirdə alimentin indeksasiya ediləcəyinə öhdəlik götürür. Tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlər məcburi qaydada icra etdirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar