Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-660/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə doğulmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu - xx.xx.2006-cı il təvəllüdlü X3 xroniki olaraq psixi xəstəlikdən kəskin şəkildə əziyyət çəkir. O, ağır autizm xəstəsidir. Onun xəstəliyi aldığı müalicələrlə sağalan xəstəlik deyildir. Belə ki, bu xəstəliyin müalicəsi yoxdur. Müddətsiz və daimidir. X2 orqanizm funksiyalarının pozulma faizi 85-dir. Sağlamlıq imkanlarının məhdudluğu baxımından birinci dərəcəli əlildir. Ona F84.0 uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə anamnezində qıcolma tutmaları (İQ-31) diaqnozu qoyulmuşdur. Onun psixi pozutuları ciddi şəkildədir və psixi xəstəliklərdən əziyyət çəkir. Psixi pozuntuları səbəbi ilə öz hərəkətlərinin mənasını anlaya bilməməklə yanaşı, öz hərəkətlərini də idarə edə bilmir və dərk etmək iqtidarında da deyildir. Onun hərəkətləri psixi pozuntuların təsiri altındadır. Oğlu eyni zamanda epilepsiya xəstəsidir. Bu xroniki-xəstəliyin təsiri altında qeyri adekvat hərəkətlər edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab emişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1975-ci il tarixdə doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatdadır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görnür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X3 onun oğludur. X3 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonunda qeydiyyatdadır (AA3761259 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyt vəsiqəsi). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş bildirişdən görünür ki,, X3 uşaq uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq xəstəliyi ilə birinci dərəcəli müddətsiz əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 258 №-li rəyinə əsasən X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil, onun psixi vəziyyətinə görə fəaliyyət qabilliyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X3 hal-hazırda öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə doğulmuş X3 fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-660/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-660/2025
20.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver