Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6671/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Maraqlı şəxsnə qarşı “çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Maraqlı şəxsnə qarşı “çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair Cavabdeh1 adına olan **********44 nömrəli çıxarışın və onun alınmasına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi və orada olan fərdi yaşayış ev uzun müddətdir ki, onun və ailəsinin daimi istifadəsindədir. Bir qrup şəxs tərəfindən qanunsuz olaraq ona məxsus torpaq sahəsinə daxil olaraq, həmin torpaq sahəsinə dair qanunsuz yollarla ilkin sənədlər əldə edərək, dövlət reyestrindən çıxarış əldə edilmişdir. Cavabdeh1 vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını, İddiaçı tərəfindən çıxarışın və onun əsaslandığı Cavabdeh3 qərarlarının etibarlılığının mübahisələndirildiyi, çıxarışın Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 1(112)-4956/2025 nömrəli qanuni qüvvəyə minmiş qərarı əsasında verilməsini və hazırki mübahisənin mülki prosessual icraatın predmeti olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 vəkili Vəkil xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, vəkil kimi iştirak etdiyi Sumqayıt Apellyasiya Məhkəməsində 2(105)-1418/2025 nömrəli məhkəmə işində xx.xx.2025-ci il tarixində saat 14.00-da məhkəmə iclasında iştirak etməyinin zəruri olduğunu bu səbəbdən hazırki iş üzrə təyin olunmuş xx.xx.2025-ci il tarixli iclasa onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hаkim iş üzrə icrааtа хitаm verir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. ... hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. ... Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin qərarın 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4956/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1100 kv.m ölçüdə torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi və plan-ölçü sənədinin tərtib edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində (Yeni qaydalarla ünvan 1) yerləşən torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı tərəfindən təqdim edilən iddiada çıxarışın və onun əsaslandığı Cavabdeh3 qərarlarının etibarlılığı mübahisələndirilir. Bu isə inzibati aktın və ya dövlət orqanının hərəkətinin (və ya hərəkətsizliyinin) qanuniliyinin yoxlanılması məsələsidir. Belə münasibətlər inzibati hüquq münasibətləri hesab olunur və onların həlli inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Hazırkı iş üzrə iddiaçı əslində çıxarışın qanuniliyini və onun hüquqi əsasını təşkil edən məhkəmə qərarını mübahisələndirir. Halbuki, çıxarış Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-4956/2025 nömrəli, qanuni qüvvəyə minmiş qərarı əsasında verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Maraqlı şəxsnə qarşı “çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261- 264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdehlər Cavabdeh1, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Maraqlı şəxsnə qarşı “çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6671/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6671/2025
21.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver